Təmiz pəncərə

Yeni ailə qurmuş cütlük, yeni bir məhəllədəki yeni evlərinə köçdülər. Səhər yeməyi yeyərkən, qonşu da paltarları asırdı. Qadın ərinə "Bax, paltarları təmiz deyil, paltar yumağı bilmir, bəlkə də doğru sabundan istifadə etmir." deyir. Əri ona baxır, lakin heç bir söz söyləmir yeməyinə davam edir.
Qadın, qonşusunun paltar asdığını gördüyü hər səhər eyni sözləri təkrar edir yoldaşına.
Bir ay sonra bir səhər, qonşusunun paltarlarının tərtəmiz olduğunu görən qadın cox təəccüblə "Bax paltar yumağı öyrəndi sonda, kim öyrətdi görəsən?"
'Mən bu səhər bir az tez oyanıb pəncərəmizi sildim' deyə cavab verdi əri..

Həyatda da belə deyildirmi?
Başqalarını izləyərkən gördüklərimiz, baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır. Birini mühakimə etməzdən əvvəl öz vəziyyətimizə baxmaq və 'yaxşı' olanı görməyə hazır olub olmadığımızın fərqinə varmaq gözəl bir fikir ola bilər ...
Pəncərələrimizi təmiz tuta bilmək diləyi ilə.

8 şərh

fistaşka
Super.
Sonda arzun da maraqlıdi
sirius
əlaaa....coox xoşuma gəldi...təşəkkurler…
BaKiNeC
Oz gozunde copu gormeyen kes bawqasinda tir axtarar deyib Atalar.ALLAH  bir an olsun bele oz nezerini bizlerden eskik etmesin.AMIN.
Rene
Ela hekaye idi… Dogrudan da bele olur, nedense bize oz qusurlarimizi axtarib ozumuzu islah etmekdense bashqalarinin qusurlarinin arxasinda gizlenmek daha asan gelir…
Xrizoberil
Məndə bu misralarla fikrimi bildirim:
Eyib sahibləri səhər-axşam
Özgənin eybinə dikər gözünü
Özünün eybinə nəzər eyləməz,
Hər yerə çatanda öyər özünü. (M. Fizuli)
Mikola-Mikola
adam qeybet elemez qonsu haqda! yaxin qonsu uzag qohumdan yaxindi! goren hansi mehlede olub bu sohbet?
Mikola-Mikola

adam gerek hec kimin dalinca danismasin ,yerinde qulagi var