Bərbər

Bir nəfər bərbərxanaya gəlir.Bərbər onun saçını kəsdiyi vaxt aralarında Allah haqqında söhbət düşür.Bərbər deyir:"Nə də desəniz, Allahın varlığına inanmıram". Müştəri:"Nəyə görə?". Bərbər: "Elə çıxın küçəyə baxın! Allah varsa niyə bu qədər xəstə insanlar var? Niyə bu qədər kimsəsiz uşaqlar var? Əgər o,həqiqətən də var olsaydı,onda nə qəm olardı,nə də kədər. Allah mərhəmətli olsaydı,bütün bunlara necə izn verərdi?".
Müştəri fikrə gedir.Bərbər öz işini bitirir və müştəri onun haqqını ödəyib,oranı tərk edir. O,küçəyə çıxanda orada üzütüklü,tük basmış bir adamı görür.Müştəri bərbərxanaya qayıdır,bərbərdən pəncərəyə yaxınlaşmağı xahiş edir və həmin tük basmış adamı göstərib belə deyir: "Bərbərlər mövcud deyil! ". Bunu deyib müştəri ədəblə bərbərxanadan çıxır və oradan uzaqlaşır...
 
 

4 şərh

ayxansevda
sözü vaxtında və yerində deməyin yeri var
seyran

Təəsüf ki.çox zaman insanlar  adətən əksər şeylərə sadecə xarici əlamətlərinə görə qiymət verirlər.Daxilə nüfuz etməyə .düşünməyə çalışmırlar.Bu bərbər də onlardan biri olub.

Ad_Familiya
ALLAH buyurmuşdur ki, MƏNƏ 1 QARIŞ YAXINLAŞANA MƏN 1 ADDIM YAXINLAŞARAM..MƏNƏ DOĞRU YERİYƏNƏ MƏN QAÇARAM..
TIRAŞ OLMAG İSTEYENİN SADƏCƏ İSTƏYİ OLMALI VƏ BƏRBƏRƏ GETMƏSİ LAZIM...
ElcinHesenov
Çox maraqlıdır təşəkkürlər