Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Hər gün müəllimlər bayramı

Yaponiyada təzə işlədiyim vaxt kolleqam Yamomoto müəllimdən soruşdum:
— Yaponiyada müəllimlər bayramı nə vaxtdı?
Yamomota müəllim cavab verdi ki, bizdə müəllimlər bayramı olmur.
Mənə qəribə gəldi. Ürəyimdə dedim bunlar necə adamdılar. Bu qədər iqtisadiyyat, elm və texnikada qabağa getdikləri halda niyə müəllim əməyinə hörmət qoymurlar.
Davamı →

Nə çox geri getmisiniz...

Bir vaxtlar Polşanın ən məşhur pianoçu və bəstəkarı olmuş şəxs. Həm də Şopenin bəstələrinin dünyada ən yaxşı ifaçılarından biri.

Sonra diplomat olur. Siyasətə atılır və Polşanın baş naziri seçilir. Bir gün baş nazir kimi Fransada səfərdə olarkən Paris universitetinin musiqi fakültəsində oxuyan bir gənc yanına gəlib:

— Siz o məşhur pianoçu, bəstəkar Paderevski deyilsinizmi? — deyə soruşur.
Paderevski cavab verir:
— Bəli, o mənəm.
— Bəs indi?
— İndi də Polşanın baş naziriyəm.
Davamı →

Qabaqcadan bilinən evlilik

Dulinli Vey Qu körpəlikdən yetim qalmışdı. Yetkin yaşa dolan kimi evlənmək fikrinə düşdü, amma uzun müddət münasib bir adaxlı tapa bilmədi. "Çjen-quan" adıyla məşhurlaşan sülalə hakimiyyətinin ikinci ilində o, Sinxeyə gedəsi oldu, yolda Sunçenin güneyindəki yeməkxanaya düşdü. Həmsöhbətlərindən biri dedi ki, Sıma Panfan adlı keçmiş məmurun ərgən qızı var, əgər Qunun marağı varsa, yeməkxananın günbatan səmtindəki Lunsin məbədinə gedib, özü bu haqda bir xəbər bilsin.

Qu çoxdan evlənmək arzusundaydı. Elə ertəsi gün, hələ Ay batmamış, məbədə üz tutdu. Məbədin pilləkənlərində xurcunlu bir qoca oturub Ay işığında əlindəki qatlama kağızdan nəsə oxuyurdu. Qu ona yaxınlaşdı, kağıza boylansa da, orda yazılanı oxuya bilmədi.
Davamı →

Paytaxtlı alimin sərgüzəşti

Paytaxtda yaşayan bir neçə alimin toplaşdığı məclisdə insan xarakterinin qəribəliklərindən söhbət düşdü; bəzi adamlar qətiyyətlidirlər, cəsurdurlar, bəziləri isə qorxaq və zəifdirlər, çünki hərənin özünəməxsus xarakteri var. Cəsarətli adamlar heç nədən qorxub-çəkinmirlər, onlar əsl kişidirlər.
Alimlərdən biri lovğa-lovğa dilləndi ki, əgər igidlikdən danışırsınızsa, deməli, söhbət məhz məndən gedir.
Məclisdəkilər gülüşdü:
— Buna inanmaq üçün əvvəlcə sizi sınamalıyıq.
— Mənim bir qohumumun evinə, — bir nəfər dilləndi, — şər qüvvə dadanıb, buna görə də heç kəs orada yaşamaq istəmir. Əgər qorxmadan bir gecəni orada keçirə bilsəniz, biz sizin şərəfinizə ayrıca ziyafət verərik.
Davamı →

Necə Müdrik olub xilas olmaq barədə pritça.

