Əlimi tut

Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
- Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
- Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
- Fərqi nədi ki? "Çox böyük fərq var"- deyə balaca qızı cavab verir. "Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan."
Hər bir əlaqədə, əsl İNAMın məğzi özunə güvəndə yox, qarşındakına güvənməkdədir. Sizi Sevənlərin, əlinizdən tutmağını gözləməkdənsə onların əllərindən tutun...
 

10 şərh

Fianda
A nə yaxşı,kiçik və mənalı hekayədi
elshad
Yaxşı günün olsun Fianda .
BaKiNeC
Menali ve tesiredici hekayedir.Mende bele kicik hekayelerden bilirem ancaq nece yerlewdirmeyi bilmirem.
elshad

yerleşdirmək ücün nə cur kömək lazim olsa kömək edərik .

ayxansevda
Ən yüksəkdəki qurbağa yazısı. bu da ən maraqlı yazılarınızdan idi. belə davam edin. bu tip yazılar çox maraqlıdı. təşəkkürlər.
hellion-n
hekaye bele olare kicik ve menali
CICEK
cox dusundurucu ve menali tesekkur elsad
Nailə_Qasarayeva

Əla! Nə çox bilir bu uşaq.

seyran
cox sag olun.maraqlı idi.burada deyiblər:«bapbalaca boyu var,dam dolusu toyu var».
Karizma

Irelide usaqim olsa qoymaram o menim elimi tutsun. Men onun elini berk tutacam