Рейтинг
+262.52

Düşündürücü hekayələr

201 üzv, 529 topik

Bir həyat hekayəsi

Bu yazı məşhur Helen Adams Keller (1880-1968) haqqındadır. Keller başqa uşaqlar kimi dünyaya sağlam gəlmişdi. Ancaq 1 yaş 7 aylığında keçirdiyi bir xəstəlikdən sonra gözləri tutuldu. Artıq onun qulaqları da eşitmirdi. Uşaqlığının ilk illərində çox əsəbi və çılğın idi. Buna görə də, valideynləri ona tərbiyəçi axtarmağa başladılar. Nəhayət, əvvəllər kor olan, sonra əməliyyatla (az da olsa) görməyə başlayan Enn Mensfild Sallivanı tapdılar. Sallivanın bütün səylərinə baxmayaraq, ilk vaxtlar Kellerdə heç bir dəyişiklik olmadı. Nəhayət, bir gün qızcığaz əlinə su tökərkən Sallivan barmağı ilə o biri əlinə «su» sözünü yazdı. Bundan sonra Kellerdə böyük bir dəyişiklik başladı. Keller əvvəlcə sözləri öyrəndi. 1890-cı ildə isə danışmağa başladı. Məktəbi bitirdikdən sonra məşhur «Mənim həyat hekayəm» (1902) kitabını yazdı. «Bütün Dünya» jurnalının 1954-cü il sayında «Korluğu heçə sayan qadın» adlı yazı da Keller haqqında idi. Mark Tven isə 19-cu əsrin iki böyük dahisinin Napoleon və Keller olduğunu deyirdi.


Ardı →

Duman

İlk dəfə Londona gələn bir adam səhər otelindən çıxıb şəhəri gəzməyi qərara aldı.Yola yeni çıxmışdı ki, birdən ətrafı qalın bir duman aldı. Adam:«Necə olsa birazdan qalxar!» -deyib yoluna davam etdi.Ancaq duman qalxmaq əvəzinə bir az da qalınlaşdı. Bir azdan ətrafı «ağ bir qalınlıq » bürüdü.Geri qayıtmaq istəyəndə isə artıq burnunun ucunu belə görə bilmirdi. Elə bu vaxt naməlum bir şəxs çiyninə toxundu və:

 -Sizə nə isə lazımdır?-deyə soruşdu.Adam sanki bunu gözləyirdi və tez :

 -Bağışlayın dumanda yolumu azmışam.Otelimə qayıtmaq istəyirəm,-deyə cavab verdi.

  Naməlum şəxs:

 -Əlinizi mənə verin, oteliniz iki addım yaxınlıqdadır.-dedi və adamı arxasınca aparmağa başladı.Bir qədər sonra bir binanın qarşısına gəldilər.Naməlum şəxs:


Ardı →

7 gerçək

Neçə ildir mənim yanımdasan?

  — 20 ildir .

  — Bu zaman müddətində məndən nə öyrəndin?

— Heç bir şeylə dəyişməyəcəyim yeddi gerçək öyrəndim.

  — Ömürüm səninlə keçdiyi halda cəmi 7 gerçəkmi öyrəndin?

— Bəli.

— De nələr öyrəndin?

  — Baxdım ki hər kəs bir şeyi dost sayır, ona könül verib bağlanır. Ancaq bunlardan demək olar ki hamısı insanı yarı yolda buraxır. Mən isə, məni heç buraxmayacaq, ölümdən sonra belə mənimlə gələcək şeyləri axtardım. Və dost olaraq yaxşılıqları seçdim özümə. Çünki onlar sonsuz bir yüksəlmə səfərinə çıxmış insanın heç tükənməyəcək azuqəsi və ən gerçək dostlarıdır.


Ardı →

Onu da sən qəbul et

 Günahkar bir adam idi.Oyaq gəzməzdi.Bütün kənd camaatı bezmişdi adamdan.Ölsə də xilas olsaq" deyirdilər.Bir arvadı vardı adamın, bir də özü.Heç uşaqları olmamışdı. Kənd camaatı belə  bir adamın uşağının  olmadığına məmnun idi. Qadın isə adamın halına kədərlənsə də səs çıxara bilmirdi. Otuz ildir evli idilər. Döyərdi, söyərdi, hər gün biriylə dava edərdi. Amma əri idi, evinin kişisi idi. Adam xeyli qocalmışdı.Öskürək yuxusunu bölür,iki pillə nərdivan çıxsa təngnəfəs qalır, titrəyən əlləriylə siqareti qucaqlayırdı.Xeyli  zəifləmiş, onsuz da qısa olan boyuyla bir uşaq kimi görünürdü.Qadın əllərini açıb dualar edir,«Adamın halı bir az düzəlsin» deyə yalvarırdı Allaha…Adam bir səhər evdən çıxdı. Lakin axşam  oldu dönmədi. Dan yeri ağararkən qadın axtarışa çıxdı ərini. Kim bilir  harada içib qalmışdı.

