Bir əsgərin hekayəsi

Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu şəhərdən ailəsinə zəng etdi:
-Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm. 
-Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər.
Oğulları:
əsgər hərbi xidmətdə-Ancaq bir məsələni bilməyiniz lazımdır deyə davam etdi. Yoldaşım döyüşdə ağır yaralandı. Minaya düşdü və bir qoluyla bir ayağını itirdi. Gedəcək heç bir yeri yoxdu və onun gəlib bizimlə qalmasını istəyirəm. 
-Bunu eşitdiyimə kədərləndim oğlum. Bəlkə onun başqa bir yer tapmasına köməkçi ola bilərik.
-Xeyr. Ana, ata, onun bizimlə yaşamasını istəyirəm.
-Oğlum, dedi atası, bizdən nə istədiyini bilmirsən. Onun kimi qüsurlu biri bizə qorxunc bir yük olar. Bizim öz həyatımız var, bunun kimi bir şeyin həyatımıza mane olmasına icazə verə bilmərik. Məncə bu yoldaşını unudub evə dönməlisən. O öz başının çarəsinə baxacaq. Oğlu o anda telefonu söndürdü.
Ailəsi ondan bir müddət xəbər ala bilmədi. Amma bir neçə gün sonra, polis şöbəsindən bir zəng gəldi. Oğullarının yüksək bir binadan düşüb öldüyünü öyrəndilər. Polis bunun intihar olduğuna inanırdı.
Kədər dolu ana-ata oğullarının cəsədini təsbit etmək üçün şəhər meyitxanasına aparıldılar. Onu tanıdılar və bilmədikləri daha bir xəbəri öyrənincə dəhşətə gəldilər: 
Oğullarının yalnız bir qolu və bir ayağı vardı. 

P.S.Bəzilərimiz bu hekayədəki ailə kimiyik;
Gözəl olan ya da birlikdə olmaqdan zövq aldığımız insanları sevmək bizim üçün çox asandır, amma bizə narahatlıq verən ya da yanlarında özümüzü narahat hiss etdiyimiz insanları sevə bilmirik. Bizim qədər sağlam, gözəl ya da ağıllı olmayan insanların yanından uzaq gəzməyi seçirik.

10 şərh

Aysel218
maraqli hekaye ucun tesekkurler diplomatka…
bu gun istifadeciler yaman passiv oldular
DiplomatkA
minətdaram.Fikir eləməyin düzələr;)
Angelie
Təşəkkürlər. Həyatım boyu unuda bilməyəcəyim hekayələrdən biri oldu.
Angelie
Başa düşmədim. Diplomatkaya cavab verirdim amma şərhim səhv getdi.
Rene
Çox təsirli hekayə idi… :( Dərin mövzudur, çox şey demək istəmirəm bu barədə, pafoslu danışmağa nə var ki… Amma Allah qorusun, bu cür sınaqla üzləşsək necə davranacağımızı bir Allah bilir… Allah kimsəni kimsəyə möhtac etməsin… Bizi çəkə biləcəyimizdən artıq yüklə yükləməsin…
Angelie
Sizinlə tamamilə razıyam. Başımıza gəlmədən nə reaksiya verəcəyimizi bilmirik((. Allah hər kəsin qəlbinə mərhəmət və iman versin ki, başa gələndə də belə çətinlikləri qəbul edə bilsin. olduqca çətin vəziyyəti, Allah hər kəsi qorusun.
filankes
cox tesirlendim,bu cox ibretamiz bir hekayedi, bunu, herkesin oxumasi ve derk etmesini isterdim, xebere gore  minnetdaram,
kocharli
Çox beyendim.Təsirli idi.Təşəkkür edirəm.