Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Yaşayacaqsan


 “Heç nə gözləmədən yaşayacaqsan!
1 tikə çörək, 1 bardaq çay bəs edəcək sənə 1 günlük
yaşamaqçün.
Heç nə gözləmədən yaşayacaqsan
Üsyan etmədən 1 özgəsinə.
Özünü mükəmməl və sonsuz hiss edərək, bağışlayaraq
içindəki gücü özünə, əfv edərək bütün səhvləri və
hüzünləri.
Səmimi 1 təşəkkür edərək öz əksinə güzgüdə,
Gözlərinin dərininə sevgiylə baxacaqsan! Yaşayacaqsan!
Heç nə gözləmədən yaşayacaqsan!
Ən yaxın dostları belə! Öncə sən sevgini verəcəksən
ona,sonra alacaqsan.
Bir sevgilinmi olacaq? Yenə gözləməyəcəksən heç nə.
Sən öncə özünlə xoşbəxt olacaqsan. Özünə yetməyi
bacaracaqsan.
Onun varlığına bağlansan əgər yarımçıq qalacaqsan.
Sən yalnız sən olduqca O da yanında var olacaq.
Heç nə gözləmədən yaşayacaqsan…”


Davamı →

Əvvəlcə özün xoşbəxt ol!

Bir gün qoca və müdrik kişi yol ilə gedirdi. O, təbiətin gözəlliyinə, yazın rəngarəngliyinə tamaşa edirdi. Qəfildən çiynində nəhəng yük aparan kişi gördü. Yükün ağırlığından kişinin dizlərinin qatlandığını, bədəninin əsdiyini sezmək olurdu.

— Niyə sən özünü belə ağır əməyə və əzablara məhkum edirsən?– qoca soruşdu.

— Mən əzab çəkirəm ki, mənim nəvələrim və uşaqlarım xoşbəxt olsunlar — kişi cavab verdi. Mənim ulu babam özünü babama görə, babam isə atama görə, atam isə mənə görə ağır əməyə, əzablara məcbur edib, mən də özümü məcbur edirəm ki, uşaqlarım və nəvələrim xoşbəxt olsunlar.

— Bəs sizin ailədən indiyə kimi xoşbəxt olan olubmu? – müdrik kişi maraqlandı.

— Hələ ki, yox. Amma uşaqlarım və nəvələrim yəqin ki, xoşbəxt olacaqlar – kişi ümidlə cavab verdi.

— Təəssüf ki, savadsız adam kiməsə oxumağı öyrədə bilməz, köstəbək heç vaxt qartalı tərbiyə edə bilməz!- qoca müdrik insan dərindən ah çəkdi.  - Əvvəl özün, özünə xoşbəxt olmağı öyrətməlisən! Yalnız onda sən uşaqlara xoşbəxtliyi öyrədə biləcəksən. Bu sənin onlara ən qiymətli hədiyyən olacaq.


Davamı →

Xərçəng xislətlilər

Xərçəngləri ovlayarkən onları bir səbətə və ya vedrələrə qoyarlar. Səbətdə sadəcə bir xərçəng varsa, hərəkət edib tullanmasının və ya anidən qaçmasının qarşısını almaq üçün səbətin ağzını örtərlər. Ancaq səbətin içində bir neçə xərçəng olarsa, səbətin  ağzını bağlamazlar.

Niyə? Çünki, səbətdə birdən çox xərçəng olarsa, biri digəri canını qurtarmasın deyə bir-birilərini aşağı çəkərlər. Ona görə də, səbətin ağzı örtülü qalmazmış.

Bəli… Bildiyimiz kimi, bəzi insanlar da bu xərçənglər kimidi. Yüksəlmək istəyən insanları aşağı çəkməyə çalışırlar ki, özlərini bacarıqsız görməsinlər.
Davamı →

Gözəllik və çirkinlik


Bir gün gözəllik və çirkinlik bir dəniz sahilində qarşılaşdılar və dedilər: “ Gəl dənizə girək!”-, Geyimlərini çıxardıb suda üzdülər.

Bir müddət sonra çirkinlik sahilə qayıdıb, gözəlliyin geyimlərinə büründü və yoluna davam etdi.

Gözəllik də dənizdən çıxdı, öz geyimlərini tapa bilmədi, amma çılpaq olmaq utandırırdı onu, çarəsiz gözəllik çirkinliyin geyimlərinə büründü və yoluna davam etdi.

O gündən bəri insanlar onları bir-birinə qarışdırırlar.
Ancaq içlərindən gözəlliyin üzünü əvvəldən görmüşləri vardır ki, geyimlərinə baxmadan tanıyırlar onu.


Və yenə çirkinliyin üzünü bilənləri vardır ki, gözlərindən tanıyırlar çirkinliyi.


Davamı →

YOLLA GÖZƏL GEDƏN ADAM

Bir məmləkətdə xeyirxah və ədalətli hökmdar var idi. Bu hökmdar vətənini çox sevirdi. Daim xalqı üçün faydalı işlər görər, hər zaman insanların rahatlığı üçün çalışardı. O vətənpərvərliyi  və fədakarlığı ilə hamının hörmətini qazanmışdı.

