Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Yalançı azadlıq

Bir gün burun azad olmaq istədi və öz-özünə: «Niyə göz üçün ola-ola bu gözlükləri mən daşımalıyam? Niyə göz üçün ola-ola bu gözlüklərin yükü mənim üstümdədir? Elə isə necə olursa-olsun, bu gözlüklərdən xilas olmalıyam», — dedi. Və sonra da elə bərkdən asqırdı ki, gözlük yerə düşüb xıncım-xıncım oldu. Beləliklə, göz gözlüksüz görə gilmədiyi üçün yolunu azdı və çox keçməmiş burun bir ağacın gövdəsinə dəyib əzildi...

 

Ailəm jurnalı


Davamı →

Heç bir şey sınan bir ürəyə dəyməz

Balaca qız evlərinin qarşısındakı çiçək dolu bağçaya girdi. Ürəyi sevincdən az qala yerindən çıxacaqdı. Bir anlıqgirl and broken vaseöz-özünə: «Bir dəstə çiçək yığıb anama aparsam, kim bilir nə qədər sevinəcək? Hələ üstəlik, „Qızım məni nə qədər çox sevir“ deyib yanaqlarımdan öpəcək», — deyə düşündü. Elə bunları düşünə-düşünə çiçəkləri yığmağa başladı. Sonra da bu çiçəklərdən gözəl bir dəstə bağladı. Anası daha çox sevinsin deyə, mətbəxdən bir güldan götürdü. Sonra da çiçək dəstəsini bu güldana qoydu. Ancaq mətbəxdən yeni çıxmışdı ki, birdən ayağı sürüşdü və güldan əlindən yerə düşdü. İndi həm güldan sınmış, həm də çiçəklər dağılmışdı. Bu vaxt səsə yan otaqdan anası gəldi. Və yerdəki şüşə qırıqlarını görüb özündən çıxdı. Sonra da «niyəsini» soruşmamış qızını döyməyə başladı. Balaca qız qorxudan nə edəcəyini bilmir və ancaq: «Anacan, nə olar, məni vurma!» — deyə yalvarırdı. Ancaq anası o yalvardıqca qışqırır, qışqırdıqca da vururdu. O gündən o qızın bir daha anasına çiçək hədiyyə etdiyini görən olmadı.

 

Ailəm jurnalı


Davamı →

Qəribə ölüm

Kaliforniya Yanğınsöndürmə İdarəsi yanğından sonra meşədə yanmış bir dalğıc cəsədi tapdı. Üstəlik, bucəsəd dalğıc paltarı, dalğıc üzgəci, dalğıc maskası və dalğıc balonu ilə «tam təchizatlı» bir dalğıc cəsədi idi. Əlbəttə ki, belə bir cəsədin meşə yanğınında tapılması çox təəccüblü idi. Ancaq polis hadisəni araşdırdıqdan sonra bütün sirlər ortaya çıxdı...

Əslində hadisə belə baş vermişdi. Dalğıc o gün meşədən  20


Ardı →

Yetər ki, uğur qazanacağınıza inanın!

Həyat uzun bi marafondur. Həm də hər addımda yeni bir başlanğıca imza atacağımız bir marafon. Hətta, bu uzun marafona «həyat marafonu» da desək, yəqin ki səhv etmərik...Əslində isə «marafon» sozü Qədim Yunanıstanda spartalılar və yunanlar arasında baş verən Marafon Meydanında baş verir və bu müharibədə yunanlar qalib gəlir. Müharibə qurtarandan sonra bu qələbəni Afinaya xəbər vermək lazım gəlir. Ancaq bu meydanla Afina arasındakı məsafə 42 kilometrdir. Bunun üçün yunanlar bir əsgər yollayır və bu məsafəni qaçaraq(üstəlik də, dayanmamaq şərti ilə) qət edir. Ancaq bu onun son vəzifəsi olur və son nəfəsdə «Biz qalib gəldik!» — deyərək ölür. Sonralar isə bu məsafə marafon yarışları üçün istifadə edilən məsafə olur…


Ardı →

Üç addım

Bir alimdən: «Necə həqiqi insan ola bilərik? — deyə soruşdular. „Üç addım  atmaqla!“ — deyə alim cavab verdi, — »Birinci yerdə sizə pislik edənlərə qarşı pislik etməmək gəlir. İnsanlığa atdığınız ilk addım budur. Əgər,sizə pislik edənlərə qarşı pislik etməsəniz, deməli, həqiqi insanlığa ilk addım atmış olarsınız. Sizə pislik edənlərə qaşı yaxşılıq etmək… Bu əsl insanlığa atdığınız ikinci addımdır. Əgər, sizə pislik edənlərə qarşı yaxşılıq etsəniz, ikinci böyük addımı atar və həqiqi insan olmağa başlayarsınız.

Nəhayət, sizə yaxşılıq edənlərlə pislik edənlər arasında fərq hiss etməmək… Bu isə həqiqi insanlığa atdığınız üçüncü addımdır. Əgər, sizə pislik edənlərlə yaxşılıq edənlər arasında fərq hiss etməsəniz, deməli, əsl insansınız".smile


Davamı →

Heç vaxt ruhdan düşmə...

