Рейтинг
+262.52

Düşündürücü hekayələr

200 üzv, 527 topik

Bir manatin hekayesi

Mənim adım Bir Manatdır. Məni İsveçrədə hazırlayıb Azərbaycana göndərdilər. Bir gün sonra dövrüyəyə buraxıldım.
 Əvvəlcə məni bir neçə qardaşımla bərabər bir bankomata yerləşdirdilər. Bu vaxta qədər mənə insan əli dəyməmişdi, təptəzə idim.
 Bir gün bir qoca məni bankomatdan çıxardı. Tək deyildim; mənimlə birgə böyük qardaşlar 20 və 50 manat, yeddi ədəd də həmyaşıdım çıxdı. Qoca bizi cibinə qoydu. Evə çatandan sonra bizi cibindən çıxardı, bir manatlıqların arasından məhz məni seçib nəvəsinə verdi. Nəvəsi məni götürüb sevinə-sevinə dükana qaçdı.Düşünürdüm ki, bu uşaq məni çox sevir.

Ardı →

Həyat və ölüm Allahın əlindədir

Cərrahin telefonu zəng çaldı.

— Bəli, eşidirəm.

— Cənab Həkim, ağır xəstə var, tez özünüzü çatdırın.…

— Gəlirəm deyib Həkim tələsik yola düşdü.

Həkimi xəstəxanada xəstənin atası qınaqla qarşıladı :

— Mənim oğlum ölüm ayağındadır, nə üçün gecikirsiniz? Öz oğlunuz olsaydı belə edərdinizmi ?

Cərrah gülümsədi:


Ardı →

Bəs sonra?

   Çox zəngin bir biznesmen dəniz sahilində yerləşən kiçik bir qəsəbədə istirahət edirdi. Bir gün sahildə gəzən zaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:“Bu balıqları tutmaq üçün nə qədər vaxt sərf etdin?”
“Təxminən bir-iki saat.”
“Onda nə üçün bir neçə saat da qalıb daha çox balıq tutmadın?”
“Tutduğum balıqlar mənim bir günlük ehtiyacımı ödəyir.”
“Bəs qalan vaxt nə iş görürsən?”
“Uşaqlarımla oynayıram, günorta bir qədər yatıram, həyətdəki bağda işləyirəm, dostlarımla söhbət edirəm, qısacası çox sakit və xoş bir həyatım var.”
Bizmesmen öz savad və təcrübəsinə güvənərək lovğa şəkildə “Mən biznes sahəsində böyük təcrübəyə malikəm istəyirsənsə sənə kömək edə bilərəm” dedi. Sonra da tövsiyələrinə başladı:
“Əvvəla balıq tutmağa daha çox vaxt sərf etməlisən və pul qazanmalısan. Sonra daha böyük bir qayıq alaraq daha çox pul qazanmalısan. Daha sonra isə ondan da böyük bir qayıq almalısan.”

“Bəs sonra?”
Ardı →

Bladovedin hekayəsi

Elflərin və pərilərin yaşadğı çox qədim zamanlarda Bladoved adlı gözəl bir qız var idi. Adının mənası Gül qız demək idi. Heç kim onun fikirlərini, düşüncülərində kimin olduğunu anlaya bilmirdi. Ancaq onu bir dəfə görən kəslər heç vaxt onu unuda bilmirdi.

Aylı gecələrin birində o gölə gedib üzmək istədi. Gölə gəlib paltarlarını çıxaran Bladoved özünü sərin suların ağuşuna atdı. Ancaq göldən çıxdığı vaxt paltarının qoyduğu yerdə olmadığını görüb kədərləndi. Paltarlarını tapmaqdan ümidini üzüb ağlaya-ağlaya bu sözləri dedi: «Paltarlarımı mənə geri qaytaran insan mənimlə evlənəcək».

Bu sözləri təzəcə deyib qurtarmışdı ki, ağacların arasından zavallı qızın paltarlarını tutmuş bir oğlan çıxdı. Bladoved ağlamağa başladı, axı indi o ölümlü bir insanla evlənməli idi.

