Narkissos

NarkissosBir sarbanın gətirdiyi kitabı əlinə aldı Kimyagər. Cildi yoxdu kitabın, amma yenə də müəllifin kim olduğunu anladı:Oskar Uaylddı müəllif.
Kitabı vərəqləyərkən Narkissosdan bəhs edən bir hekayəyə rast gəldi.
Narkissosun-öz gözəlliyini hər gün gölün ayna sularında seyr etməyə gələn bu yaraşıqlı gəncin əfsanəsini bilirdi Kimyagər.

O, öz əksinə elə vurulmuşdu ki,günün birində gölə düşüb boğulmuşdu.Onun gölə düşüb boğulduğu yerdə bir çiçiək açmış, bu çiçəyə Nərgiz adı verilmişdi.
Amma yazdığı hekayəni belə bitirməmişdi Oskar Uayld.

Niyə ağlayırsan?-Orleaslar soruşmuşdular.
-Narkissos üçün ağlayıram.-göl cavab vermişdi.Bundan sonra?
-Burada təəccüblü nə var ki,demişdilər meşə tanrilari.
-Biz meşələrdə boş-boşuna onun dalınca düşürdük,amma onun gözəlliyini yalnız sən yaxından görə bilirdin.
-Narkissos yaraşiqli gənc id?i -deyə soruşmuşdu göl.
-Bunu səndən yaxşı kim bilər ki?-Ormaslar əməlli-başlı təəccüblənmişdilər.Hər gün sənin sahilinə gəlib, sənin sularına baxardı..

Göl bir anlığa dinməmiş, sonra belə demişdi:
-Narkissos üçün ağlayıram, amma onun yaraşıqlı olduğuna heç fikir verməmişdim.Narkissos üçün ağlayıram, çünki sularıma əyildiyi zaman gözlərinin dərinliklərində öz gözəlliyimin əksini görə bilirdim.
-Çox gözəl hekayədi-dedi Kimyagər

Paolo Kolho «Kimyagər»

 

10 şərh

Aysel218
Kimyager '' kitabi var mende..oxumusam bunu...Santyagonun simasinda inam ve heqiqetin elcatmaz olmadigi vurgulanir bir daha...cox gozel kitabdi.
Umumiyyetle P.Coelho en sevdiyim yazicilardandir...En cox da Rio-Piedro sahilinde oturdum ve agladim'' kitabini cox beyenirem...esl meslehetler ve mentiqli cumleler kitabidir…
Bu topik ucun xususi tesekkurler sene +
_BUMERANQ_

Mən də oxumuşam o əsəri çox düşündürücü əsərdir, amma «Rio-Pedro sahində oturdum və ağladım» əsərini oxumamışam.


İnşallah onu da oxumaq nəsib olar.


 

Aysel218
mutleq oxu… Bir de movzudan kenar da olsa  dusundurucu ve mentiqli kitab oxumaq isteyenler Sofinin dunyasi adli kitab var .onu oxumaginiz meslehetdir..Yostein Gaarderin muellifliyi ile olan kitabdi...xaricde cox taninan ve oxunan kitabdir//15 yaşlı qız  naməlum filosofdan məktublar alır. amma onlar bir muddet sonra görüşürlər...satisda var… kitab evlerinde..qiymeti de 8 AZNdi...men nizamideki (targovi)akademy kitab evinden almisam .
Bumerang deyesen movzudan cox uzaqlasimee.paylasmaq istedim sadece:)
Dream
siz colehonun 11 deqiqe kitabini da oxuyun :))) onda daha chox seveceksiniz :))))
Aysel218
11deqiqe esasen intim heytadan behs edir… bele kitablara menim maragim yoxdu hamisini oxuyum:) umumi movzusunu bilirem bu kitabin :)
Aysel218
heyat :) bu gun nese barmaqlarim donubee ele bil..herflerin yerini sehv saliram :)))
Dream

eybi yox olan ishdi :)