Həyata fərqli baxış

Amerikada bir kişi lotodan bir milyon dollar qazanır,avtomobilinə gedərkən bir qadın qızının çox ağır, ölümcül bir xəstəliyə tutulduğunu və beş yüz min dollar tapa bilməzsə sabah qızının öləcəyini söyləyir.

Adam heç düşünmədən pulunun beş yüz min dollarını ona verir.
Sabahısı gün bu hadisəyə şahid olan biri, kişiyə o pulu verdiyi qadının bir fırıldaqçı olduğunu və onu aldatdığını söyləyir. (adam həqiqətən də aldadılmışdır)
Bu xəbəri eşitdikdən sonra kişi yalnız gülür.
Bu vəziyyətə qarşısındakı insan olduqca təəccüblənir.
-Necə ola bilər,axı qadın səni aldatdı, heç kədərlənmədin?
Kişnin verdiyi cavab maraqlıdır:
-Mənim sevincim sabah öləcək bir qızın olmamasıdır!

8 şərh

Aysel218
bu cur insanlar heyatda her zaman qazanan insanlardir....her seyi insan ozune derd etmemelidir… esas odurki xosbext ve sakit omur suresen :)
Tesekkurler Diplomatka ..chox beyendim yazini
DiplomatkA
Bəyəndiyinizə sevindim:)
Xrizoberil
gözəl, mən də çox bəyəndim… təki belə insanlar çox olsun.
kentavr
Mən belə insanları zəngin sayıram.
SABINA ZZ
Bu adamin pula ehtiyaci yoxdur ki,konlu zengindir onun,pula ne hacet
Rene
Halaldı kişiyə! :)
Medikamentoz
4+ məndən---Çox unikal yanaşmadır,elə mən də Sevindim :)