Kəndin üst tərəfindəki bulağın başına getdi əvvəl,orada axtardı amma tapa bilmədi. Yaxındakı bağları, bostanları  axtardı.Kəndin dörd bir tərəfinə baxdı, yox idi.«Evə gəlib  bəlkə» deyərək qaçaraq geri gəldi.Xeyr, dönməmişdi. Günəş batmaq üzrə idi.Tələsik bir dəstəmaz alıb, namaz qılmağa başladı.Duası bitmək üzrə idi ki, qapının döyüldüyünü  eşitdi.Öskürür, əliylə sinəsini işarə edirdi.Qadın qoluna girdi ərinin, güc bəla ilə içəri apardı. Uzandı adam. Arvadının üzünə baxdı. Ağlayırdı. Adam «Haqqını halal et deyəcəkdi...Sözünün sonunu gətirə bilmədi,Başı yastığa düşdü.Ölmüşdü…Qadın, ərinin başında çox ağlayıb fəryad etdi. Bir az özünə gəlincə gözlərini sildi.Qalxdı, mollanın evinə getdi.


Ardı →

Üç heykəl

     İki qonşu ölkənin hökmdarları bir-birləriylə döyüşməzlər, amma hər fürsətdə bir-birlərini narahat edərdilər. Ad günləri, bayramlar da maraqlı hədiyyələr göndərərək qarşıdakına zəka nümayişi etdirərdilər. Hökmdarlardan biri, günün birində ölkəsinin ən yaxşı heykəltaraşını hüzuruna çağırdı. İstədiyi, qızıldan, bir-birinin eynisi üç insan heykəli düzəltməsi idi. Aralarında bir fərq olacaq amma bu fərqi yalnız ikisi biləcəkdi. Heykəllər hazırlandı və doğum günündə qonşu ölkə hökmdarına göndərildi. Heykəllərin yanına bir də məktub qoyulmuşdu. Belə yazmışdı heykəlləri düzətdirən hökmdar:«Ad gününü bu üç qızıl heykəllə təbrik edirəm. Bu üç heykəl bir-birinin eynisi kimi görünə bilər. Amma içlərindən biri digər ikisindən çox daha qiymətlidir. O heykəli tapınca mənə xəbər ver.» Hədiyyəni alan hökmdar əvvəl heykəlləri çəkdirdi. Üç qızıl heykəl qramına qədər bərabər idi. Ölkəsində sənətdən anlayan nə qədər insan varsa çağırtdı. Hamısı da heykəlləri böyük bir diqqətlə araşdırdılar amma aralarında bir fərq görə bilmədilər. Günlər keçdi. Bütün ölkə hökmdarın çətinliyini eşitmişdi amma heç kim cavabı  tapa bilmirdi. Sonda, hökmdarın çox isyankar olduğu üçün zindana atdırdığı bir gənc xəbər göndərdi.Yaxşı oxumuş, ağıllı olan bu gənc, hökmdarın bəzi istəklərinə qarşı çıxdığı üçün zindana atılmışdı. Başqa çarəsi olmayan hökmdar bu gənci çağırtdı. Gənc əvvəl heykəlləri möhkəm möhkəmə araşdırdı, sonra çox incə bir tel gətirilməsini istədi. Teli birinci heykəlin qulağından soxdu, tel heykəlin ağzından çıxdı. İkinci heykələ də eyni hərəkəti təkrar  etdi. Tel bu dəfə digər qulaqdan çıxdı. Üçüncü heykəldə də tel qulaqdan girdi amma bu dəfə nə ağzından nə də qulağından  çıxmadı.Tel incə bir boru vasitəsilə  ürək xəttinə qədər endi və oradan kənara getmədi. Hökmdar heykəlləri göndərən qonşu hökmdara cavabı yazdı: «Qulağından girəni ağızından çıxardan insan məqbul deyil. Bir qulağından girən digər qulağından çıxırsa, o insan da məqbul deyil. Ən qiymətli insan, qulağından girəni ürəyinə həbs edən insandır.


