Sizə bir məktub var

Yumurtanızı necə yeyirsiniz? Qayqanağmı olsun?
Qəhvənizi südlümü istəyirsiniz, yoxsa sadəmi?
Süfrənizdə qızartma olmasa əsəbləşərdinizmi?sizə bir məktub var
Üç növ yeməkdən sonra şirniyyat istəyərdiniz hərhalda?
Aman haa farfor qablarınıza diqqət edin…
Sonra qırılsa nə edərsiniz? Amma doğurdan da.. siz nə anlayarsınız yoxluqdan və sıxıntıdan..
Sizə bir məktub var! Zibildən çörək yığanlardan.
Hansı kollecin məzunu olmaq istəyərsiniz?
Atanız ananız sizə hansı marka kompyuter alsın?
O biri sinifə keçsəniz kameralı mobil telefonumu istəyirsiniz?
Aman ha məktəbinizdəki balet kursuna davam edin..
Kollec formalarınız neçə növ olsun?
Məktəb avtobusunuz gec gəlsə hirslənərdinizmi? Amma doğurdan da.. Siz nə anlayarsınız , şam işığıyla səhər açanlardan..
Sizə bir məktub var! yoxsulluqdan məktəbə gedə bilməyib, divarlarda yazı yazanlardan..
Bu gün hansı mağazanı gəzmək istəyərdiniz?
Vitrindəki paltarlardan neçə dənəsini alacaqsınız?
Ayaqqabınızla çantanız eyni rəng olmalıdır elə deyilmi?
Yoxsa sizə gülərlərmi eyni paltarı hər gün geyinsəniz?
Aman ha axşamkı serialı unutmayın.
Yoxsa sabah nə danışarsınız rəfiqələrinizlə? Amma doğurdan da.. siz nə anlayarsınız bir yamağı üçə bölənlərdən?
Sizə bir məktub var! Qış günü paltarsız ölənlərdən...

 

3 şərh

Silen_ce
çox təsirlidir, təşəkkürlər… utandım özümdən…
Xrizoberil
bəzən həqiqətən çox naşükür oluruq… ((