Allahım mənə "yox" dedi

Bizlər daim Allaha dua edərkən ondan sevgi, xoşbəxtlik, səbr, dözüm diləyirik. Daha sonra isə Allahın bizim arzularımızın yerinə yetməsi üçün yaratdığı şəraitə təəccüblənirik...
1. Mən Allahdan qürurumu almağı xahiş etdim, O isə "yox" dedi. O dedi ki, qüruru almırlar, ondan imtina etmək lazımdır.
2. Mən Allahdan yatağa məhkum olunmuş qızımı müalicə etməyi dilədim, Allah isə mənə "yox" dedi. O dedi ki, səbr əziyyətlərin nəticəsidir. Onu vermirlər, onu qazanmaq lazımdır.
3. Mən Allahdan mənə xoşbəxtlik nəsib etməsini dilədim, o isə "yox" cavabını verdi. Allahım dedi ki, "Mən sənə xeyir-dua verirəm", xoşbəxt olub-olmamaq isə sənin öz əlindədir.
4. Mən Allahdan məni ağrıdan, acıdan uzaq etməsini dilədim, o isə "yox" dedi. Allahım dedi ki, "ağrı, acı insanı dünya problemlərindən uzaqlaşdırır və Mənə yaxınlaşdırır."
5. Mən Allahdan mənim başqalarını onun məni sevdiyi kimi sevməmi dilədim. Allahım dedi: " Nəhayət ki, sən nəyi diləmək lazım olduğunu bildin".
6. Mən Allahdan güc istədim, o mənə əziyyət göndərdi ki, mən bir az da möhkəmlənim.
7. Mən Allahdan müdriklik istədim, o mənə problemlər verdi ki, mən onlar üzərində düşünüm.
8. Mən Allahdan cəsarət istədim, o mənə təhlükə göndərdi.
9. Mən Allahdan sevgi istədim, o mənə ehtiyacı olanları göndərdi.
10.Mən səadət istədim, o mənə imkan yaratdı.
Mən dilədiyim heç bir şeyi almadım. Mən mənə lazım olanları aldım.
Allah mənim dualarıma diqqət yetirdi...

7 şərh

fidan
11.Allahdan kayzendə yaxşı istifadəçilər istədim.Dedi ki,tələsmə,sən yaxşı topiklər yazsan onlar özü gələcək.
12.Allahdan reytinq istədim,dedi sən reytinq barədə fikirləşməyib öz topiklərini yaz,reytinq öz-özünə gələcək.
ramzes
Allahdan kayzenin Azərbaycanın ən çox ziyarət edilən saytı olmasını dilədim .Dedi ki, bunun üçün sözdə yox əməldə də çalışmaq lazımdı, həm də ço...x.
Ferbara
Bir nəfər Allaha yalvarır ki, Ay Allah, noolar, elə elə ki, mən də bir maşın udum. Sabah yenə əlini açır göyə başlayır yalvarmağa: «Ay Allah, nolar, qoy mən də bir maşın udum.» Birisi gün görur yenə heç nə olmur, yenə yalvarır, hətta acıqlanır: «Ay Allah, bir maşın nədi ki, onu mənə çox görürsən?» (Əstağfürüllah) Allah əsəbləşir, onu qınayır: «Ay kişi, sən bilet aldın ki, mən də sənə maşın verim?»
2ral
Həm ziyarətr,həm ticarət filmi. Hacı İsmayılovun oynadığı obrazın Türkiyə televiziyasında demək istədiyi Şəki lətifəsi
Dior

ALLAH səmimi qəlbdən edilən duaları qəbul edəndir

«Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.»
əl Bəqərə 186

ulya
Sadece birce damci dushunmek kifayetdir ki, Allah oz bendelerini ne geder sevir...En qiymetli varligimizda agildir...Agil verib bu dunyaya gonderir ve bu agildan semereli istifade etsek her sheyimiz olar ve dunyanin xoshbexti olariq…
2ral
Qaydaları oxumaq bu qədər çətindir??
Azərbaycan hərfləri ilə yaz.