Həyati məsləhət

rəsmi tənqid etmək asandır,bacarırsan ona düzəliş etHindistanın ən gözəl rəssamı idi. Ona rənglərin ustası mənasında “Ranqa Carya” adını vermişdilər. Ranqa incəsənət məktəbi açmış və orda sənətinin incəliklərini öyrətməyə başlamışdı. Məktəbin bəlli bir tədris planı yox idi. İstedad və bacarığından, sadəcə Ranqanın razı qaldığı tələbələr məktəbin məzunu olur və sənət dünyasına təqdim edirdi.
Həm qabiliyyətinə, həm də sənətin incəliklərini tez bir zamanda mənimsəməsinə görə Rajyev adlı tələbə digərlərindən fərqlənirdi. Bir azca da səbrsiz olan Rajyev bir gün ustasından nə zaman məzun olabiləcəyini soruşdu. Ranqa sualı eşidib gülümsədi və sözünə davam etdi:
-Rajyev, sən mənim gələcək vəd edən tələbələrimdən birisən. Çox qısa zamanda rəssamlıq sənətinin incəliklərinə yiyələndin. Zənn edirəm artıq sonuncu imtahanın zamanı gəlib. Səndən bir əsər çəkməni istəyirəm.
Bu əsər çox gözəl olmalı və rəsmə baxan hərkəsi heyran etməlidir. Get, tələsmə və həyatının şahəsərini ərsəyə gətir.
Rajyev gecə-gündüz çalışır və çox gözəl bir əsər çəkərək Rangaya təqdim edir. Ranga şəklə baxır və Rajyevə tapşırıq verir:
-Gözəl əsər çəkmisən. İndi əsərin altına böyük və qara hərflərlə “BU ƏSƏR ƏHALİNİN BAXIB QİYMƏTLƏNDİRMƏSİ ÜÇÜNDÜR. XAHİŞ OLUNUR, RƏSMDƏ SƏHV GÖRƏNLƏR SƏHVİN OLDUĞU YERƏ “X” İŞARƏSİ QOYSUNLAR.” sözlərini yaz.
Rajyev Ranganın dediklərinə əməl edir. Əsərin altına lazım olan sözləri yazıb şəhərin mərkəzi meydanına qoyur. Bir neçə gün sonra Ranga Rajyevdən gedib rəsmi gətirməsini istəyir. Rajyev böyük həyəcanla şəhər meydanına gedir, ancaq gördüyü mənzərə onu məyus edir.... Əsər bütünlüklə “X” işarəsi ilə dolu idi. Düşünür ki, qabiliyyətsizliyi artıq bütün şəhər tərəfindən təsdiq olunub...
Ranqa onlara gülümsəyib, ona ümüdsizliyə qapılmamağı və yeni bir əsər çəkməyi məsləhət görür. Rajyev gedir, gecə-gündüz çalışır və bu rəsmi də çox gözəl bir əsər olaraq Ranqaya təqdim edir. Ranqa əsərə baxdıqda yenə çox gözəl olduğunu söyləyir, lakin bu dəfə ona rəsmin yanına boya ilə fırça qoymağı və altına “XAHİŞ OLUNUR, RƏSMDƏ MÜƏYYƏN ETDİYİNİZ SƏHVLƏRİ AŞAĞIDAKI LƏVAZİMATLARI İSTİFADƏ EDƏRƏK DÜZƏLDİN” sözlərini yazmağı tapşırır.
Bir neçə gün sonra Rajyev şəhər meydanına gedərək gördüyü mənzərə qarşısında heyrətlənir. Nə rəsim üzərində bir işarə əlavə olunmuş, nə də yanındakı ləvazimatlara toxunulmuşdu. Rajyev çox sevinir və qaçaraq ustasına hər şeyi danışır. Ranqa ona qulaq asaraq gülümsəyir və sözünə davam edir:
-Rajyev, bu gün aldığın sonuncu dərslə birlikdə, artıq sən məktəbimizin məzunusan.Hər hansı sahədə mükəmməllik əldə etmək istəyirsənsə, sənətinin bilicisi olmağın kifayət etməz, insanların əllərinə fürsət düşdükdə heç bir bilmədikləri mövzularda belə tənqidə hər zaman hazır olduqlarını da bilməlisən. Əvvəlcə əsərində səhvləri göstərmələri üşün insanlara şans verdin, əsərin “X” işarələri ilə doldu. Ancaq səhvləri düzəltmələrini tələb edərkən, kimsə dəyişikliyə cürət temədi.
Yadda saxla ki, əgər ətrafındakıların tənqidinə alışmazsan, hər zaman xəyal qırıqlığı yaşayarsan!

Göründüyü kimi, insanların böyük əksəriyyəti digərinin plan və düşüncələrinə qarşı çıxır, alternativ yol təklifinə gəldikdə isə kimsə fikir bəyan etmir. Diqqət edin, bəzi kəslərin “maraqsızdır”, “olmaz “ dediyi məqamlarda, bu cür olmazsa, bəs necə olacağını təklif edən varmi?
 

7 şərh

SHATENKA407
Hər hansı sahədə mükəmməllik əldə etmək istəyirsənsə, sənətinin bilicisi olmağın kifayət etməz, insanların əllərinə fürsət düşdükdə heç bir bilmədikləri mövzularda belə tənqidə hər zaman hazır olduqlarını da bilməlisən. Əvvəlcə əsərində səhvləri göstərmələri üşün insanlara şans verdin, əsərin “X” işarələri ilə doldu. Ancaq səhvləri düzəltmələrini tələb edərkən, kimsə dəyişikliyə cürət temədi.
Yadda saxla ki, əgər ətrafındakıların tənqidinə alışmazsan, hər zaman xəyal qırıqlığı yaşayarsan!
SHATENKA407
bir sözlə mükəmməl bir hekayə
MaksiMuS
İlk dəfə Bu hekayəni MÜvəffəqiyyətə gedən yol kitabında oxumuşdum.Çox gözəl, ibrətli və düşündürücü hekayədi. Paylaşıma göə təşəkkür.
soni_memmedzade
Sənət təbiətin içindədir, sənətçi onu oradan çıxara biləndir.Çətinliklər olmasaydı insanı insan edən sifətlər heç vaxt var olmazdı.ümumiyyətlə insan hər zaman tənqidi qəbil etməyi bacarmalıdır.tənqid sənin yeni uğurlu günunə başlanğıcdır.çox maraqlıydı .oxumamışdım.təşəkkürlər…
1976
Ibratamiz ve netice cixarilmali bir hekayedir.Teshekkurler
B_Oruc
Tenqid olunursansa demeli sen sozun esl menasinda varsan ve kimlerise narahat edecek derecede…