Qeybət haqqında

İslam alimlərindən Cüneyd Bağdadi bir məclisdə idi. Bir gənc gəlib:
-Allah rizası üçün mənə kömək edin. Mənim köməyə ehtiyacım var,-deyir.
Cüneyd Bağdadi baxır ki,gənc sapsağlam bir adamdır."Bu gənc bu halı ilə dilənçilik etməkdən utanmırmı? Nəyə görə işləyib qazanmaq əvəzinə ,dilənçiliklə özünü alçaldır?!"-deyə düşünür.
O gecə bir yuxu görür. Yuxusunda məsciddə gördüyü gəncin bədənindən kabab hazırlayıb qabağına qoyurlar və Cüneyd Bağdadiyə :"Bunu yeməlisən!"-deyirlər.
Cüneyd Bağdadi:"İnsan əti də yeyilər?"-deyə etiraz edəndə:
-Bəs dünən məsciddə necə yeyirdin?İndi də elə yeməlisən,-deyirlər.
Cüneyd Bağdadi həzrətləri belə nəql edir:
"Öz-özümə :"Deməli ,qeybət etmişəm!"-deyib təlaş içində oyandım.Dəstəmaz alıb iki rükət namaz qıldım.Tövbə -istiğfar etdim.Səhər olunca qeybət etdiyim gənci axtarmağa getdim.Axtardım,axtardım,nəhayət ,Dəclə çayının sahilində tapdım.Oturub vəzəri yeyirdi.Gənc mənim gəldiyimi görüncə başını qaldıraraq :
-Ey Cüneyd!Məsciddə mənim haqqımda pis düşündüyün üçün tövbə edib peşman oldunmu?-deyə soruşdu.
Mən:
Bəli ,-dedim.Həmin gənc mənə:
Onda kədərlənmə,get,-deyib bu ayəni oxudu:"Bəndələrinin tövbəsini O qəbul edir ,günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir!"-deyib("Şura "surəsi ,25ayə) və gözdən itdi".


Həmçinin baxın: Qeybət ən böyük günahdır, Qeybət,
 

0 şərh