Tək qollu çempion

Bir çox insan əksik olduğu yönlərini göstərmək istəməz. Əksikliklərini hərkəsdən gizlətmənin daha böyük əksiklik olduğunu başa düşməz. Aşağıdakı hekayəni oxuduğunuzda bir əksikliyin necə üstünlüyə çevrilməsini görəcəksiniz.9 yaşındakı yaponlu uşağın ən böyük xəyalı bir gün çox yaxşı cüdoçu olmaq idi. Çox təssüf ki,avtomobil qəzasında sol qolunu itirir. Həm balaca,həm də ailəsi bundan dolayı çox sarsıntı keçirir. Ailəsi sırf övladları vaxtını yaxşı keçirsin deyə, Yaponların cüdo üzrə ən tanınmış müəllimlərdən birini tutUrlar. Müəllim uşağa tək qolla edə biləcəyi yeganə fırlatma hərəkətini öyrədir. Gecə gündüz uşaqla ancaq bu hərəkəti məşq edirlər. Bir müddət sonra uşaq hərəkəti çox yaxşı və daha sürətli bir şəkildə eləməyə başlayır, amma müəllimi hər gün saatlarca eyni hərəkəti adətə əzbərlədir. Uşaq bu hərəkətdən bezir və başqa hərəkət öyrənmək istədiyini dediyi zaman, müəllimi dünyada bu hərəkəti ən tez onun edə biləcəyi günə qədər məşq etməsini və başqa hərəkət öyrətməyəcəyini deyir. Bir müddət sonra uşaq bu hərəkəti ildırım sürəti ilə eləməyə öyrənir. Uşağın müəllimi artıq bir yarışmaya qatılmanın zamanının gəldiyini deyir. Bu mümkün deyildi. Tək qollu cüdoçu tək hərəkətlə yarışmaya qatılacaq. Uşaq etraz etdikcə müəllimi " Sən öyrəndiyin hərəkəti elə,qalanını fikirləşmə" deyə nəsihət verər. 1 ci tur, 2 ci tur deyərkən uşaq turları rahat şəkildə keçər və finala gəlir. Tək hərəkət bilməklə finala qədər gələn uşağın finladakı rəqibi bölgənin ən yaxşı cüdoçusu olur. Uşaq böyük cüssəli rəqibini görüncə qorxar. Müəllimi yenə də olduqca sakitdir, " Övlad sən bu hərəkətinlə dünyada təksən onu elə bəs edər" deyir. Uşaq rəqibinə öz bildiyi hərəkəti ildırım sürəti ilə edər, rəqib qalxdıqca eyni hərəkəti yenə tətbiq edir. İnanılmaz,olan olmuşdu. Uşaq tək qolla tək hərəkəti sayəsində çempion olmuşdu. Uşaq qalibiyyətin həyəcanı ilə müəllindən soruşar "İnanan bilmirəm mən necə çempion oldum? " Müəllimi yenə də sakit bir halda belə cavab verər. "Bu zəfərin iki sirri var oğlum. Birincisi cüdonun ən çətin hərəkətlərindən birini çox yaxşı eləyə bilməkdir. İkincisi Bu hərəkətə qarşı tək bir qorunma vardır. O da hərəkəti tətbiq edənin sol qolunu tutmaq! "

Tərcümə:Şəbnəm Hümbətova

3 şərh

Nailə_Rzayeva
ən yaxşı bildiyin işlə məşğul olmaq, həyatda ən böyük uğura sahib olmaq deməkdir…
Xrizoberil
mənim ən çox bəyəndiyim hekayələrdən biridir bu… təşəkkürlər
Karizma

demeli her hansi bir eksiklik heyatda artiqliga da cevrile biler.Cox maraqli hekaye idi.esitmemisdim