Bir gün hökmdar öz sarayından şəhərin ən ucqar nöqtəsinə qədər geniş bir yol saldırmaq tapşırığı verdi. Tezliklə yol çəkilib qurtardı. Hamıya xəbər verildi ki, sabah yol istifadəyə veriləcək. Hökmdar yolu insanların istifadəsinə verməzdən əvvəl bir yarış keçirəcəyini elan etdi. Belə ki, yolu əvvəldən axıra kimi ən gözəl keçən insan mükafatlandırılacaqdı. Hökmdar bildirdi ki, hər kəs bu yarışda iştirak edə bilər.


Ardı →

İki şeytanın söhbəti (ibrətamiz və qısa hekayə)

Bir biri ilə dost olan 2 şeytan uzun müddətdən sonra görüşürlər.Hər ikisi xeyli dəyişmişdi.Biri arıq əldən düşmüş digərisi isə şişman,gözlərinin içi gülürdü.Kefi kök olan şeytan o birisindən soruşur: -Dostum bu nə haldır?Zəifləyib əldən düşmüsən.Əvvəllər heç belə deyildin.Nə dərdin var? O birisi cavab verir: -Heç sorma.Bir dərdə düşmüşəm ki,deyiləsi deyil.Bir adam var nə müddətdir ki, onun dalınca düşmüşəm.
Ardı →

İki canavar haqqında Hind pritçası

Çoxdan bəri, bir qoca öz nəvəsinə  bir həyat həqiqəti açmışdı.

— Hər insanda daxildə iki canavarın mübarizəsinə bənzər bir mübarizə gedir.

Canavarlardan biri şəri təmsil edir: qibtə, qısqanclıq, eqoizm, təkəbbür,  lovğalıq, yalan.

İkinci canavar isə xeyirin təmsilçisidir:  sülh, sevgi, ümid, mərhəmət, sədaqət.

 
Uşaq bir qədər düşünüb soruşur :
— Bəs axırda  hansı canavar qalib gəlir ?

Qoca gülümsünüb cavab verdi :
— Həmişə qalib canavar sənin qidalandırdığın canavar olur.

Davamı →

Sadəcə, sadə şeylər barəsində düşünün | Oşo

Bir gün bir adam gəlib müdrük birindən insanın nə qədər azad olduğunu soruşur… O tamamilə azaddır, yoxsa bir məhdudlaşdırma varmıdır? Tale, alın yazısı, qismətdən başqa azad ola bilməyəcəyin məhdudlaşdırmalar yaradan bir Tanrı mövcuddurmu?

Müdrük bunu öz üslubunda cavablandırır; məntiqi yox, ekzistensial şəkildə. «Ayağa qalx,”dedi.
Adam bunun axmaq bir cavab olduğunu düşünərək: „mən sadə bir sual verdim və o isə mənə ayağa qalx deyir” ,lakin “ baxaq görək nə olacaq” deyə düşündü və qaldı.

Və müdrük, „indi isə, ayaqlarından biri yuxarı qaldır” dedi. Adam yəqin ki artıq o an dəli bir adamın yanına gəldiyini düşünür; bunun azadlığa, müstəqil olmağa nə dəxli var? Lakin o artıq gəlmişdi…və müridlərdən ibarət bir kütlə vardı; bu müdrük adama çox ehtiram var idi. Ona qulaq asmamaq hörmətsizlik olardı və bunu etsə nə olacaqdı ki? Buna görə də, ayaqlarından birini yuxarı qaldırdı, bu halda ayaqlarından biri göydə idi və digər ayağının üstündə dayanmışdı.
Ardı →

Simurg - otuz quş

Əfsanəsi rəvayətə görə quşların hökmdarı olan Simurq ( Zümrüdü Anka ya da qərbdə bilinən adıyla Phoenix), Elm Ağacının budaqlarında yaşar və hər şeyi bilərmiş. Bu quşun xüsusiyyəti gözyaşlarının şəfalı olması və yanaraq kül olmaq surətiylə ölməsi, sonra öz küllərindən yenidən dirilməsidir.

Quşlar Simurqa inanar və onun özlərini qurtaracağını düşünərmiş. Quşlar dünyasında hər şey tərs getdikcə onlar da Simurqu gözləyər dayanarlarmış. Nə var ki, Simur ortada görünmədikcə şübhələnərlər və sonunda ümidləri yox olmaq səviyyəsinə çatıb. Deyərkən bir gün uzaq bir ölkədə bir quş sürüsü Simurqun qanadından bir tük tapmış. Simurqun var olduğunu anlayan dünyadakı bütün quşlar toplanmışlar və birlikdə Simurqun evinə gedib kömək istəməyə qərar vermişlər. Ancaq Simurqun yuvası, ətəkləri buludların üzərində olan Qaf Dağının təpəsindəymiş. Oraya çatmaq üçün isə yeddi dibsiz vadini aşmaq lazımmış, hamısı bir-birindən çətin yeddi vadi: İstək, eşq, bacarıq, işübhə, tövhid, heyrət və yoxluq vadiləri.


Ardı →

Min desən, bir cavab qaytarmaram


Həzrəti Mövlana küçədə gedərkən iki nəfərin mübahisə etdiyini görür.

Adamlardan biri o birinə belə deyir:

— Mən elə bir adamam ki, bir desən, min deyərəm, bildinmi?

Mövlana gedib həmin adamın qarşısında dayanır və tam əminliklə belə deyir:

— Mən də elə bir adamam ki, min desən, bir cavab qaytarmaram, bildinmi?

Bu sözü deyəndən sonra Mövlana dönüb gedir və həmin adam heyrətindən qurumuş halda, dinib-danışmadan, gözdən itənəcən bu böyük könül insanının ardınca baxır. 


Davamı →