Həqiqi məhəbbət

Bir -birindən küsən iki dostdan biri aradan uzun zaman keçəndən sonra digərinin qapısını döyür.
İçəridəki: — kimdir? -deyə səslənir.
Qapının ardından səs gəlir:
-Mənəm! -Burada ikimizə birlikdə yer yoxdur.
Aradan uzun bir zaman keçir… Yeni bir ümidlə sevdiyi dostunun qapısını bir də döyməyə başlayır.
Yenə içəridən:
-Kimdir?-dəyə soruşulur.
-Sənsən, -deyir bu səfər. Və qapı sonuna qədər açılır.
Hz.Mövlana da: «Birinin ürəyində taxt qurmaq, sevgisini qazanmaq istəyirsinizsə, elə sevməlisiniz ki, mənliyinizi bir kənara qoyub sanki o olmalısınız» deyir. Məhz budur həqiqi məhəbbət.
8 şərh
Cahandar əslində qarşımızdakı günahkar deyil lap dərinliyinə getsək elə günah özümüzdə olacaq özümüzəməxsus dəyərimizi, ləyaqətimizi, qürurumuzu qarşımızdakına qurban veririk qarşılığında layiq olmadığımızı alırıq bu nə dərəcədə ədalətlidir??? Buna görə Sizin fikrinzlə tam razıyam və insan səhv edə-edə düzün nə olduğunu öyrənir amma gərək eyni səhvi təkrarlamayasan.