Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

İnsan insana Canavardi

Adamla canavar meşədə rastlaşır. Canavar adamdan insanların hansı prinsiplə yaşadıqlarını soruşur. Adam cavab verir:
— Həyatımızın əsas prinsipi belədir – «insan insana canavardı».
Canavar buna cavab olaraq dedi:
-Hə, sizdə yaxşıdı. Ancaq bizdə pisdi. Çünki bizim yaşadığımız prinsip belədir – «canavar canavara insandı».54

Davamı →

Kərim babaya təsəlli verən nəvəsi

Kərim baba həyatı boyu yaşayışı ilə insanlara nümunə olan ibadət həyatına ən incə təfərrüatına qədər diqqət edən bir insan idi.Özü kimi yaşlı həyat yoldaşı ilə bir yerdə kiçik və gözəl bir qəsəbədə yaşayırdılar.Bu iki yaşlı çinar həyatlarını uşaqlarına həsr etmiş  onları oxutmuşdular.Uşaqlqrından biri həkim  biri din  xadimi  digəri də müəllim olmuş və hər biri ölkənin müxtəlif yerlərinə getmişdilər.Onlar ata-analarını öz yanlarına aparmaq istəyirdilər lakin Kərim baba ilə xanımı Səma nənə yaşadıqları yerdən ayrılmaq istəmirdilər.
Uşaqlarından uzaq olmaları onları bir-birinədaha da bağlamışdı.Hətta Kərim baba bəzən xanımına :
-sən məndən əvvəl vəfat etsən mən nə edərəm -deyir və gözləri dolurdu.Səma nənə də eyni narahatlığı keçirir və:
-Bəs sən məndən əvvəl getsən mən nə edərəm-deyib ağlayırdı.


Ardı →

Əlimi tut

Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
— Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
— Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
Ardı →

Müəllim və tələbə

Bir həftə idi ki, anası bərk naxoşlamışdı. Son üç gün isə, ümumiyyətlə, qızdırması düşmürdü. Bütün günü anasına qulluq edir, gecələr də yanından çəkilmirdi. İmtahana elə bu səbəbdən hazırlaşa bilməmişdi. Stress, gərginlik, anasının xəstəliyi onu bərk sarsıtmışdı, fikrini toplamağa mane olurdu. Bu gün isə imtahan günü idi.Dostuna:

— Mən hazır deyiləm.

— Nə danışırsan, neyləyəcəksən?

— Bilmirəm.

Adı çəkiləndə ürəyi tez-tez döyünməyə başladı. Nə edəcəkdi, müəlliminin gözünə baxmağa utanırdı. Nə cavab verəcək, «anam xəstə idi» desə, bu bəhanə kimi səslənməyəcəkdi ki? Belə vəziyyət onun üçün yad idi. Həmişə birinci olub, istər məktəbdə, istər universitetdə. Hamının sevimlisi, nümunəvi olmaq, hər kəsin hörmət dolu baxışlarına yaman öyrəşmişdi, xüsusən də müəllimlərinin. Bəs bu gün? Bu onun üçün cəhənnəm əzabı idi. Müəlliminin səsi onu fikirlərindən ayırdı:

— Bilet çək!

O, fikiri — fikirli bilet çəkdi. Təbii ki, onun vəziyyəti müəlliminin gözündən yayına bilməzdi. Sadəcə üz vurmadı. Biletə baxdı. Bir dənə də olsun sualın cavabını əla bilmirdi. Olsa — olsa «kafi» ala bilərdi. Bu isə gələcəkdə fərqlənmə diplomu arzusunun üstündən xətt çəkmək demək idi. Gözləri dolmuşdu. güclə özünü ələ aldı.

— Mən hazır deyiləm.

Müəllim gülümsədi, mənalı baxışlarla:

— Bunun əsaslı səbəbi olar yəqin?

O, susurdu. Başını aşağı saldı. Müəllim qiymət kitabçasına nəsə yazırdı. Bu anın tez bitməsini istəyirdi. Bircə qiymət kitabçasını alıb, auditoriyanı tərk edə bilsəydi. Müəllimin səsi sükutu pozdu:

— Oxuyarsan.

Onun gözləri dolmuşdu.

— Mən gedə bilərəm?

— Gedə bilərsən.

Axır ki, otaqdan çıxmışdı. Dərindən nəfəs aldı. Son günlər çox ağır keçmişdi. Qiymət kitabçasını açdı. Gözlərinə inana bilmədi. "Əla"? Bu ola bilməz. Demək müəllimi semestr boyu mühazirələrdə onun fəallığını, istedadlı gənc olduğunu nəzərindən qaçırmamışdı. Bu hadisə ona böyük dərs oldu. Bildi ki, əziyyət heç vaxt yerdə qalmır.

P.S Belə müəllimləri qoyub, tələbələrinə " öküz", «qoyun» -deyə müraciət edən müəllimlərdən danışılmasına dözə bilməzdim.

Müəllif: Zeynalova Vüsalə.M

 

Müəllimlik sahəsində iş elanları


Davamı →

Təmənnasız borc....

