Fil haqqında pritça


Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:

-Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa, dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir.  O da dirəyin nə qədər davamsız və nazik olduğunu görüb, bunun səbəbini qəbilə başçısından soruşur. Qəbilə başçısı yaxınlaşıb fili sığallayır, sonra isə deyir:
-Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda o, illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmağa gücü çatmırdı. İndi güclüdür, bircə dəfə dartsa, dirəyi yerindən qopara bilər. Amma o taleyiylə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.


 

6 şərh

SHATENKA407
mənasızzz
Huseyn-Atesh
Bu bir kitabda var. biznesmenlər oxuyurlar adi Bitlərdə özlərindən 29 dəfə hündürə tullana bilirlər onları qazana yığıb qapağıb bağlayırlar aşağdan istilik verirlər onlar tullandıqca başları qazan qapağına deyir və düşürlər təzdən qazana sonra qapağın açıb yandırırlar onlar qəbul edirlərki biz tullana bilməyəcəyik və ölürlər orda… bunu biznesmenlere ona görə başa salırlarki, yəni bir işiniz alınmayanda həvəsdən düşməyin bir daha yoxlayın yıxıldıqda durub yürüməyə çalışın qabaqlar etmədiyiniz bir şeyi bəlkə bu səfər edə bilərsiniz…
yravil
Menasi coxdur/
Süvari
uşağı beşikdə öyrədərlər.
azadmamedov90
essi bu heyvanlarin bashina o qeder shey acirlar ki, ama meqsed bu deyimde odur ki, insan eger neynense barisibsa ki bu alinmir,qeyri mumkundur,onda demeli hec vaxt guclu olsa bele ona nail olmayacaq...
Medikamentoz
İndiki zamanda İnsanları da fil misalı əhliləşdirirlər.