Böyüklər üçün nağıl

Adətən nağıllar “Biri vardı biri yoxdu” sözləri ilə başlayır. Bu nağılın isə bu sözlərlə başlaması məsləhətdi “Əgər görsən ki, su təpə boyunca altdan yuxarı qalxır, deməli, kimsə xeyirxahlığa xeyirxahlıqla cavab verib”.

Ovçuların qovduqları ilan kəndlidən həyatını xilas etməyi xahiş etdi. Kəndli ilanı xilas etmək üçün ilanın qarnına girməsinə izin verdi. Lakin, təhlükə sovuşduqdan sonra kəndli ilandan çölə çıxmasını xahiş etdikdə, ilan buna etiraz etdi. Çünki içəri isti və təhlükəsiz idi. Kəndli evə qayıdarkən yolda vağ ilə rastlaşdı. O, nə baş verdiyini pıçıltı ilə Vağa başa saldı. Vağ ilanı çıxartmaq üçün ona oturmağı və qaytarmağı tapşırdı. Kəndli onun dediyi kimi etdi. İlanın başı kəndlinin ağzında göründükdə vağ onu dimdiyi ilə tutdu və bütünlükdə dartıb çıxararaq öldürdü. Kəndli qorxurdu ki, daxilində ilan zəhəri qalar. Vağ ona dedi ki, ilan zəhərindən altı ağ quşu bişirib, yeməklə müalicə olunmaq mümkündür.
Kəndli bunu eşitdikdə : “Sən ağ quşsan, elə səndən başlayıram!” deyib vağı tutub, kisəyə saldı və evə gətirdi. Evdə başına gələnləri arvadına danışdı. Kəndlinin arvadı əhvəlatı eşitdikdə “Sən məni təəccübləndirirsən. Quş xeyirxahlıq edərək səni müsübətdən qurtarıb, sən isə onu yemək istəyirsən?!” deyib, dərhal vağı azad etdi. Quş uçub getdi ancaq, getməzdən əvvəl dimdiyi ilə qadının gözlərini çıxartdı.

Afrika xalq nağılı.

P. S. Bu Afrikalıların nağılı da qəribədi. Uşaq vaxtı oxuduğum bütün nağılların sonu xoşbəxt sonluqla qurtarıb. Ya da ki, cəzalanan tərəf yaxşılıq başa düşməyən nankor biri olub. Bu nağılda isə hadisələr tamam başqa cür cərəyan edir. Kəndli ilana yaxşılıq edir, əvəzində pislik görür. Vağ kəndliyə yaxşılıq edir, əvəzində pislik görür. Qadın isə vağa yaxşılıq edir və əvəzində pislik görür. Deyirəm nə yaxşı ki, uşaq vaxtı bu nağılı eşitməmişəm yoxsa psixikam pozulardı. :-)

14 şərh

2ral
Hakimiyyətin 48 qanunu qanunu kitabından yəqin oxumusunuz:))
Bir şad xəbər deyim: bu yaxınlarda saytda bu qanunlardan yerləşdiləcək.Danışıqlar gedir.
mr13
Robert Qrin. SUper kitabdır.
IDEAL
Buna çox sevinərəm. Əla kitabdı. Sadəcə 12 qanunun Azərbaycan dilinə tərcümə olunduğunu bilirəm. Ancaq 48-idə tərcümə olunsaydı əla olardı deyə düşünürəm.
bankir
Belə yerdə çox vaxt deyirlər ki,müsəlmana yaxşılıq yoxdur.
papatürk

Çox nahaq deyirlər.Göründüyü kimi bu məsələ tək müsəlmanlara yox,ilan xilas edən afrikalı zəncilərə də aiddir.


Doğurdan da bu nağıl Robert Qrinin 48 laws of power kitabında verilib.Orijinalda həmin qanun belədir:


Never put too Much Trust in Friends, Learn how to use Enemies
Be wary of friends-they will betray you more quickly, for they are easily aroused to envy. They also become spoiled and tyrannical. But hire a former enemy and he will be more loyal than a friend, because he has more to prove. In fact, you have more to fear from friends than from enemies. If you have no enemies, find a way to make them.

Magicboy
Çox maraqlı nağıldır. 48 laws of power kitabını gərək tezliklə oxuyum. Bu kitabın azərbaycanca versiyası var?
nərgiz
Var.Natamam olsa da(ilk 12 qanun deyəsən tərcümə olunub). Makiavelli stilində yazılmış kitabdır.Mən oxumasamda bir dostum oxuyub,üzü qırmızı rəngdə olan kitabdır.Siyasətçilər üçün bir nömrəli kitab sayılır.Bakıda rus dilli variantı hər yerdə satılır.
mr13
ancaq rus dilində 100 % var
ramzes

Heç kimə yaxşılıq yoxdur, heç kimə üz vermək olmaz.

HTML
Düz deyirsən,heç kimə yaxşılıq yoxdur,gərək pislik edəsən.Ona görə sənə minus yazacam :)
ramzes
Mən də sənə minus yazacam indi. Həm şərhinə həm də profilində, nə gəlsə pislikdən gələcək ( =) )
tutmos

Maraqlı nağıl idi, gəlin etiraf edək ki, Məlikmməməd nağılından maraqlıdır

alan
cox qeyri-adi idi.niye arvadin gozunu cixartdi ki???????????
Medikamentoz
Burda da sualların sayını 11-ə çatdırmısan :)

PS:Sualın cavabını bilsən mənə də yazarsan :)