Рейтинг
+262.52

Düşündürücü hekayələr

201 üzv, 534 topik

Əlvida, Geoliberalizm!

1948-ci ildə BMT-nin qəbul etdiyi otuz maddədən ibarət Dünya İnsan Haqları Bəyannaməsi — Tomas Morun «Utopiya”sının səsverməyə çıxarılmış və „olmayan ölkə”ni deyil, “olmayacaq dünya”nı kapsayan modern epiqramı; iki nəfərlik cənnətdən fərqli olaraq, milyonların, milyardların yaşaya biləcəyi cənnət doktrini; modern dünyanın „dekaloq”u; müharibədən qalib çıxıb dünyanı yenidən bölüşdürmək üçün masaya oturan güclərin dünyanın yerdə qalanı üçün danışacağı “Min bir gecə” nağıllarının ecazkar müqəddiməsi.

Davamı →

Ölümdən sonra – Xuan Rulfonun hekayəsi

Təzəcə ölmüşəm. Dünən. Bəlkə də sizin üçün dünən «on il əvvəl” deməkdir. Məndən ötrü isə o vaxtdan cəmi bir neçə saat  ötüb. Ölüm anlayışı zamana və məkana görə dəyişmir.
Çünki ölüm – ölümdür, onda heç bir daxili ziddiyyət yoxdur, o, nə „heç nə”, nə də “nə isə” anlayışına müxalif, zidd ola bilər.
Ölülər aləmində varlığa və yoxluğa yer yoxdur. Mənimlə bağlı vaxtilə dünyada var olan hər şey əs–lində varlığımın bir növ transformasiyasıdır. Ətimi–sümüyümü gəmirən məzar qurdları gözlərimin və ağzımın yerindəki boşluqlarda dolaşıb–dolaşıb, əldən düşüblər, ölüblər.

Davamı →

Can borcu

İNDİ, KLİNİKA...
Anar maşını tam saxlayar-saxlamaz qapısını açıb, özümü klinikanın vestibülünə atıram. Bircə arxamca qırıq-qırıq uzanan səsini eşidirəm. Deyəsən, deyinir ki, niyə maşından özümü belə atmışam mən. İndi heç bu haydayam?! Onun sözləri düzü, bu qulağımdan girib, o biri qulağımdan buxarlanır. Əslində, o qəti deyingən adam deyil. İndiyə kimi də heç vaxt nə xətrimə dəyib, nə ürəyimi qırıb. Nəysə, maşının qapısı çırpılır, Anar maşında, mənsə artıq klinikadayam. Qardaşım Elçin, yoldaşı Reyhan, bir də kürəkənləri Orxan dəhlizdə dayanıblar. Görəsən, Orxanın ana-atası hanı? Niyə gözə dəymirlər? Əşi onlar elə əvvəldən onsuz da Fidanı istəmirdilər də. Nə qədər dedim e Reyhana ki, vermə onlara qızı, adam deyillər.

Davamı →

Migel de Unamuno | Sadəqəlbli don Rafael, ovçu və oyunçu

Düşüncələrinin onu keçmişə apardığı və qəlbini ötən sevginin xatirələri doldurduğu zamanlarda o, zamanın sanki uçmasını, hava qədər yüngül, bihudə keçən  saatların axıb getməsini daha kəskin hiss edirdi.
O gözlər! Onlar daha onun yoluna işıq saçmırdılar, hardasa dumanlı uzaqlarda onun üçün büsbütün sönərək eləcə  qalmışdılar, unudulmuş sözlərin əks-sədası isə dağların o üzündəki dənizin küyü qədər boğuq səslənirdi. Gizli çeşmələrin pıçıltısı kimi.

Davamı →

Seymur Baycan - Ölümün təvazökar cazibəsi

İnsan həyatda tez-tez yaxşı adamlarla rastlaşır, lakin çox təəssüf ki, bu görüşlərdən xatirədən başqa heç nə qalmır. Bəzən görürsən elə olur ki, üfüqdən durna qatarı keçir, zəif əsən külək onların şikayətli və qəmli qaqqıltısını gətirir, lakin bir dəqiqədən sonra mavi səmanın uzaqlarına nə qədər acgozlüklə baxsan da, orda heç bir nöqtə də görmürsən, heç bir səs-səmir eşitmirsən. Adamlar da belə olur, görürsən ki, təsadüf etdiyin adamların sifəti və danışığı sizin keçmiş həyatınızda itib-batır və kiçik bir xatirədən başqa onlardan heç bir iz qalmır.

