Xoşbəxtlik

Bir dəfə xoşbəxtlik meşə ilə gedir və qəfildən quyuya düşür. Oturub ağlamağa başlayır. Birdən yaxından insan keçdiyini eşidib onu haraylayır:

- Ey xeyirxah insan, çıxar məni buradan.

- "Əvəzində nə verəcəksən?" - deyə insan soruşur.

- Nə istəyirsən?

- Dənizə görünüşü olan, ən bahalı, böyük və gözəl bir ev istəyirəm.

Xoşbəxtlik onun istəyini yerinə yetirir və insan sevincək onu quyuda qoyub qaçır. Xoşbəxtlik yenə hönkür-hönkür ağlamağa başlayır. Yaxından yenə insan keçdiyini eşidib, haraylayır:

- Ey xeyirxah insan, çıxar məni buradan.

- "Əvəzində nə verəcəksən?" - deyə bu biri insan da soruşur.

- Nə istəyirsən?

- Çoxlu, müxtəlif markadan olan bahalı və gözəl maşınlar istəyirəm.

Xoşbəxtlik ikinci insanın da istədiyini ona verir, ancaq o da sevinərək qaçıb gedir və xoşbəxtliyi quyudan çıxarmağı unudur. Tamam ümidini itirdiyi bir vaxtda yenə kiminsə keçdiyini eşidir və haraylayır:

- Ey xeyirxah insan, çıxar məni buradan, xahiş edirəm.

Bu insan onu quyudan çıxarıb yoluna davam edir. Xoşbəxtlik onun dalınca qaçaraq soruşur:

- Ey insan, mənə etdiyin köməyin əvəzində nə istəyirsən?

- "Mənə heç nə lazım deyil" - deyə insan cavab verir.

Xoşbəxtlik bundan sonra onun dalınca gedir və heç vaxt ondan yanından ayrılmır.

 

Tərcümə etdi: Tengiz Budaqov

 

 

5 şərh

BaKiNeC

Gözəl hekayədir.Bəli həyatda bəzi və deyərdim ki, əksəriyyət insanlar öz xoşbəxtliklərini vara-dövlətə satırlar.

Ferbara

Şükr edən insan xoşbəxt oluğunu hər zaman xatırlayır. Naşükür isə heç vaxt xoşbəxt ola bilmir, daha doğrusu xoşbəxt olduğunu anlamır və həyatdan hər zaman narazı olur.

Karizma
esl xosbextlik basqa seydir.Ister varli ister kasib.
rezerv
Digər,o iki səxsin basina nə gəli cox mərak etdim,axi, xosbəxtlik onlarla getməyib.
rezerv
Digər,o iki səxsin basina nə gəlib cox mərak etdim,axi, xosbəxtlik onlarla getməyib.