Oğlanın gözlərinə baxaraq belə söylədi: — «Mən səninlə evlənəcəyəm, ancaq bir şeyi yadında saxla. Əgər haçansa mənim pəri olduğumu üzümə vursan, məni vursan və mənə xəyanət etsən bil ki, məni ömürlük itirəcəksən».
Ardı →

Soyuducudakı qartopu

Qapını açıb içəri girdi. Qaranlıq idi. Əlini uzadıb işığı yandırmaq istədi.

— İşıqlar sönüb-yan otaqdan anasının səsi gəldi.

Otaq dəhlizə nisbətən işıqlı idi. Yorğun halda divanda oturdu. Birdən yadına nə düşdüsə, hövlank ayağa qalxıb mətbəxə cumdu. Soyuducunu açıb buzluğa baxdı. Gördüyü mənzərə qarşısında bütün bədəni süst düşdü. Anası yaxınlaşıb qorxa-qorxa buzluğa boylandı.

— Bağışla qızım, mən tamam unutmuşdum onu. Bir də bütün binada işıqlar sönüb, heç aparıb qonşunun da soyuducusuna qoya bilməzdim.

O heç nə eşitmirdi sanki. Barmaqlarının ucu ilə suya dönmüş qartopusuna baxırdı. Səssiz ağlayırdı…


Ardı →

Günəşini örtmə

Qədim zamanlarda böyük bir ölkənin böyük bir alimi var idi. Bu ölkədə gənclər bu alimin yanına elm öyrənməyə gəlirdi. Bir gün çarəsizliyə düşən bir tələbə alimə dedi:

— Artıq bundan sonra sizin yanınıza gələ biləcəyəm. Və sonra da bu sözləri əlavə etdi:

— Çünki çox kiçik evdə yaşayıram. Atam da, anam da, qardaşlarım da, bacılarımda mənimlə bir yerdədilər. Elm örənmək üçün isə fikir və diqqət lazımdır. Ancaq mənim yaşadığım evdə mümkün deyil.

Alim əvvəlcə ona heç birşey demədi. Sonra üzünü günəşə çevirməyi xahiş etdi, sonra isə əli ilə üzünü örtməyi xahiş etdi. Gənc tələbə alimin dediyi kimi etdi üzünü əli ilə örtdü. Alim daha sonra belə dedi:

— Görüsən, əslində, əlin kiçikdir ama böyük günəşin işığını (hətta hərarətini də) “örtmək” üçün kifayətdir, eyni ilə bunun kimi. Həyatdakı kiçik problemləri də böyük məqsədlərdən uzaqlaşdırmaq üçün bu kifayətdir. Bir sözlə, necə ki, əlin günəş işığının sənə çatmasına mane olur, eləcə də beynindəki işığın qəlbindən üzə çıxmasına mane olur. Ona görə də öz acizliyinə və çarəsizliyinə görə heç kimi ihtiham etmə, acizliyinə və çarəsizliyinə görə heç kimdə günah görmə.
Davamı →

Qodiva

Qodiva
Əfsanələrə görə, gözəl Qodiva qraf Leofrikin xanımı idi. Qraflığın bütün sakinlər vergilərin çox olmasında əziyyət çəkirdilər və qrafın xanımı Qodiva dəfələrlə öz həyat yoldaşından vergiləri azaltmasını xahiş edirdi. Bir gün bayramlar zamanı qraf hədsiz dərəcədə çox içir və içkili vəziyyətdə bu sözləri işlədir: "Əgər yoldaşım Qodiva qraflığın küçələrini atın belində çılpaq şəkildə keçsə, onda mən bütün vergiləri azaldacağam".
Ardı →

Kasıb və zəngin uşaq

Rəvayətə görə bir varlının və də bir kasıbın uşaqları bir sinifdə oxuyurmuş. Zəngin olan kişinin oğlu hər zaman dərsllərindən aşağı qiymət alar və danlanarmiş… Kasıbın oğlu yüksək qiymət alar və hər zaman təriflənərmiş.
Bir gün zəngin bəyzadə öz oğlunu da götürüb müəllimi danlamağa gələr. Deyir ki, mənim oğlum zəngin, atası böyük nüfuza malik bəs niyə o yoxsul gədanın oğlu mənim oğlumdan yaxşı qiymət alır, təriflənir… (aciqli halda )
Müəllim: — Bilmək istəyirsinizmi səbəbi?
Zəngn bəyzadə :- Bəli!
Müəllim uşaqlara eyni tapşirıq verib deyir ki, sabaha kimi hazır olsun tapşırıq belədir. Qonşunun hinindən yumurta götürmək, amma bu yumurta elə götürülməlidir ki, hec kim görməsin.