Davamı →

Bəs siz hansısınız?

     Bir ata ilə qızı dərtləşirdi. Qızı həyatında çox çətinlik yaşadığından və bunlarla necə baş edəcəyini bilmədiyini deyirdi  atasına.Atası qızını dinlədikdən sonra  «Gəl, sənə bir şey göstərəcəyəm!» deyib qızını mətbəxə aparır.

     Ata sobaya 3 dənə bərabər böyüklükdə qab qoyur, üçünə də bərabər miqdarda  su tökür  və üçünün də altını eyni miqdarda yandırır. Birinci qaba  kök, digərinə bir ədəd yumurta, digərinə isə də bir ovuc çəkilməmiş qəhvə  tökür. Hər üçünü də tam 20 dəqiqə bişirir.  Masaya iki dənə boşqab və bir dənə boş stəkan qoyur və ilk əvvəl qaynadılmış kökü götürüb bir qaba qoyur. Daha sonra artıq çox bişmiş olan yumurtanı digər  qaba qoyur. Ən sonunda da artıq suda yaxşıca həll olunmuş  qəhvəni də götürüb bir stəkana boşaldır.Sonra qızından  soruşur: «Qızım nə görürsən?»


Ardı →

Duzlu qəhvə

           Qızla bir qonaqlıqda rastlaşmışdı… Çox gözəl qız idi. Qonaqlığın sonunda qızı qəhvə içməyə dəvət etti.Qız dəvət  müddətində diqqətini çəkməyən oğlanın dəvətinə təəccübləndi amma nəzakətlə qəbul etdi. Yaxınlıqdakı şirin kafedə oturdular.Gənc oğlan elə həyəcanlı idi ki, ürəyinin döyüntüsündən danışa bilmirdi..Onun bu halı qızı da narahat edirdi ...

         «Mən artıq gedim» deməyə hazırlaşırdı ki, oğlan birdən kafe xidmətçisini çağırdı.

         «Mənə bir az duz gətirərsən?» Dedi. «Qəhvəmə qatmaq üçün.»

          Yan stollarda əyləşənlər təəccüblə  oğlana baxdılar. Qəhvəyə duz! Gənc qıpqırmızı oldu utandığından.Amma duzu qəhvəsinə tökdü və içməyə başladı.

          Qız maraqla «Qəribə bir ağız dadınız var.» Dedi… Cavan izah etdi: «Uşaqlıqda dəniz kənarında yaşayırdıq. Həmişə dəniz kənarında və dənizdə oynardım.Dənizin duzlu suyunun dadı ağzımdan heç əksik olmazdı. Bu dadla böyüdüm mən.Bu dadı çox sevdim. Ona görə qəhvəmə duz tökürəm. Nə vaxt ki o duzlu dadı dilimdə hiss edirəm, uşaqlığımı, dəniz kənarındakı evimizi və xoşbəxt ailemi xatırlayıram… Anamla atam hələ də  o dəniz kənarında yaşayırlar.Onlardan və evimdən  elə darıxıram ki… „

         Bunları deyərkən gözləri nəmlənmişdi cavanın… Qız eşitdiklərindən çok təsirlənmişdi. Evini, ailəsini bu qədər düşünən  bir adam, evi, ailəni sevən biri olmalı idi...Qız da danışmağa başladı. Onun da evi uzaqlardaydı. Uşaqlığı kimi ...

        O da ailəsindən danışdı. Çox şirin bir söhbət olmuşdu .Görüşməyə davam etdilər və hər gözəl hekayədə olduğu kimi, şahzadə evləndi. Və də sonuna qədər çox xoşbəxt yaşadılar. Prenses nə vaxt qəhvə hazırlasa içinə bir qaşıq duz qoydu, həyat boyu… Onun belə sevdiyini bilirdi çünki ...

         40 il sonra, adam dünyaya vida etdi. “Ölümümdən sonra aç» deyə bir məktub qoymuşdu sevgili qadınına. Belə deyirdi, sətirlərində: «Sevgilim, bir dənəm. Xahiş edirəm  məni bağışla. Bütün həyatımızı bir yalan üzərinə qurduğum üçün məni bağışla. Sənə həyatımda bir dəfə yalan dedim… Duzlu qəhvədə.