8 yaşlı Murad anası şam yeməyi hazırlayan zaman mətbəxə gəlib, ona bir kağız uzadır.Anası yaş əlini silib kağızı alır,orada yazılan bu sözləri oxuyur:
*Həyəti təmizlədim: 3 manat
*Otağımı səliqə — sahmana saldım: 2 manat
*Sənin üçün mağazaya getdim: 1.50 qəpik
*Sən işdə olduğun zaman balaca qardaşıma baxdım: 3 manat
...*Zibil atdım: 2 manat
*Məktəbdə yaxşı qiymət aldım: 5 manat
*Cəmi borcun: 16.50 qəpik


Ana bir qədər fikrə gedir, sonra qələmi əlinə alıb kağızın arxasına bunları yazır:


Ardı →

Ananın peşmanlığı

Ana bütün günü dəcəl oğlundan şikayətlənərdi: " Bu uşaq deyil, bəladı. Nə günah sahibiyəm, belə uşaq doğmuşam". Təzəcə sözünü bitirmişdi ki, səs- küy eşitdi. «Allah bilir nə hoqqa çıxartdı yenə» — deyə fikirləşərək tez mətbəxə cumdu. Gördü oğlu mərci ilə düyünü bir — birinə qatıb, özü də oturub üstündə. Bİr azdan uşaq əlinə çəkic alaraq mebelə vurmağa başladı.Ana :
-Ay bala, məni öldürməkmi istəyirsən, adamı nə qədər hirsləndirmək olar? Mebeli qırdın.
— Mebeli düzəldirəm, ana, sınıb.

Ana çəkici təzəcə yerinə qoymuşdu ki, uşaq yan otağa keçib, stulu tərsinə çevirib, sürüməyə başladı.
— Stulu qoy yerinə, əlimə keçsən səni pis döyəcəm!
— Maşın sürürəm, sən də qoymursan,, elə bil polisdi.


Ardı →

"Etdim. Səni yaratdım!"

Bir gün, çəlimsiz, kiçik bir qız uşağı küçənin küncünə oturmuş yemək, pul, ya da ala biləcəyi hər hansı bir şey üçün dilənirdi. Üzərində köhnə, cırıq geyimlər vardı; üzü gözü çirk içində, pərişan bir halı vardı.
kasıb dilənçi qıza kömək edinQız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi. Qızı gördü amma gördüyünü bildirməmək üçün dönüb ikinci dəfə baxmadı. Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi.
Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylere etiraz edirdi.
Sonra asan yolu seçdi və etirazlarını Allah' a yönəltdi:
«Belə bir şeyin olmasına necə icazə verirsən? Niyə o kiçik qıza kömək üçün bir şeylər etmirsən Allah' ım?» deyə şikayətləndi içindən.
Sonra ruhunun dərinliklərindən gələn bir cavab eşitdi :
«Etdim. Səni yaratdım!»


Davamı →

Bir uşağın Namaz qılma əhvalatı

Türkan xanım dindar bir ailədə böyümüşdü. Anası hər fürsətdə ona və qardaşlarına namaz qılmalarını söyləyər, hətta əsəbləşərək onlara xəbərdarlıq edərdi. Türkan xanım namazın qılınması lazım olduğuna inanır, amma yenə də qılmazdı, çünki qılmaq nəfsinə çətin gəlirdi. Bəzən başlayır, sonra tərk edərdi.
Evləndi və uşaqları oldu. Anası hər gəldiyində eyni şəkildə namaz qılmaları üçün xəbərdarlıq etməyi davam etdirir, o da təkidlə qılmamağa davam edirdi


Ardı →

Kəpənək və çobanyastığı

Günlərin bir günü bir tırtıl gözlərini dünyaya açır. İnstinktləri ilə hərəkət edib önünə nə gəlirsə yeməyə və yeni yuvasını qurmağa başlayır. Bir müddət sonra yuvasına girər və yenidən doğuşun möcüzəvi gözəlliyi ilə möhtəşəm bir kəpənək olaraq ucsuz-bucaqsız təbiət içində xoşbəxtliklə qanad çırpır. Kəpənək dağlar təpələr aşar meşələrin üzərindən keçər və bir vadidə dincəlmək üçün aşağıdakı çiçəklər arasına enir. Çiçəklərlə bəzənmiş bu cənnət küncündəki bir dənəsi o qədər çiçəyin arasında kəpənəyin bütün diqqətini çəkir və qarşı qoya bilmədiyi bir istəklə bu çiçəyin yanına uçur.


Ardı →

Qadını daşımaq

İki keşiş yolda gedərkən, bir su yığınından qarşıya keçmək üçün gözləyən gənc bir qadını görərlər. Keşişlərdən biri, gənc qadını qucaqladı və suyun o biri qarşısına keçirdi. O biri keşiş yoldaşının bu davranışını başqa bir şəkildə şərh etdi və bu səbəbə görə də heç də xoş qarşılamadı. Təxminən bir kilometr sonra isə, özünü daha çox tuta bilmədi, yoldaşına bu davranışının səhv olduğunu izah etmək istədi:
«Belə bir şeyi necə edə bildin?» dedi.


Ardı →