"Effektiv çıxış yolu"- durmu?

Dövlət bir gün geniş və boş bir əraziyə gecələr nəzarət etsin deyə 500 AZN maaşla, bir gözətçi işə götürməyə qərar verir. Bir müddət sonra düşünürlər;
'' Yaxşı, təlimatlar olmadan gözətçi işini necə edəcək''
Bir planlaşdırma idarəsi yaradılır və planlama məsələsini həll etmək üzrə, 750 AZN-lik maaşla, iki adam işə götürülür.
Bir müddət sonra ''İşləri qaydasında edib etmədiklərini necə bilək, nəzarət edək'' deyə düşündükdən sonra, 1000 AZN-lik maaşla, iki Nəzarətçi işə götürülür, biri nəzarət edir, digəri hesabatları yazır.
Bir müddət sonra '' Bunların maaşları hesablanıb necə ödəniləcək'' deyə müzakirə mövzusu ortaya çıxır və 1500 AZN-lik maaşla bir mühasib, bir katib, bir də statistika üzrə kadr işə götürülür.
Bir müddət sonra; '' Yaxşı, bunların üstündə kim cavabdeh şəxs olmalıdı'' deyə düşünürlər və 5000 AZN maaşlı bir müdir və 3000 AZN-lik maaşla iki müdir köməkçisi işə götürülür. 
Bir müddət sonra, ölkədə iqtisadi böhran ortaya çıxır və büdcədəki xərcləri azaltmaq üçün "Gözətçi işdən çıxardılır"!
 

17 şərh

nilufer
Azərbaycanda yaşayırıq
Qozetta
Sizin fikrinizle tamamile raziyam)))

Tesekkur edirem
Shabnam_Ilham
500 AZN-lə təbii ki büdcəyə ziyan gələcək...Düşüncələri ancaq bura qədərdi…
HeRa_Queen
Xalqını, millətini düşünən «dövlət» ancaq bu qədərini edə bilər. Axı büdcəyə qənaət etmək lazımdır.
Aysel77
Super...Cox xoşuma gəldi..Son vaxtlar oxuduğum maraqlı yazılardan biri
Gülnar
Azərbaycanda mən bilən 5000 manat maaşı olan iş yoxdu..Ən azından dövlət işi yoxdu..Varsa deyin bilim)
MaksiMuS
Gülnar işləmək istəyirsən ?:))
Əlbət, burda rəqəmləri mən izafi olaraq qeyd etmişəm və diqqətinizi yönəltmək istədiyim məqam probelmin həlli yolunda atılan addımdadır. Reallığı tam anlamaq üçün rəqəmləri 2 dəfə azaldın :)
BaKiNeC
Sadəcə əla diyə bilərəm bu mövzuya. )
MaksiMuS
Məmnun oldum.sağol
soni_memmedzade
bunların heç birinə şübhəniz olmasın.axı bura AZƏRBAYCANDIR
MaksiMuS
Əminəm bu rəhmətlik Sovet ölkələrinin bir çoxunda baş verib və də verir. Satirik janrda yazılmış ən sevdiyim topiklərdən oldu. Əməyə hörmət edənlərə minnətdaram
perceptron
yaziya gore sag ol, bir az duzu istiotu az olub :/
MaksiMuS
Bu topiki yumoristik janrda yox, satirik janrda yazmışam.Burda gülməkdən çox düşünmək lazımdı, çox hörmətli @perception
soni_memmedzade

BURDA GÜLMƏLİ HEÇ NƏ GÖRMÜRƏM DƏ.ACINACAQLI BİR VƏZİYYƏTDİ.həm də söhbət AZƏRBAYCANDAN gedirsə,türklər demiş heç şaşırmam...