Kim daha uğursuzdur?

Hökmdar adamları ilə səhər tezdən ova çıxmışdı. Qarşıda hökmdar, arxada isə adamları gedirdilər. Bu vaxt qarşılarına yoxsul bir adam çıxdı. Hökmdar bu adamı görər-görməz atından yıxıldı. Qalxar-qalxmaz bu əmri verdi:

-          Dərhal bu adamın boynunu vurun.

Yoxsul adam hörmətlə diz çökdü və hökmdardan:

-          Ölümə layiq olmaq üçün nə etdim? – deyə soruşdu.

Hökmdarın cavabı isə qısa və konkret idi:

-          Çox güman ki, sən pis və uğursuz adamsan. Çünki səni görər-görməz atımdan yıxıldım. Bu qədər uğursuz adam ancaq ölümə layiqdir.

Yoxsul adam yenə hörmətlə hökmdara dedi:

-          Siz də mənim kimi səhər tezdən yola çıxdınız. Sizin gördüyünüz ilk adam mən idim, mənim gördüyüm ilk adam isə siz idiniz. Siz məni gördükdən sonra atınızdan yıxıldınız. Mən isə sizi gördükdən sonra öldürüləcəyəm. İndi siz deyin, kim daha uğursuzdur, siz, yoxsa mən?

Hökmdar adamın bu cəsur və ağıllı sözləri qarşısında qəhqəhə çəkdi və ona bir kisə qızıl verərək yola saldı.

Mənbə: "Ailəm" jurnalı

7 şərh

Shabnam_Ilham
Bu hökmdarı da anlamaq olmur necədi, gah o yanlıqdı, gah bu yanlıq… Yaxşı ki, axırda insaflı qərar verdi :)
MaksiMuS
Bu hekayəni çox öncələr oxumuşdum.Xatırlatdığunçün vədə çəkilən əməyə görə təşəkürlər.+
Munise
Bəyəndim like
Süvari
Hökmdar belə cavabdan sonra gülməkdənsə gərək ağlayaydı. Orda gülməli nə var ki.
Deniz-Xeyale
Halal olsun bele hazır cavab insanlara.Həm Hökmüdarı qedar olmaqdan hemde özünü ölümden qurtardı
asel
halaldı yoxsul kişiye