Kərim babaya təsəlli verən nəvəsi

Kərim baba həyatı boyu yaşayışı ilə insanlara nümunə olan ibadət həyatına ən incə təfərrüatına qədər diqqət edən bir insan idi.Özü kimi yaşlı həyat yoldaşı ilə bir yerdə kiçik və gözəl bir qəsəbədə yaşayırdılar.Bu iki yaşlı çinar həyatlarını uşaqlarına həsr etmiş  onları oxutmuşdular.Uşaqlqrından biri həkim  biri din  xadimi  digəri də müəllim olmuş və hər biri ölkənin müxtəlif yerlərinə getmişdilər.Onlar ata-analarını öz yanlarına aparmaq istəyirdilər lakin Kərim baba ilə xanımı Səma nənə yaşadıqları yerdən ayrılmaq istəmirdilər.
Uşaqlarından uzaq olmaları onları bir-birinədaha da bağlamışdı.Hətta Kərim baba bəzən xanımına :
-sən məndən əvvəl vəfat etsən mən nə edərəm -deyir və gözləri dolurdu.Səma nənə də eyni narahatlığı keçirir və:
-Bəs sən məndən əvvəl getsən mən nə edərəm-deyib ağlayırdı.
Səma nənə bir gün xəstələndi.Kərim baba dərhal həyat yoldaşını həkimə apardı.Səma nənə xərçəng xəstəliyinə tutulmuşdu və həkimin dediyinə görə çox az ömrü vardı.bu xəbər Kərim babanı dərindən sarsıtdı.Həyat yoldaşını götürüb evlərinə gəldi.Səma nənə yoldaşının gözlərinə baxdı və:
-Mən gedəriyəm.Səninlə pis-yaxşı uzun bir həyat yaşadıq.Allah səndən razı olsun.Mənə haqqını halal edirsənmi?-dedi.Bu sözlərdən kövrələn Kərim baba dedi:
-Mənim nə haqqım ola bilər?Əsas sən haqqını halal et.Bütün ömrün boyunca mənim əziyyətimi çəkdin.

Aradan bir neçə gün keçdi və Səma nənənin  vəziyyəti ağırlaşdı.Artıq son dəqiqələrini yaşayırdı.Kərim baba yoldaşının əllərini tutdu.Bu vaxt Səma nənə ruhunu təslim etdi.Kərim babanın pambıq kimi ağ saqqalı göz yaşları ilə islandı.Dəfn mərasimi quruldu Səma nənə torpağa verildi.
Xanımının vəfatından sonra Kərim baba nəvəsi Nurdanla yaşamağa başladı.Nurdan xanım həm təhsil alır həm də babasına baxırdı.Kərim baba nəvəsi ilə vaxt aşırı xanımının qəbrini ziyarət edirdi.Bu ziyarətlər onun yaşlı ruhunda dərin bir hüzn oyadırdı.
Yoldaşı vəfat edəndən sonra Kərim baba sanki dünyadan küsmüşdü.Heç kim ona təsəlli verə bilmirdi.Nə uşaqları nə yaxınları....
Bir gün Nurdan xanım yeməyi hazırlayıb Kərim babanı süfrəyə çağırdı.Bir yerdə süfrənin başında oturdular.Bu vaxt Nurdan xanım Kərim babaya belə bir sual verdi:
-Babacan!Mən yoldaşımdan əmanət bir boyunbağı almışdım.Çox xoşuma gəlmişdi.Bir müddət taxdıqdan sonra yoldaşım onu məndən istədi.Boyunbağını ona qaytarımmı?
-Əlbəttə verməlisən qızım.Bu nə cür sualdı?Əmanət olaraq almısansa vaxt ötürmədən dərhal sahibinə qaytar.
-Axı o çox uzun müddət məndə qaldı.Ona çox öyrəşmişəm.Həm də çox xoşuma gəlir.Heç cür ondan ayrılmaq istəmirəm.Əmanət də olsa qaytarmaq içimdən gəlmir.Qaytarmasam olmaz mı?
-Qızım elə isə boyunbağını qaytarmağın şərt oldu.Çünki onu əmanət alandan bəri çox vaxt keçib.İndi axşamdır sabah birinci işin boyunbağını sahibinə qaytarmaq olsun.
-Elə isə baba mənə yaxşı qulaq as!Sən də neçə gündür Allahın sənə əvvəlcə verib sonra geri aldığı əmanətə həddindən artıq kədərlənib  dərdçəkirsən.Onun sənə verdiyi əmanət üzərində səndən daha çox haqqı yoxdurmu?Nənəm də sənə allahın bir əmanəti deyildimi?
Nurdan xanımın bu sözləri Kərim babanı dərin düşüncələrə qərq etdi.Heç nə deyə bilmədi.Allah nəvəsi  vasitəsilə ona düüzgün yolu göstərmişdi.Kərim baba dərhal allaha sığındı.Ona təvəkkül etdi.Axirətdə həyat yoldaşına yenidən qovuşacağı ümidi ilə Rəbbinə şükür etdi...

5 şərh

BaKiNeC
Allah cemi cumlemizden razi olsun axiretimizi xow etsin inwAllah.AMIN.
seyran
nə edək ki.bəzən özümüz istəmədən belə naşükürlük edirik.bir azca keder bizi dünyadan küsdürür.bilmiremnese hekayeyə göre tşk
Nailə_Qasarayeva
Maraqlı hekayə üçün təşəkkürlər, amma mətndə bu qədər səhvlərə yol verməsəz, daha gözəl olardı.
rdgr
iki az yasli usagin seskuyu ile ancaq bu qeder xos gorun
Nailə_Qasarayeva
Allah uşaqlarınızı qorusun! Amin.