Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Çəkməçi və tək ayaqlı uşaq | İbrətamiz hekayə

Bakının qədim bir məhəlləsinə kiçik ayaqqabı dükanı vardı. Dükanın özü də ən az məhəllə qədər qədimi idi.
Bir gün çəkməçi yeni gətirdiyi malları vitrinə yerləşdirərkən küçədə balaca bir oğlanın həvəslə ayaqqabılara baxdığını gördü.
O ayyaqqabıların ən yaxşılarını ön tərəfə qoyub pəncərəyə bir az da yaxınlaşdı. Uşaq, qoltuqaltıdan istifadə edirdi. Özü də çətinliklə… Kişi bir daha ona baxdı. Geyindiyi şalvarın sol hissəsi dizin aşağı hissəsindən sonra boş idi. Ona görə də sağa–sola uçurdu. Balaca maraq dolu baxışlarla ayaqqabılara baxırdı. Öz xəyal dünyasında bu çəkmələrlə bağçada ora–bura qaçır, digər uşaqlarla oynayırdı. Bir müddət xəyallara dalıb yerindəcə qalmışdı.


Davamı →

Həyat Da Əslində Bu Deyilmi? | Sevgi hekayəsi

Həyat yoldaşımın sakit təbiətIi birisi olması onda ən sevdiyim cəhət idi. Evliliyimizin ilk illəri bir çoxlarının qibtə edəcəyi qədər gözəl və xoş bir şəkildə keçmişdi.

Ancaq iki illik nişan və beş illik evlilikdən sonra bu sakitlik məni yormağa başladı. Bir vaxtlar çox sevdiyim həyat yoldaşımın bu xüsusiyyəti indi mənim ürəyimcə deyildi.

Münasibətə gəlincə, mən çox yeniliksevər və xəyalpərəst, hətta son dərəcə həssas bir qadındım. Şirniyyat istəyən balaca uşaq kimi romantik anlara can atırdım.Monoton bir münasibət məni bir yerdən sonra yorurdu. Yoldaşımın sakitliyi, başqa sözlə desək, sonrakı illərdə romantik olmaması səbəbindən aramızdakı münasibət soyuq idi.


Davamı →

Kuklalaşan gənclərimiz - Mərhum rejossorumuz nə demək istəyirdi?

İnsan talelərinin tarixi hadisələr fonunda göstərilməsi Balkan kinematoqrafiyasının fövqəladə fəndlərindən biri kimi məni daim yaxşı mənada təəccübləndirib.
Heç biri siyasi instansiyaya xidmət etməyən, süni patriotizmdən uzaq orijinal insan taleləri müstəvisində tarixi hadisələrin həlli texnikasını gördükdə təəssüflənib eyni motivi kino sənətimiz üçün arzulamışam. Hətta, qürublara zilləndiyim qərib axşamlarda bu motivdə mətn işləməyə niyyətlənib uzun-uzun düşünmüşəm.

Davamı →

Quyunun dibindən atama yazdıqlarım

Bir gün hər kəsin həyatında Şəmsini itirmiş Mövlana,
Yusifini itirmiş Yaqub mərhələsi başlayır...

Səni xəstəxanaya aparan maşın həyətdən çıxan kimi vidalaşdım səninlə. Çünki dönüşü olmayan gedişləri çox yaxşı tanıyıram, Ata. Sən də gedirdin, dönməmək üzrə gedirdin. Gözlərimi yumdum, bütün xatirələrimizi keçirdim ağlımdan… Hamısını bir-bir yenidən yaşadım… Həyatda bundan gözəl bacardığım iş yoxdur, Ata. Xatirələrlə ovunmaq, şaxtadan qorunmaq üçün ötən günlərin istisinə sığınmaq. Sonra başımı səmaya qaldırıb nə qədər çətin olsa da gülümsədim: «Mən səni həmişə gözəl xatırlayacam, yaraşıqlı oğlan» dedim və səninlə sağollaşdım. Amma ruhunla deyil, cisminlə. Əllərinlə, baxışlarınla, mənə sevgi ilə baxan gözlərinlə, qucağınla, gülüşünlə… Mən ayrılığa gülümsəməyi çoxdan öyrənmişəm, Ata. Anamdan soruşurmuşsan ki, qızım necə belə dərin yaza bilir, sanki min ildir dünyanın kədərini daşıyır özüylə… Həə, ata. Düz bilmisən.  Mən min ildir dünyanın kədərini tanıyıram, tanımasam, gedişini bu qədər sakit qarşılaya bilməzdim.

