Oyuncaq ana...

Öz həyatlarını karyeraya hesr etmiş və adətən günləri evdən kənarda keçən ər-arvad , kiçik qızlarına ad günü üçün bir hədiyyə almaq qərarına gəlirlər və oyuncaq dükanına gedirlər. Qadın satıcı qıza deyir: "Qızım bütün günü evdə bacısıyla qalır. Elə bir oyuncaq istəyirəm ki, ona mənim yoxluğumu hiss etdirməsin".

Satıcı qız başını yellədi : "Sizi çox yaxşı anlayıram xanım" dedi. " Dükanımız bu bölgənin ən müxtəlif növə sahib, oyuncaq dükanıdı. Sizə istədiyiniz hər cür oyuncağı verə bilərəm. Oyuncaq ayılar, oyuncaq əsgərlər, xilasedicilər, hər cüründən oyuncaq körpələr... Ancaq oyuncaq anamız yoxdur! Heç bir zaman da olmadı, təəssüf edirəm..."

 

UŞAQLARINIZIN PSİXOLOGİYASINI KARYERANIZA QURBAN VERMƏYİN...!

4 şərh

DiplomatkA
«UŞAQLARINIZIN PSİXOLOGİYASINI KARYERANIZA QURBAN VERMƏYİN...!»- Bu fikirin doğru və yalnışlığı yerinə görə dəyişir məncə. Bələ ki, valideyn övlad üçün çalışır, ona gözəl, təminatlı gələcək vermək üçün işləyir, bu zaman bu fikir yalnış olur. Lakin bir məqam da var ki, psixologiyasında qeyri-mükəmməllik, problem olan bir uşağın gözəl gələcəyi olacağına təminat vərmək bir az qəliz məsələdi.Uşaqda belə bir problem yaranmasın deyə  bu cür məsuliyyəti olan insan iş həyatını da, ailə həyatını da  mümkün olduqca tənzimlənmiş şəkildə yaşamalıdır. Paylaşım üçün təşəkkür.
Aysel218
fikrinize qatiliram....menim valideynlerimmin her 2si calisir ve evle isi duzgun tenzimlemeyi bacarirlar...mence duzgun tenzimlenerse hec bir problem olmaz…
umud600
Bizim kənddə o qədər oyuncaq ata vardır ki:(
filankes
raziyam, hekayeye gore tskr