Davamı →

Azad Qaradərəli - Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri (romandan parça)

Mən bir kənd müəllimi idim. Hərdən hekayələr və məqalələr yazardım. Sonra məktəb direktoru oldum. Kəndimizdə ibtidai məktəb orta məktəbə çevriləndə, yeni məktəb binası tikiləndə, o məktəbdəki uşaqlar səs-səsə verib oxuyanda  özümü dünyanın ən xoşbəxti sanırdım.
Sonra ilk kitabım çıxdı. Sonra rayon qəzetində çalışdım. Sonra raykomda işlədim. Sonra 20 Yanvar faciəsi baş verdi və mən etiraz əlaməti olaraq Sov.İKP sıralarından çıxdım… Sonra… bu sonuncu “sonra” kimi ağır şey olmayıb həyatımda – onda mənim kəndim, rayonum, Qarabağım erməni və rus birləşmələri tərəfindən işğal olundu. Evim, şəxsi kitabxanam, məktəbim, ata yurdum, yaşı bilnməyən qəbiristanım dağıdıldı… Əlyazmalarım yandı...

Davamı →

Onlardan Allaha şikayət edin

Qanın su yerinə axdığı Suriyada, üzərinə silah tuşlayan caninin gözlərinin içinə baxan körpə uşaq bu sözləri ilə, Yer üzünün mərhəmət hissini itirməmiş bütün sakinlərini ağlatmışdı: «Sizdən Allaha şikayət edəcəyəm. Ona hər şeyi danışacağam».
Bu hadisəni – insanlıq dərsini xatırlayırsınız, yəqin. Və hər xatırladığınızda qəhər boğazınıza dirənir, əllərinizlə üzünüzü qapayıb ağlayırsınız. Əmin olursunuz ki, dünyanı «qan çanağına» döndərən heç bir iqtisad-siyasi məqsəd, bir körpənin yanağından süzülən göz yaşlarına dəyməz…

Davamı →

Paolo Sorrentinonun hekayəsi

Paolo Sorrentino dünya şöhrətli italyan kinorejissoru və ssenaristidir.
O, 1970-ci ildə Neapol şəhərində doğulub. 17 yaşında ikən valideynləri avtomobil qəzasında dünyalarını dəyişiblər. Həmin vaxt iqtisadçı ixtisası üzrə ali təhsil alan Paolo ssenarist və rejissor köməkçisi kimi də özünə çörəkpulu qazanırmış.
Onun 2001-ci ildə quruluş verdiyi «Artıq adam” bədii filmi Venetsiya kinofestivalında mükafat alıb. „Heyrətamiz” filmi 2008-ci ildə P.Sorrentinoya həmin festivalda Jüri ödülünü qazandırıb. “Misilsiz gözəllik” bədii filminə görə isə o, 2014-cü ildə nüfuzlu „Oskar” mükafatına layiq görülüb.

Davamı →

Göz alması

«Ve karanlık perde-perde sönerken,
gün seferden dönerken,
başlar aynı tören...”
Kim bilir qaranlıq necə sönür? Sonra da soruşur ki, „nerdesin, sesin nerde?” İnsan yalnız gözlərini yumaraq kiminsə səsiyçün darıxa bilər. Qalan bütün hallarda başqa darıxmaqlar da girəcək araya. Bu yumulu gözlərlə indən belə mən də ancaq səslərçün darıxacağam. Səsləri səsləyəcəyəm, səsləri axtaracağam, səsləri tanıyacağam. Mənim günəşim səfərdən dönməyəcək…

Davamı →

Etdiyin yaxşılıq yerdə qalmaz

Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu varlı oğlan gənc bir qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi. Onun bir əli şikəst idi. Bunu görən qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər.
Davamı →