Öz Ruhunu xilas etmək üçün bu istəklə yaşamaq lazımdır. Bu insan həyatında, taleyin çətinliklərindən asılı olmayaraq yeganə başlıca istəyi olmalıdır. Amma insan, bir qayda olaraq hətta ruhani yolçuluğa çıxanda belə, çoxlu bayağı, dünyəvi istəklərin yükü ilə gedir ki, onların şirnikliklərinin içində Ruhani başlanğıcdan doğulan o yeganə istəyi saxlamaq çətindir. Ona görə də onun sualları da adətən ağıldan gəlir.
Davamı →

İki qardaş haqqında pritça

Çox-çox əvvəllər kəndlərin birində iki əkiz qardaş dünyaya göz açdı. Baxmayaraq ki, doğumları arasında fərq dəqiqələr idi, qalan bütün həyatı boyu ilk doğulan qardaş özünü böyük və deməli daha ağıllı hesab edirdi. Qardaşlar artıq böyüyəndə elə oldu ki, bir yolçu  gecələmək üçün onların evlərində qaldı. Bəlli oldu ki, o Ruh adamıdır və Müdrikdir. Bu vaxt kəndin insanları qonşu camaatla müharibə aparırdı. Bu müharibə insanlara artıq çoxlu qəm-qüssə gətirmişdi. Amma heç kim bilmirdi ki bu müharibədən və ölümdən necə yaxa qurtarsınlar. Və qardaşlar Müdrikdən nəsihət istədilər.
Davamı →

Səfehlər kəndi

Xusyan əyalətinin Dunzışansun kəndinin sakinlərinin, uşaqdan böyüyə, hamısı səfeh idi. Həmin kənddən olan bir qoca öz oğlunu Çanyandakı bazardan qul almağa yollayanda dedi:

— Eşitdiyimə görə, Çanyanda alverçilər satmaq istədikləri qulu gizlədirlər ki, o, əvvəlcədən duyuq düşməsin. Sən orda əməlli-başlı axtar, yaxşı qul tapıb al.

Oğlan bazarı gəzməyə güzgüsatılan sıradan başladı. Güzgülərdən birində, ucaboy olmasa da, möhkəm bədənli bir nəfər görəndə fikirləşdi ki, yəqin, alverçi orda qul gizlədib. Barmağıyla güzgünü çırtmalayıb dedi:
Davamı →

Insan nankor varlıqdır. Gəlin 1 günlük ömrü olan kəpənəkləri bənövşələrə qurban verməyək.




Kəpənəyin arxasınca qaçırsan hələ,
Boğaz göynəyir, nəfəs daralır.
Bilmədən torpağa ayaq basanda,
Bənövşələr ayaqlar altında qaldı!


Bir günlük ömrü olan kəpənək bəzən insanı ona  davamli olaraq aludə olmağa, arxasınca qaçmağa sövq edir, nəticədə bənövşələri əzməklə kəpənəyi əldə etmək olur. Insan nankor varlıqdır. Gəlin 1 günlük ömrü olan kəpənəkləri bənövşələrə qurban verməyək.  Təbriz Əli
Davamı →

Bəhlul və Harun

Bir gün Bəhlul Danəndə xəlifə Harun Ərrəşidə bir sual verir. Deyir: “Təsəvvür et səhradasan, 50-60 dərəcə istilik var. Yolunu azmısan, içməyə də su tapa bilmirsən. Artıq ölüm təhlükəsi ilə üzbəüzsən. Belə bir vəziyyətdə bir nəfər tapılır və sənə istədiyin qədər su təklif edir. Amma bunun müqabilində xilafətinin yarısını istəyir. Verərsənmi?” Xəlifə cavab verir: “Bəli, verərəm.”

Bəhlul soruşur: “Bir içim su üçün xilafətin yarsını verərsən?”
Xəlifə deyir: “Bəli, ölməkdənsə hakimiyyətin yarısını vermək daha yaxşıdır.”
Bəhlul sözünə davam edir: “Təsəvvür et suyu içdin və ayaqyoluna getməlisən. Amma hər hansı səbəbdən bu işi görə bilmirsən. Bədənində xəstəlik tapılıb, böyrəklərində problem yaranıb
Bu zaman bir həkim yaxınlaşır və deyir: “Mən səni müalicə edərəm. Bir şərtlə ki, hakimiyyətin qalan yarısını da mənə verəsən.” Verərsənmi?”
Davamı →