Dost dar gündə tanınar

Onlar yaxşı rəfiqə idilər. Qonşu olduqları üçün hər gün bir - biri ilə qarşılaşır, dərdləşir, söhbətləşirdilər. Ayrılmaz cütlük idilər.

Bir gün bərk xəstələndi. Sətəlcəm olmuşdu. Üç uşaq, qaynana və yoldaşı , ailə böyük idi. İndi nə edəcəkdi? Həkim yataqdan qalxmamağı tapşırmışdı. Qalxsa belə , bir addım atacaq qədər gücü yox idi. Həmişə möhkəmliyi , can sağlığı ilə seçilirdi , bəs indi? Bilmirdi nə etsin.

Dost dar gündə tanınar. Belə də oldu. Rəfiqəsi hər gün yanına gəlir, yemək bişirir, evini yığışdırırdı. O necə də xoşbəxt idi. Dar gündə yanında birisi olması çox yaxşıdı. Xəstə olduğundan çoxdan idi ki, əlini ağdan -qaraya vurmamışdı, Hər yan toz idi. Rəfiqəsi isə "hər şeyi yoluna qoymuşdu". Hər yanı təmizləmiş, yığışdırmışdı. O, , necə də ona minnətdar idi. Lakin xəbəri yox idi ki, bütün həyət ondan danışır. Çünki, rəfiqəsi "hər işini yoluna qoymuşdu" - " Natəmizlik? Belə də yox daa, ödüm ağzıma gəldi, iyrəndim , fuu, mındarçılıq, daha nə deyim" - deyə , hər kəsə onun evinin natəmizliyindən və necə "əziyyətlə" oraları səliqəyə salıb, təmizlədiyini danışmışdı.

P.S Belə dost və onun yaxşılığındansa tək qalsan yaxşıdı.

Müəllif: Zeynalova Vüsalə. M

6 şərh

Cavid
Razıyam amma hər halda yığışdırıb, bunu da nəzərə almaq lazımdır. Mənə elə gəlir ki bu real həyatdan götürülüb:)
BaKiNeC
Allah insani belesinden qorusun vallah.Yaxwidi gedib bawqa sozler dimiyib
eminkerimov
inan ki bu movzunu derinden fikirlesmeye ehtiyyac yoxdur. bu sohbetin arxasinda qadin farmazonlugu, ozunu gosterme kimi amiller durur. ozunu publikaya bildirmek.
worldwidelove

Her yolan kecene yada bezen lazim olan anda komek etmeye calisana dost demek olmaz ki… Esl dost komek etmese bele dostdu

ayxansevda
dost dar gündə yanında yoxsa daha neyləyirəm onu, xoş gündə onsuzda adamın yanında yetərincə insan tapılır. Esl dost komek etmese bele dostdu — məncə burda təzad var xoş günün dostları var, dar günün dostu var, vəzifə dostları var, əsl dost da var. Ayrı — ayrı şeylərdi bunlar.