Allahsız professor və ağıllı Tələbə

Professor dərsdə tələbənin birinə sual verir:
- Hər nə varsa, Allah yaradıb?
-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.
-Allah hər şeyi, həəər şeyi yaradandır?
-Əlbəttə, ser.
O zaman professor belə dedi:
- Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şəri də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?
çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:
- Professor, sizə sual vermək olar?
-Buyur.

Tələbə ayağa qalxaraq sual verdi:
-Professor, soyuq mövcüddür?
-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?

Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:
- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.

Tələbə davam etdi:
-Professor, bəs qaranlıq mövcuddur?
-Əlbəttə mövcuddur.
- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.

Sonda tələbə bir daha sual verdi:
- Professor, bəs şər qüvvələr, şər özü mövcüddür?
- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.

Buna cavab olaraq tələbə:
- Yox,yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. ŞƏR ALLAHSIZLIQ DEMƏKDİR. Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur. deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, ALLAHSIZ qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!

Bu tələbənin adı Albert Eynşteyn idi!
  • TAE
  • +16
 

10 şərh

otayli
Saq ol seni. Albert! men seni bele bilmezdim!)
Nonsense
İndiyə qədər heç vaxt Eynşteynin dini fikirlərini öyrənmək ağlıma da gəlməmişdi. Amma bu yazıdan sonra arayıb axtardım, hərə bir şey yazır, biri deyir inanıb, o birisi deyir əksinə, amma öz cümləsinə əsaslanası olsaq, Eynşteynin inandığı Allah bizim (biz dedikdə təkcə müsəlmanları nəzərdə tutmuram) düşündüyümüz və qəbul etdiyimiz (ateistləri çıxmaqla) Allahdan fərqlidir. «I believe in Spinoza's God who reveals himself in the orderly harmony of what exists, not in a God who concerns himself with fates and actions of human beings.» Burdan belə nəticəyə gəlmək olar ki, Eynşteyn təbiətdəki ahəngin, ümumiyyətlə təbiətin özünün Allah tərəfindən yaradıldığına inanıb, amma onun insanların taleyiylə və ya hərəkətləriylə əlaqəsi yoxdur. Digər mənbədəki yazıda isə Eynşteynin dini fikirləri daha yaxşı aydın olur.

About God, I cannot accept any concept based on the authority of the Church. As long as I can remember, I have resented mass indocrination. I do not believe in the fear of life, in the fear of death, in blind faith. I cannot prove to you that there is no personal God, but if I were to speak of him, I would be a liar. I do not believe in the God of theology who rewards good and punishes evil. My God created laws that take care of that. His universe is not ruled by wishful thinking, but by immutable laws.


—W. Hermanns, Einstein and the Poet—In Search of the Cosmic Man (Branden Press, Brookline Village, Mass., 1983), p.132, quoted in Jammer, p.123.
Fikir təxmini belədir, «Allah haqqında kilsənin hökmranlığına əsaslanan heç bir fikri qəbul edə bilmərəm. Mən həyat qorxusuna, ölüm qorxusuna, kor taleyə inanmıram. Sizə sübut edə bilmərəm ki, şəxsi Allah yoxdur, ancaq onun haqqında danışası olsam, yalançı olaram. Dinin qəbul etdiyi xeyri mükafatlandıran, şəri cəzalandıran Allaha inanmıram. Mənim Allahım bütün bunlara nəzarət edən qanunları yaradıb. Onun kainatı arzuolunan düşüncə ilə deyil, dəyişməz qanunlarla idarə olunur.»
Nə isə. bir sözlə, bu kişinin dini fikirləri bir az müəmmalıdır. Qərar verə bilmədim :)
BaKiNeC
Cox gozel.Bunu ewitmiwdim.Allah razi olsun
bankir
Eynşteyn olmayıb əslində həmin adam,maraqlı olması üçün uydurublar bu əhvəlatı.Eynşteyn özü əslində  heç dindar olmayıb.
badblood_95
zor cavab verib oturdub yerinde
aylinka
muemmali dedikde men bir az GENERALISED  fiirleri oldigunu deyerdim, amma men inaniram ki bir alim ucun o hedden artiq dindar olub
BaKiNeC
Medikamentoz Zəhmət çəkib oxuyarsan arada.
Medikamentoz
Nonsense gözəl izahat verib,mənim bir söz deməyimə ehtiyac qalmayıb.
Deniz-Xeyale
Əhsən belə tələbəyə