Simfoniya

Gənc bir musiqiçi bir az da utancaq bir ifadə ilə dahi bəstəkar Motsarta yaxınlaşdı:

-          Ustadım, sizdən bir şey soruşmaq olarmı?

-          Buyurun!

-          Sizcə bir simfoniya yazmaq üçün nə lazımdır?

-          Hələ çox gəncsiniz, niyə daha kiçik əsərlərdən başlamırsınız?

-          Ancaq, ustadım, siz öz simfoniyalarınızı 10 yaşınızda yazmamışdınızmı?

-          Doğru deyirsiniz, ancaq mən o yaşımda “bir simfoniyanı yazmaq üçün nə lazımdır?” – deyə soruşmamışdım ki..

 

Mənbə: "Ailəm" jurnalı

0 şərh