Yeddi qız

Ananın yeddi qızı var idi. Bir dəfə ana uzaqda yaşayan oğlunun yanına getdi. Evə yalnız bir həftədən sonra qayıtdı. Ana evə girəndə qızlar bir-birinin dalınca onun üçün necə darıxdıqlarından danışdılar.

Birinci qız dedi: Mən sənin üçün günəbaxan günəş şüası üçün darıxan kimi darıxırdım.

İkinci qız dedi: Mən səni quru torpaq bir damcı su gözləyən kimi gözləyirdim.

Üçüncü qız dedi: Mən sənin üçün quş balası anası üçün ağlayan kimi ağlayırdım.

Dördüncü qız pıçıldadı: Mənə sənsiz arı çiçəksiz olan kimi çətin idi.

Beşinci qız: Sən mənim yuxuma qızıl gülün yuxusuna bir damcı şeh girən kimi girmişdin.

Altıncı qız: Mən səni albalı bağı bülbülü gözləyən kimi gözləyirdim.

Yeddinci qız isə heç nə demədi. O, ananın ayaqqabılarını çıxardı və ayaqlarını yumaq üçün tasda su gətirdi.

"Analıq gözəlliyi" müntəxəbatından

17 şərh

2ral
Düşündürücü hekayələr bloqunda bəlkə də ən düşündürücü postdur.Qızların hamısına afərin.Sonuncu qız barədə isə heç nə demirəm,halal olsun.
fidan
Qızlar yəqin şair ailəsində dünyaya gəlib)) Çox gözəl sözlər deyirlər.
videofan
Yeddinci qız yəqin qeyri-qanuni qız olub ki,bacılarına oxşamayıb))
gypsyyy

ona o şairlik istedadından pay düşməyibdə yəqin


elə ən yaxşısını sonuncu edib

r9perviz

Əslində çox adam diyərinə onu sevdiyini, çox istədiyini deyə bilər, yuxarıdakı 6 bacı kimi. Amma ən əsas məsələ həmin sevgini əməldə göstərməkdir.

Ferbara
Sevgini sözlərlə ifadə etmək azdır, əsas əməlinlə göstərmək lazımdır.
Nailə_Rzayeva
Əla, məncə də istək sözsüz ifadə edilməlidir.
bloqçu
Anamın ayağının tozuna qurban…
Türkəl
Yersiz suala görə üzr istəyirəm, müntəxəbat nədir?
nərgiz
rusca antologiya(Антология). Seçilmiş məqalələr toplusu
Əliyev
Anamın yalnız bir gözü var idi. Ona nifrət edərdim. Çünki onun bu görkəmi məni utandırardı. Ailəmizi keçindirmək üçün məktəbdə süpürgəçi işləyirdi. İlk məktəbə getdiyim gün anam mənə xoş gördük demək üçün yanıma gəlmişdi. Utandığımdan yerin dibinə girdim. Bunu necə edə bilərdi? Ona nifrətlə baxdım və oradan qaçdım. Ertəsi gün sinifdə bir yoldaşım mənə «Eeee sənin ananın ancaq bir gözü var!» dedi. Utandığımdan yerin dibinə girmək istədim. Bundan sonra anamın göz önümdən yox olmasını istədim. Ona görə də, o gün onunla qarşılaşınca dedim ki, «məni gülünc vəziyyətə salmaqdansa ölsən daha yaxşı olmazmı?!!!» Anam bu sözümə qarşılıq vermədi. Dediklərim üzərində bir saniyə belə durub düşünmədim. Çünki çox qızmışdım ona. Onun mənim bu davranışıma qarşı olan duyğuları məni maraqlandırmırdı. Onu evdə belə görmək istəmirdim.
Çox çalışdım və nəhayət universitetə qəbul oldum. Sonra evləndim və öz evimi aldım. Uşaqlarım oldu və mən həyatımdan razı idim. Bir gün anam məni ziyarət etmək üçün aldığım evə gəlmişdi. Bir neçə il idi ki, məni görməmiş və nəvələrini tanımamışdı. Qapıya gəlincə uşaqlarım ona güldülər. Ona «evimə gəlib uşaqlarımı necə qorxuda bilərdin? dərhal burdan get deyə ona bağırdım. Buna qarşılıq olaraq anam səssizcə „bağışlayın, düzgün adresə gəlməmişəm“ dedi və gözdən yox oldu. Bir gün məzunlar toplantısı üçün universitetdən məktub aldım. Məzunlar toplantısından sonra sırf narahat olduğum üçün öncə anamla qaldığım evə getdim. Qonşularım, anamın öldüyünü söylədilər. Heç üzülməmişdim. Mənə verilsin deyə anamın yazdığı bir məktubu mənə verdilər. Anam belə yazmışdı:

»Ən sevimli oğlum, hər zaman səni düşünürəm. Sizə gəlib uşaqlarını qorxutduğum üçün üzgünəm. Məzunlar gününə gələcəksən deyə çox sevinmişdim. Amma səni görmək üçün yataqdan qalxa biləcəyimi bilmirəm. Səni böyüdərkən sənə uzun sürən utancaqlıq mənbəyi olduğum üçün üzgünəm. Bilirsən… Sən hələ uşaq ikən qəzakeçirmişdin və gözünü itirmişdin. Ana olaraq sənin tək bir gözlə böyümənə dözə bilməzdim. Buna görə də sənə öz gözümü verdim… O gözlə mənim yerimə gördüyün üçün səninlə o qədər qürur duyurdum ki. Bütün sevgimlə...ANAN..."
Ferbara

(( Adamı niyə ağladırsınız axı? ((


Məktuba qədər övladın qız olduğunu düşünürdüm. Mövzu türklərdən götürülüb. Çünki çox qızmışdım ona cümləsində əsəbiləşmişdim yazsan daha yaxşı olardı.


Anam gözünü mənə verməsə də, heç kimin mənim «gözsüz» anama söz deməyə ixtiyarı yoxdu.

Leyla
Belə övladın təzədən gözünü çıxarmaq lazımdır.
kastanka
Çox tükürpərdici bir hekayədir.Amma ibrətamizdir.Bəlkə bəzi ata -ana üzünə ağ olan, onların qədrini bilməyənlər oxuyub utanarlar..bəlkə vicdanları oyanar..(((
kentavr
Mən müəlliməyəm,belə bir şagirdim var,lakin onun anası  fərqli olaraq fiziki cəhətdən  saglamdır (şükür!)
Valideyn sinfə daxil olarkən uşaq aqressivləşir,onu sakitleşdirmeye çalışıram və buna tedricen nail olmuşam.
Amma bunu heç cur izah edə bilmirəm,bu vəziyyətə görə özüm vicdan əzabı çəkirəm.Tessüf edirem.
Niyaz
Eyniylə Şekspirin «Kral Lir» faciəsinin süjet xəttinə bənzəyir)
umud600
Hekayəni oxuyub dərhal şərhlərə keçdim. Əliyevin şərhini oxuyarkən isə… Məqalənin və şərhin müəlliflərinə tşk.