Əlləri, ayaqları olmayan bir adam yerə yıxıldıqdan sonra ayağa qalxır. İkinci dəfə yerə yıxılır və yenə ayağa qalxır. Üçüncü dəfə yerə yıxılır və yenə ayağa qalxır. Və kənardan diqqətlə ona baxan adama belə deyir: «Hər bir adam həyatda az və ya çox belə ümidsiz vəziyyətə düşə bilər. Hətta yenidən ayağa qalxmaq üçün hər hansı bir vasitədən və ya imkandan məhrum da ola bilər. İndi sizdən soruşuram, mən 100 dəfə ayağa qalxsam və 100-ündə də yıxılsam, yenidən ayağa qalxmaq üçün ümidimi itirməliyəmmi? Yəni, mən artıq 101-inci dəfə sınaqdan çıxarmaq barədə düşünməməliyəmmi? Nə yazıq ki, mənim elə bir haqqım yoxdur. Çünki yaşamaq istəyirsəmsə, necə olursa-olsun, ayağa qalxmalıyam. Elə indi ayağa qalxmağa çalışdığım kimi...» 

Ailəm jurnalı


Davamı →

Xətti uzatmaq...

Bir müəllimin sinifdə çox bacarıqlı, ancaq çox qısqanc bir şagirdi var idi. Bir gün müəllim bu şagirddən:
— Nə üçün sinifdəki yoldaşlarının uğurlarını qəbul etmək istəmirsən? — deyə soruşdu.

Şagird cavab verdi:
— Çünki onların məni keçməsinə dayana bilmirəm. Çünki sinifdə ən birinci mən olmaq istəyirəm.
Bunu eşidən müəllim lövhəyə bir xətt çəkdi və şagirddən:
— Elə isə de görüm, bu xətti necə qısalda bilərsən? — deyə soruşdu.


Ardı →

Çanta

Rejissor yeni filminin qəhrəmanını oynamaq üçün gənc bir qız axtarırdı. Hətta bunun üçün qəzetə elan da vermişdi. Aradan çox az bir vaxt keçsə də, müraciət edənlərin sayı xeyli çox idi. Buna görə də, heç iki gün keçməmiş namizədləri studiyasına dəvət etdi...:)

İndi o, bütün günü fasiləsiz gələn namizədlərlə söhbət etmiş və üstəlik, xeyli gərgin keçən bu söhbətlərdən yorğun düşmüşdü. Nəfəsini yenicə dərmişdi ki, növbəti namizəd içəri girdi və üzündə qəribə bir təbəssüm sınaq kamerasının qarşısında oturdu. Gənc qızın adı Emil Müller idi. Qısa bir tanışlıqdan sonra rejissor gənc qızla söhbətə başladı və başlanğıc üçün: "Çantanızı açıb mənə içindəkilər barədə danışa bilərsinizmi?" — dedi. Gənc qız əlini arxasındakı çantaya uzatdı və çantadan iri qırmızı alma çıxartdı: «Bu almanı səhər meyvələrini rəfə düzən bir meyvəsatan hədiyyə etdi. Görünür, çox iştaha ilə baxmışam»…


Ardı →

Məktəb yolu

    (Bir müəllimin gündəliyindən)

Məktəblərin açılmasına bir həftə qalmış birinci sinifə gedən oğlumun hər sabah gedəcəyi yolu "ölçməyi" qərara aldım. Təbii ki, oğlumun sürətini nəzərə almağı da unutmadım. Buna baxmayaraq, bu yol, yenə də, ən azı 20 dəqiqə vaxtımı aldı. Ancaq ilk iki gün oğlum evə vaxtından 10 dəqiqə gec gəldi.child who goes to school

Başqa sözlə, onun məktəbdən çıxdığı vaxtla evə gəldiyi vaxt arasında 20 dəqiqə yox, 30 dəqiqə fərq var idi. Buna görə də, üçüncü gün özüm onunla bir yerdə məktəbə getməyi qərara aldım. Əlbəttə ki, bir həftə əvvəlki 20 dəqiqəlik proqnozumda yanılmamışdım. Sadəcə olaraq, oğlum üçün birinci, mənim üçün ikinci dərəcəli olan kiçik istisnaları nəzərə almamışdım:


Ardı →

Hər şey inamdan başlayır

Müharibənin ən qızğın bir vaxtı idi. Yapon general ordusu düşmən ordusundan sayca az olsa da, hücuma keçməyi qərara almışdı. Üstəlik, o bu döyüşdə qalib gələcəyinə də inanırdı. Ancaq nə yazıq ki, əsgərləri hələ də bu qələbəyə şübhə ilə baxırdılar. General isə əsgərlərini bu şübhədən necə xilas edəcəyini düşünürdü. Artıq döyüş meydanına doğru üz tutmuşdular. Bir qədər getdikdən sonra yolda fasilə verdilər.


Ardı →