Vicdan əzabı...

1993-cü ilin mart ayında Cənubi Afrikalı fotomüxbir Kevin Karter Sudanda vətəndaş müharibəsinin gətirdiyi aclığı çəkmək üçün bu ölkəyə getdi. İlk şəkillərini Ayod adlı bir kənddə çəkdi. Mənzərə həqiqətən də çox dəhşətli idi. Hər saatda orta hesabla 20 adam ölürdü.

Kevin Karter şəkil çəkəndə birdən bir kolluğun dibində yatan balaca qız gördü. "Qarnı kürəyinə yapışan" bu balaca qız ölümünü gözləyirdi. Bu əlbəttə ki, bir fotomüxbir üçün "qeyri-adi" fürsət idi.

dünyanın ən maraq doğuran şəkillərindən biri

Qızın şəklini çəkmək istəyirdi ki, 5 metr aralıya bir kərkəs qondu. Karter "daha təsirli" bir kadr almaq üçün 20 dəqiqə kərkəsin qanadlarını açmasını gözlədi. Ancaq nə qədər gözləsə də, kərkəs qanadlarını açmadı. Nəhayət, Karter balaca qızı kərkəslə eyni kadrda çəkdi. Şəkli çəkəndən sonra isə Karter kərkəsi qovdu. Sonra Karter bir ağacın altında oturdu və ağlamağa başladı. Çünki gözünün qarşısına balaca qızı Meqan gəlmişdi.

Bir neçə gün sonra Karter ölkəsinə qayıtdı. Çəkdiyi şəkil "Nyu York Tayms" qəzetinin 26 mart 1993-cü il cümə sayında çıxdı. Şəkil qəzetdə çıxan kimi böyük əks-sədaya səbəb oldu və Afrikanın şəkdiyi acıların simvoluna çevrildi. Dünyada az qala bütün qəzetlər bir-birinin arxasında bu şəkli dərc etdilər. Bir tərəfədən də qəzetə gələn zənglərin ardı-arası kəsilmirdi. Zəng edənlərin hamısı təkidlə kərkəsin yanındakı balaca qızın sonrakı taleyini soruşurdu.

Çox keçmədi ki, Karter bu şəklə görə məşhur Pulitser Mükafatını aldı. Bəs sonra? Sonra Karter çarəsiz qızı orada köməksiz qoyduğu üçün vicdan əzabından öldü. Və Karter öləndə onunla bu hadisə arasında cəmi 2 ay var idi. Ölümündən əvvəl isə Karter bir dostuna balaca qızı yaxınlıqdakı yardım düşərgəsinə aparmadığı üçün özünü bağışlamaya bilməyəcəyini demişdi...

 

Mənbə:"Ailəm" jurnalı

11 şərh

lala_askerova

tebrikler ORIGINAL))))xeberin secildi)))))sag elin bawima:)

ORIGINAL
Təşəkkürlər)))İnşallah)
Nonsense

Yaxşı olardı ki, yazının mənbəyini qeyd edərdiniz. Axı bu, müəllif hüquqlarının pozulması deməkdir. Yazıdakı bir hərfi belə dəyişmədən yazmısınız, amma müəllifi xatırlatmamısınız.

ORIGINAL
Nonsense,bu cür diqqətnizə görə təşəkkürlər...Mənbə «Ailəm» jurnalıdı.Əlavə etdim artıq…
Rene
Nonsense, hərf səhvi var :p Afrikanın şəkdiyi acılar )) İnanmıram ki Ailəm jurnalında çəkdiyi sözü şəkdiyi kimi yazılsın ))
Karizma

Dunyada en pis sey vicdan ezabidir.Adamin yaxasini olene kimi buraxmir

vugaar

vicdan əzabınnan da dəhşətlisi cəhənnəm əzabi olacaq. hemin muxbirin ise vicdan əzabi cekdiyinə inanmaq olmur hec, bu mənzərəni canli görub buna reaksiya vermemeyi ancaq amerikali bacarar mence

Rene
Həqiqətən də maraqlıdır… Kənara çəkilib ağlayan insanın necə olur ki, uşağı düşərgəyə aparmaq gəlmir?.. Allah bağışlanmaz günahdan, dönülməz peşmançılıqdan qorusun. Aminnn
velili_hemide
Doğurdan maraqlı yazıdır. elə indicə bu yazını yerləşdirmək istəyirdim. yaxşı ki axtarışa verdim…
Ramil
Mən oxumamışdım, siz də sağ olun ki, bu mətni yenidən üzə çıxardınız.