Davamı →

Qasımın metamorfoz

Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib. O, bağa çanağı kimi qartımış kürəyi üstə uzanmışdı. Üstündəki yorğanın yarısı sürüşüb yerə düşdüyündən başını qaldıran kimi qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını gördü. Bədəninin başqa əzalarından da eybəcər və cılız görünən saysız-hesabsız ayaqcıqları gözləri önündə miskincəsinə qaynaşırdılar.
“Mənə nə olub görəsən?” – o düşündü.

Davamı →

Doymuşam, yadımdan çıxıb - Nurlana İşıq

Yox, yox! Bu nə yeddi qazan aş yeyən Koroğludur, nə də banka- banka mürəbbələri qarnına ötürən Karlson. Bu mənim Zunud kəndində yaşayan babam Umuddu. Özü də çox yemək onun indiki adəti deyil, lap çoxdankı adətidir. Adət dəyişilmir onsuz da.
Güllər qarı dağdan bir vedrə zoğal yığmışdı. Dağ zoğalı xırda olur, amma dadı dərman olur. Güllər qarı fikirləşdi ki, (ümumiyyətlə, o, həmişə fikirli olurdu, altı uşağın qarnını razı salmaq  asan məsələ deyil) nə qədər uşaqlar məktəbdədirlər, tezcə mürəbbəni bişirsin, sonra da təndirə çörək yapsın.

Davamı →

Nemət Mətin - Qırmızı Günəş

Fələklər yandı ahumdan muradım şəmi yanmazmı? (M.Füzuli)
 
Qar.
Evin ikinci mərtəbəsində özünə yer tapa bilməyən rəssam ağ göyərçin olub pəncərədən uçmaq istəyirdi. Təbiətin səxavət əli göydən qar yağdırmışdı. Pəncərədən açılan mənzərə onun beyninə soyuq rahatlıq gətirmişdi. Bir neçə dəqiqə, bəlkə də uzun zaman kəsiyində heyranlıqla mavi gözlərini bərəldib tamaşa edəndən sonra gündəliyini tapıb əyləşdi. Bu dəfə incə, uzun barmaqlarına fırçanı deyil, qələmi alan rəssam yazmağa başladı:

Davamı →

Nemət Mətin - Balzakla Ronaldunu birləşdirən amil.

Uzaq Şərqdə Moso adlı bir bambuk ağacı bitir. Onu əkdikdən sonra 5 il müddətində ən ideal şərtlər altında belə, inkişaf etməz. Sonra sehrli bir əl dəymiş kimi birdən-birə 40-41 santimetr böyüməyə başlayar. 6 həftə ərzində təxminən 27 metr olar. Əslində yaşananlar sehr deyil. Moso ağacının birdən-birə sürətlə böyüməsinin səbəbi 5 il ərzində torpağa səbirlə saldığı dərin köklərdir.

Davamı →

Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz

Həyatımız, reallığımız özü cansıxıcıdır. Bəlkə, ona görə müasir gənclərin yazdıqları hekayələr ürəyimizi bu qədər sıxır? Biz işıqlı, sonu nikbinliklə bitən, nikbinlik aşılayan əsərlər gözləyirik. Onlarsa ancaq dərddən-qəmdən, məişətdəki davalardan, çətinliklərdən, insanların pozulmuş münasibətlərindən yazırlar.
Nərmin Kamalın “Müharibə qurtardı” hekayəsini oxuyanda mənim də ürəyim sıxıldı. Ancaq bu sıxıntı acığıma gəlmədi. Bu sıxıntı hekayədən qabaq da məndə vardı. Mənim kimi ürəyi sıxıntılı bir adamın, mənə bənzər adamın yazdığı hekayə idi bu.
Deməli, məni anlayan birinin.
Anladığım birinin.

Davamı →