Qısa cavab

Makedoniya kralı Filip bütün Yunanıstanı ələ keçirmək üçün böyük bir müharibəyə başlamış və qısa bir vaxtda böyük bir ərazini ələ keçirmişdi.Ancaq hələ də ələ keçməyən ərazilər var idi və bu ərazilərdən biri də İsparta idi.İsparta Yunanıstanın cənubunda yerləşir və Lakoniya deyilən ərazini əhatə edirdi.Buna görə də,bəzən ispartılalılara lakoniyalılar da deyirdilər.

Lakoniyalılar təkcə sadəlikləri ilə yox,cəsarətlikləri ilə tanınırdılar.Onların başqa bir cəhəti isə çox qısa cümlələrdən istifadə etmələri və çox qısa sözlərə üstünlük vermələri idi.

Filip Yunanıstan xəyalının Lakoniyadan keçdiyini yaxşı bilirdi.Buna görə də,qısa bir vaxtda bütün ordularını Lakoniya sərhədinə yığdı.Ordu hazır olduqdan sonra lakoniyalılara bir məktub göndərdi.Məktubda bu sözlər var idi: “Əgər təslim olmasanız,ölkənizi işğal edəcəyəm.Əgər ölkənizi işğal etsəm,hər şeyinizi əlinizdən alacağam”...

Bir neçə gün sonra lakoniyalılardan cavab gəldi.Cavab lakoniyalıların bütün əzmini və cəsatərini ifadə edirdi və cəmi bir sözdən ibarət idi: “Əgər...”

 

5 şərh

Karizma
Bu egerin dalinda ne dayanir bilmirem.Ammamencedunya tarixinin en cesaretli xalqi cecenler olublar olacaqlar da.Xususen de CEVHER DUDAYEV
Rene
Bu ki cox sadedir… Yeni ki, eger ishgal ede bilsen…
Perishan
da bi meshaet...)))
Rene
Hee, Perish ele de demek olar ))
Xrizoberil
məntiqli cavabdır))))