         İlk görüş günümüzü  xatırlayırsanmı? Elə həyəcanlı və gərgin idim ki, şəkər tozu demək əvəzinə  duz  dedim.  Sən və hər kəs mənə baxarkən, dəyişdirməyə o qədər utandım ki, yalanla davam etdim. Bu yalanın bizim həyatımızın təməli olacağı heç ağlıma gəlməmişdi. Sənə həqiqəti danışmağı çox  düşündüm. Amma hər dəfəsində qorxudan heç nə deyə bilmədim.İndi ölmüşəm və artıq qorxmağım  üçün heç bir səbəb yoxdur ...

         Budur həqiqət: Mən duzlu qəhvə sevmirəm! O qəribə və axmaq  bir daddır.Ama səni tanıdığım andan etibarən bu qəribə qəhvəni içtim.Həm də zərrə qədər peşmanlıq hiss etmədən. Sənin yanında olmaq həyatımın ən böyük xoşbəxtliyi idi və mən bu xoşbəxtliyi duzlu qəhvəyə borcluydum.Dünyaya bir də gəlsəm, hər şeyi yenidən yaşamaq, səni yenidən tanımaq və bütün həyatımı səninlə keçirmək istəyirəm, ikinci bir həyat boyu da duzlu qəhvə içmək məcburiyyətində qalsam da… „

       Yaşlı qadının gözyaşları məktubu  islatdı.

       Necə oldusa bir gün biri  qadına “Duzlu qəhvə necə bir şeydir?» deyə sual verdi ..

      Gözləri nəmləndi qadının və üzündəki xoşbəxt təbəssümlə… Çox şirin!… dedi ...


Davamı →

Elə indi başlaya bilərəm...

Bir gün məşhur bir natiqdən soruşdular:

— Yaxşı çıxış üçün yaxşı hazırlaşmaqdan danışdınız. Elə isə beş dəqiqəlik bir çıxış üçün nə qədə hazırlaşmaq lazımdır?

Natiq heç düşünmədən cavab verdi:

— 2 ay...

— Bəs on dəqiqəlik bir çıxış üçün?

— 1 ay...

— Bəs 1 saatlıq çıxış üçün nə qədər hazırlaşmaq lazımdır?

Natiq gülümsəyərək cavab verdi:

— Elə indi başlaya bilərəm...


Davamı →

Sədəf çiçəyi susuz qaldı...

Məhkəmə zalında, səksən yaşlarındakı qoca cütlüyün vəziyyəti ürək acısıydı… Adam inadçı baxışlarla, susqun nənənin ağlamaqdan yaxşıca çuxurlaşmış gözlərini süzürdü. Hakim tox səsiylə, yaşlı qadına:

— Danış xala, niyə boşanmaq istəyirsən?

Yaşlı qadın, dərin bir nəfəs aldıqdan sonra, qısılmış səsiylə danışmağa başladı:

— Bu insan  məni 50 ildir bezdirib həyatdan…


Ardı →

Baltası iti olan daha çox ağac kəsər.

:(

Bir meşədə iki dost odun doğrayırmış. Onlardan biri səhər lap tezdən qalxar, istirahət etmədən ağac kəsərmiş. Axşamlar da evə dostundan gec gedərmiş. Heç günortalar da yemək üçün fasilə verməzmiş. Dostu isə səhər vaxtında qalxar, istirahət edə-edə ağacları doğrayar, acanda da yeməyini yeyərmiş. Axşam da hava qaralan kimi evinə gedərmiş. Bir həftə bu minvalla iş davam edir. Həftənin axırında kəsdikləri ağacları sayırlar. Dayanmadan işləyən dostun kəsdiyi ağacların sayı az olur. Fasilə vermədən içləməsinə baxmayaraq, ağaclarının sayının az olması ona çox maraqlı gəlir. Dostu bunun səbəbini ona belə izah edir: Sən dayanmadan çalışarkən mən arabir istirahət edib, baltamı itiləmişəm. İti balta ilə daha az əmək sərf etməklə çox ağac kəsilər, — cavabını verdi. Özünü inkişaf etdirməyin yolu düzgün vaxtda istirahət edib baltanı itiləyə bilməkdir. Bu üsul zehnimizin aktiv olmasını və az zaman sərf etməklə daha çox şey qavramasına imkan verə bilər.

Araz dərgiləri


Davamı →