Silinməz dostluq

Bir-birini çox sevən iki səmimi dost birlikdə yola düşürlər. Dağlardan, meşələrdən, çaylardan keçib bir səhraya çatırlar. Uzun yol dostlardan birinin ürəyini sıxmağa başlayır. Eyni açılsın deyə dostunun boynuna bir şillə çəkir.
Yorğunluqdan taqəti tükənən, üstəlik də durduğu yerdə şillə yeyən dost qumun üstünə " Bu gün ən yaxşı dostum mənə şillə vurdu " yazır və dostundan " məni niyə vurdun?" - deyə soruşmadan yoluna davam edir.
Dostların bitməz-tükənməz səyahəti səhrada davam edərkən şillə yeyib inciyən dost qəflətən bir qum girdabına düşür. Əvvəlcə ona şillə vuran dost dərhal köməyə gəlir. Qumlar dostunu girdaba çəkərkən əl uzadıb onu xilas edir.
Şillə vuran dostunun onu xilas etdiyini görən yolçu bu dəfə də bir daşın üstündə bıçaqla " Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi!" yazır və belə bir dostu olduğuna görə Allaha şükür edir.
Bunu görən xilaskar dost isə sözlərin quma deyil, daşa yazılmasını heyrətlə qarşılayır və ona:
- Mən sənə şillə vuranda " Bu gün ən yaxşı dostum mənə şillə vurdu!" sözlərini qumda yazmışdın. Bu gün isə səni girdabdan xilas edəndə daşın üstünə " Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi!" yazdın. Bunun səbəbini öyrənə bilərəm?  - deyə soruşur.
Dostu ona təbəssüm edib:
- Sən mənə şillə vuranda qəzəblənmədən quma " Bu gün ən yaxşı dostum mənə şillə vurdu!" sözlərini yazdım ki, əsən küləklər yazını silib aparsın. Məni girdabdan xilas edəndə isə" Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi" sözlərini daşlara yazdım ki, heç bir külək dostluğumuzu silib aparmasın. Dostluğumuz əbədi olsun, - deyir.

31 şərh

lili95
ancaq qedir bilene.tesekkur
Ferbara
Dostu da nə dilbilməzdi. Mən o dəqiqə anlayardım və boynunu qucaqlardım. :) Zarafat.
Doğrudur. Ən mükəmməl səth də tam hamar ola bilməz.  Mütləq üstündə bir cızıq taparsınız. Buna görə onu atarsınızmı? Yox. :)
umud600

Deməli siz sadiq dostlardansınız. :) Yaxşı dost gözəl ətir satan kimidir: sənə ətir vurmasa da, yanında olduğu müddətdə gözəl ətrindən faydalanırsan.

Xrizoberil
Hər bir kəsə belə dostlar qismət olsun.Amin…
məryam
Oxumuşam. Maraqlıdı.
DiplomatkA
Hami bele dosr arzu eder)
ElcinHesenov
salam. Dost  kəlməsinin mənası adı kimi ağırdır. bu yola çıxanlar çox olub qayıdan az olub mənalı yazıdır təşəkkür.
umud600
Salam. Sizinlə razıyam. Qardaş dost olmaya bilər, amma dost həm də qardaş olmalıdır.Təşəkkür
Ferbara
Bir şey demək istəyirəm. Düzdü, burda dostluq simvolik olaraq təsvir olunub. Amma ölüm ayağında onun yanında kim olsaydı kömək edərdi. Hətta düşmən də olsa, xilas edərdi. Təbii ki, o cür düşmən azdı. Ancaq böyük dostluqlar var ki, düşmənçilikdən başlayıb.
umud600
Həqiqətən  düşmənçiliklərdən başlayan dostluq, hətta böyük dostluqlar həyatda çox olur.
MaksiMuS
Hekaye taniw gelsede tekrar oxudum.ibretvericidi.Ama zemaneye uygun deyil.
Emeye hormet twk.
umud600

Axşamınız xeyir. Səbuhi, məncə hər şeyin günahını zəmanədə axtarmaq düzgün deyil. İnsanlardan da çox şey asılıdır. Əməyə qiymətə görə tşk.

MaksiMuS
Umud, elbet zemane konkret wexs deyil,zemanedekilere xitaben desek lap deqiq olar. Yaxwi,wexsen sen bele bir dostlugun indiki dovrde olduguna inanirsan muasir gencliye baxaraq?tam semimi
umud600
Salam. Tam səmimi desəm inanıram, ancaq müəyyən ölçüdə. Dostluq üçün elə də ağır şərtlər yoxdur. Əsas etibardır. Sonra da güzəştə getməyi bacarmaq, ancaq qarşılıqsız güzəşt dostluğun sonudur.
Ferbara
Hər şey tərbiyədən asılıdı məncə.

Şahanə tərbiyə, hünər, nəzakət
Ağıla nur verir, ürəyə qüvvət.
Hər əqlə sığışan hünər, bilikdən
Bir məna çıxarır mənanı bilən. (Nizami Gəncəvi)
məryam

İndiki zəmanədə insanların dərdlərinin eyni olması, səmimi dostluqlara yol aça bilər. Amma bir səhv, bu dostluğu məhv edə bilər.


İndiki insanlar dərdlərini bölüşməyə adam axtarır və sirr tutan insanlarla dostluqlar yanır. Amma əgər dostlardan biri, bir səhv etsə, onsuzda çox dərdi olan insanın bir dərdi daha əmələ gəlir. Və o, daha çox üzülür. İndiki zəmanədə də, bir səhvə yol verməmək, dostluqda çətin məsələdi.

Ferbara
Məşhur sitat: Adam fikirləşəndə ki, bu uşaq böyüyəndə kim olacaq, adamın tükləri biz-biz olur. :)
Məryam, çox doğru və aydın izah elədin. Təşəkkürlər. :)
məryam
Teşekkürüne göre minnetdaram.
SABINA ZZ
emeye tesekkur,ama ki,men burda dusundurucu qeyri adi ve maraqli bir sey gormedim,biraz menasiz idi mence
Ferbara
SABINA ZZ, bu simvolik, məanlı hekayədi. Burdakı eyhamı anlamadınızsa, təəssüf edirəm. :)
SABINA ZZ

bagislayin ama eyhamli bir sey gormedim mena da fikrimi yazdim men.dostluq bu demek deyil.esl dost,qub burulganindan adam cixaran deyil mence


 

Ferbara
Dedim axı, simvolikdi. Siz doğru deyirsiniz. Gedib özünü quma batırıb sənə yaxınlaşan birini gözləmirsən ki. :))
umud600
Sağ olun Firəngiz. Sabina məni yaman qaralıyıb.:)
umud600
  Dostluğun gücünü bizə anlatmaq üçün qum girdabı bir vasitə kimi göstərilib hekayədə.Sabina xanım, noolar, məni qaralamayın. :)  
SABINA ZZ
men sizi qaralamiram.sadece hekayeye reyimi bildirdim.burda dostlugun gucunu gormedim.hele EYNI ACILSIN DEYE BIR SILLE VURDU bu cumle lap gulmeliydi.ola bilsin siz de bunu hardansa oxumusunuz,yazmisiniz size bir soz demirem,bu hekaye gulmelidir,burda ESL DOSTLUGA aid hecne gormedim,onu yazdim
umud600

Nə deyə bilərəm, onda doyana qədər gülün. :)

alan
indi bele dost tapmaq cetindi.
Medikamentoz
Kayzendə Dostluğumuz əbədi olsun!