Heç kimi qınamayın

Yaşlı kişi öz 25 yaşlı oğlu ilə qatarın vaqonuna daxil olub yerlərini tutdular. Oğlan pəncərə tərəfdə əyləşmişdi.Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini pəncərədə bayıra çıxardı və birdən heyrətlə qışqırdı:
- Ata, görürsənmi, bütün ağaclar geriyə gedir!
Yaşlı kişi cavabında gülümsədi.
Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın özünü uşaq kimi aparması təəccüblü gəlmişdi.sizin üçün adi mənzərə başqaları üçün fərqlidir
Oğlan qəfildən yenə də heyranlıqla qışqırdı:
- Ata, gölə bax, heyvanlara bax! Buludlar bizimlə birgə hərəkət edir!
Cütlük oğlanın qəribə hərəkətlərini utanaraq müşahidə edirdi, atası isə oğlunun davranışında heç bir qəribəlik görmürdü.
Yağış yağmağa başladı, damcılar oğlanın əllərinə düşdü. O, yenə də sevinclə gözlərini yumub qışqırdı:
- Ata, yağış yağır! Görürsənmi, ata?

Bayaqdan oğlanın hərəkətlərini izləyən cütlük kişidən soruşdu:
- Siz niyə oğlunuzu hansısa bir klinikaya aparmırsınız?
Kişi cavab verdi:
- Biz elə klinikadan gəlirik. Bu gün mənim oğlumun ömründə ilk dəfə gözləri görməyə başlayıb.
Başqa insanların işləri və hərəkətləri haqqında tam məlumatı olmadan onları qınamaq olmaz. Hər şeyi yalnız ALLAH bilir. Ona görə də - "Qınamayın ki, qınananlardan olmayasınız!"

P.S. Tərcüməni az bir müddətdə etmişəm, əgər səhvlər varsa əvvəlcədən üzr istəyirəm.

Həmçinin bax:Düşünmədən mühakimə etməyin
 

15 şərh

SABINA ZZ
insanlar haminin isine qarismalidirlar,hamini qinamalidirlar yerli yersiz.cox maraqli idi,bir daha tesekkurler
umud600
Tərcümədə qüsur görmədim. Maraqla oxudum. Məndən +
Silen_ce
Diqqətiniz üçün təşəkkürlər :)
Xrizoberil
çox bəyəndim, əllərinə sağlıq… :)
Xrizoberil
bu ara da unutdum qeyd etməyi şəkil də çox gözəl seçilib. baxdıqca bir daha baxmaq istəyir insan ;)
Silen_ce

Çox sağ ol, Xrizoberil :) Düzünü desəm mən başqa şəkil qoymuşdum. Kimsə daha g özəl şəkillə əvəzləyib onu :)) Mən də ona təşəkkür edirəm :)

lili95
Cox sagol Silen_ce. bu dusundurucu hekayeler olmasa beynimiz pas atar
Rene
Çox gözəl hekayə idi… Həqiqətən də bəzən necə naşükür oluruq Allahın verdiyi nemətlərə qarşı?.. Qınamaq barəsində deyilənlərə də tam qoşuluram, doğrudan da hər şeyi haqqıyla bilən yalnız Alahdır…
P.S. Tərcümə də əla idi. Çox sağ ol!
Silen_ce
Diqqətin üçün Sən sağ ol :)
filankes
Tesekkurler, kayzen heyetine,  burdaki hekayeleri oxuduqca heyatda bildiyimiz, amma derk etmediyimiz heqiqetleri derk edirik, minnetdaram
Angelie
Məncə, bu dünyada insanın özünə nifrət etdiyi anlardan biri bilib-bilmədən kimisə qınamaqdı...ona görə mühakimə etməmişdən əvvəl səbrimizi basıb bir az gözləməliyik.

P.S. tercume mukemmeldi. Tesekkurler!
asel
«Qınamayın ki, qınananlardan olmayasınız!»- cox beyendim bu hekayeniş tesekür
xatira_cafarova
cox təsirləndim.təşəkkür edirəm.
Medikamentoz
Gözəl hekayə idi,tərcümə üçün də müəllifə təşəkkürlər,ancaq dini inancların real situasiyalara yapışdırılması sadəcə ürəksıxıcıdır,tolernatlıq həmişə gözəldir.