Günahın qoxusu

Hindistanda bir dəstə yoldaş birlikdə gəzməyə çıxmışdı. Yolları bir Allah dostunun yanından keçirdi. Bu mübarək şəxs onlara bu nəsihəti verdi:
- Qarşınıza fil balaları çıxa bilər. Nə qədər ac olsanız da, məbada onları kəsib ətlərini yeməyin! Əgər yesəniz, anaları sizi məhv edər!
Həmin yoldaşlar söhbətdən sonra yenidən yola düşürllər. Uzun-uzadı səyahətdən sonra bərk acırlar. Bir az sonra qarşılarına bir fil balası çıxır. Allah dostunun verdiyi nəsihətə qulaq asmayıb fil balasını kəsir, ətini də yeyirlər.
Onlardan biri Allah dostunun nəsihətinə qulaq asır və bu ətdən bir tikə belə yemir. Qarınları doyan bu insanlar fil əti yeməyən yoldaşlarına yazıqları gələrək baxırlar. Gecə yatdıqları anda ana fil gəlir və balasını tapa bilməyəndə dəli kimi olur. Yuxuya gedən bu yoldaşların bir-bir ağzını iyləyir. Balasının iyini aldığı hər ağız sahibini xortumu ilə tutaraq parçalayır. Balasının ətini yeməyən şəxsi də belinə mindirib gedəcəyi yerə aparır.
Fil ətinin özünəməxsus qoxusu olduğu kimi, hər günahın da bir növ qoxusu var. İnsan dünyasını dəyişəndə mələklər o qoxulardan kimin nə günahı varsa anlayarlar. Günahdan uzaq olmuş insan pis qoxudan uzaq olduğu üçün dərhal bəlli olar. Bu səbəbdən də bütün gözəlliklərin mərkəzi olan Cənnətə aparılar.

6 şərh

kocharli

sualima cavab yazsaz sevinerem.Siz secde ehlisiz?


 

umud600
Əlbəttə. Namaz dinimizin sütunudur. " Bizim ayələrimizi ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər. Onlar ibadət üçün yataqlarından qalxar, gecələr az yatar, qorxu və ümid içində Allahın əzabından qorxaraq mərhəmətinə ümid bəsləyərək Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən ehtiyacı olanlara sərf edərlər. Etdiyi əməllərin mükafatı olaraq Allah dərgahında onlar möminlər üçün göz oxşayan, onları sevindirəcək nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz ". ( Qurani Kərim: Səcdə surəsi )
kocharli
ALLAH qebul etsin.coxdan qilirsiz?mende qiliram.
lili95
Tamahkarlıq həmişə insana bəla gətirir.
cahandar
Əlhəmdülillah.Namaz,sevgimizin Yücə Yaradana bildiriş vasitəsidir!!!
umud600
Ey iman gətirənlər! Rükü və səcdə edin. Rəbbinizə qulluq edin, xeyirli işlər görün ki, qurtulasınız… Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. O sizin sahibinizdir