Ardı →

Bir fincan qəhvə ilə həyat dərsi

       Məşhur bir universitetin gözəl karyera əldə etmiş bir qrup məzunu öz qoca professorlarını ziyarət etməyə gəlirlər. Söhbət zamanı növbə iş mövzusuna da gəlib çatır. Məzunlar öz professorlarına saysız çətinliklərindən və həyat problemlərindən gileylənirlər. 
      Professor öz qonaqlarına qəhvə içməyi təklif edərək mətbəxə gedir. Bir müddət sonra qoca professor əlində müxtəlif fincanlardan ibarət qəhvə dəsti ilə otağa daxil olur. Bu fincanların hər biri ayrılıqda çini, şüşə, plastik və xrustaldan idilər və bəziləri baha, bəziləri isə ucuz qiymətə idi. 
Məzunlar fincanları götürdükdən sonra professor dedi:
  — Fikir verin ki, siz ancaq gözəl və baha olan fincanları götürmüsünüz, sadə və ucuz olanlar isə yerdə qalıb. Bu sizin üçün normaldır – özünüz üçün ən yaxşısını seçməyə çalışırsınız və bu da sizin bütün problem və stresslərinizin əsas mənbəyidir. Anlamağa çalışın ki, fincan özlüyündə qəhvəni daha dadlı etmir. O sadəcə material olaraq bahadır və bəzən bizim içəcəyimiz şeyləri də gizlədir. Əslində sizin istədiyiniz sadəcə qəhvə idi, fincan deyil. Lakin siz özünüzdən asılı olmayaraq ən yaxşı və gözəl fincanları seçdiniz və eyni zamanda digərlərinin də hansı fincanları götürdüyünə də fikir verdiniz.
İndi isə düşünün: həyat – bu qəhvədir. İş, pul, vəzifə, cəmiyyət isə fincandır. Bütün bunların hamısı həyatı təşkil etmək üçün yalnızca vasitələrdir. Sahib olduğumuz fincan bizim həyatımızın keyfiyyətini nə müəyyən etmir, nə də dəyişdirmir. Bəzən, yalnızca fincana fikrimizi yönəldərək qəhvənin dadından həzz almağı unuduruq.
     Daha çox xoşbəxt olan insanlar ən gözəl şeylərə sahib olanlar deyil, əksinə sahib olduqlarından ən gözəl şəkildə istifadə etməyi bacaranlardır!
 

Davamı →

Gördüklərimizi, yoxsa görmək istədiklərimizi görürük?

Yaşamaq üçün gözəl bir yer axtaran yolçu bir gün öz tarlasında işləyən bir qocaya rast gəldi.
Ondan bu kəndin adamlarının necə olduğunu soruşdu. “Bəs sənin gəldiyi yerdə adamlar necə idi?” – qoca dedi. “Çox pis idilər”, — deyə yolçu cavab verdi. “Hamısı özündər razı, yalançı idi.Onlardan uzaq olduğum üçün özümü çox xoşbəxt hiss edirdim.
Qoca yolçunu dinlədi və “Onda bizim kəntdə də elə insanlar görəcəksən”, — dedi.

Aradan çox keçməmiş başqa bir yolçu gəldi.O da qocaya eyni sualı verdi.Qoca da ona gəldiyi yerdəki insanları soruşdu. “Çox yaxşı idilər”, — deyə yolçu cavab verdi. “Əgər məcbur olmasaydım onlardan ayrılmazdım.Bir- birlərinə kömək etməyi çox sevir, doğruluqda az qala bir- birləri ilə yarışırdılar”. Bunu eşidən qoca ona da “Onda bizim kəntdə də elə onlar kimi adamlar görəcəksən”- dedi…

Bəli, cavablar eyni idi. Çünki qoca ətrafımızdaki insanların əslində “gördükləri” kimi yox “görmək istədiklərimiz” kimi olduğunu çox yaxşı bilirdi.


Davamı →