Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Pul yoxsa ağıl?

Gənc oğlanın yanına sehrbaz gəlir və onun qarşısına biri pulla, biri isə ağılla dolu olan iki kisə qoyur və soruşur: «Bunların biri sənin olacaq, götür». Çox fikirləşən oğlan, nəhayət, Müdriklik kisəsini götürür və dərhal yer üzündə olan bütün müdriklərdən müdrik olur. Bunu bilən kimi dünyanın müxtəlif yerlərindən onun yanına Böyük Həqiqəti bilmək istəyən insanlar axışır və müdrikdən soruşurlar:
— Müdriklər müdriki, dahilər dahisi, bizə Əsası olanı de, dillərdə dolaşacaq böyük müdriklik barədə danış.
Müdrik dilləndi:
— Hə… Pul kisəsini götürmək lazım idi!
Davamı →

Bərbər

Bir nəfər bərbərxanaya gəlir.Bərbər onun saçını kəsdiyi vaxt aralarında Allah haqqında söhbət düşür.Bərbər deyir:«Nə də desəniz, Allahın varlığına inanmıram». Müştəri:«Nəyə görə?». Bərbər: «Elə çıxın küçəyə baxın! Allah varsa niyə bu qədər xəstə insanlar var? Niyə bu qədər kimsəsiz uşaqlar var? Əgər o,həqiqətən də var olsaydı,onda nə qəm olardı,nə də kədər. Allah mərhəmətli olsaydı,bütün bunlara necə izn verərdi?».
Müştəri fikrə gedir.Bərbər öz işini bitirir və müştəri onun haqqını ödəyib,oranı tərk edir. O,küçəyə çıxanda orada üzütüklü,tük basmış bir adamı görür.Müştəri bərbərxanaya qayıdır,bərbərdən pəncərəyə yaxınlaşmağı xahiş edir və həmin tük basmış adamı göstərib belə deyir: «Bərbərlər mövcud deyil! ». Bunu deyib müştəri ədəblə bərbərxanadan çıxır və oradan uzaqlaşır…
Davamı →

Kaskabal və it

Biri vardı, biri yoxdu, bir kişi vardı. O, çox kasıb idi və həmişə ovqatı pis olurdu. Onun qoca bir iti vardı. Kişi onunla çox pis davranır və əlinə girəvə düşəndə onu təpikləyirdi. Kaskabal (Şər ruh) bunu görürdü. O istədi ki, itin bu vəziyyətindən öz xeyrinə istifadə eləsin. Bu fikirlə itin qabağında peyda oldu:
— Ay yazıq, niyə belə qəmginsən? Nə olub?
— Necə qəmgin olmayım, sahibim məni hər gün döyür.
— Bilirəm. Bəs niyə onu tərk edib getmirsən?
— O mənim sahibimdi, mən ona sədaqətliyəm.
— Amma sənin sahibin bunu qiymətləndirmir.
Ardı →

Eyibli küpə

Hindistanda su daşıyan bir kişinin iki küpəsi vardı. Onları ağacın ucuna keçirib çiynində su daşıyırdı. Küpələrin birində çat vardı və bulaqdan ustadın evinə gələnə kimi suyun yarısı tökülür, küpənin ortasından su qalırdı. İki il ərzində bu, belə davam elədi. Su daşıyan hər dəfə bir küpə yarım su gətirirdi. Çatsız küpə öyünürdü. Çatı olan küpə isə xəcalət çəkirdi. Bir gün o dilə gəlib su daşıyana dedi:
-Mən utanıram və səndən üzr istəyirəm.
-Niyə? Nədən utanırsan?
Ardı →

Xoşbəxtlik, yoxsa bədbəxtlik?

Bir kənddə bir qoca vardı. O, çox kasıb idi. Amma bütün imperatorlar ona qibtə edirdilər. Çünki onun bir gözəl ağ atı vardı. Heç kəs ömründə belə güclü, gözəl at görməmişdi. At yox, möcüzə idi. İmperatorlar onun atını almaq üçün qocaya nə istəsə, verə biləcəklərini deyirdilər. Amma qoca deyirdi: “Bu mənim üçün at deyil, şəxsiyyətdi, lütfən deyin, şəxsiyyəti də heç satarlarmı? O, mənim dostumdu, əmlakım deyil. Dostu satmaq olar? Heç vədə!» Onun kasıblığının həddi-hüdudu yox idi, at üçünsə nələr vəd etmirdilər? Amma kişi atı satmırdı.
Ardı →

Həcc piyadaları

Bir dəfə həcc zəvvarları arasında dava düşdü. Mən də piyadalar arasında idim. Əməlli-başlı vuruşurduq. Bir-birimizi kötəkləyib baş-gözümüzə vururduq. Söyüş söyürdük. Ağzımıza gələni deyir, əlimizə keçəni döyürdük. Eşitdim dəvə üstə kəcavənin bir gözündə oturan adam o birində oturana deyirdi:
-Qəribə şeydir, piyada şahmat xanasında gedib başa çatanda vəzir olur, bu həcc piyadaları isə Məkkəyə çatanda dəli olublar.


Davamı →

İki canavar haqda

Bir gün qoca hindu nəvəsinə həyat həqiqətini açdı.
— Hər bir insanın daxilində iki canavarın mübarizəsinə bənzər mübarizə gedir. Canavarlardan biri paxıllıq, qısqanclıq, təəssüf, eqoizm, ambisiya, yalanı təmsil edir. O biri canavar isə sülh, məhəbbət, ümid, həqiqət, xeyirxaxlıq, sadiqliyi təmsil edir. Babasının sözlərindən təsirlənən nəvə hindu bir anlıq fikrə gedib, sonra da babasından soruşur:
— Bəs sonda canavarların hansı qalib gəlir?
Qoca hindu gülümsəyərək cavab verir:
— Həmişə sonda sənin yemlədiyin canavar qalib gəlir.
Davamı →

Təmiz pəncərə

Yeni ailə qurmuş cütlük, yeni bir məhəllədəki yeni evlərinə köçdülər. Səhər yeməyi yeyərkən, qonşu da paltarları asırdı. Qadın ərinə «Bax, paltarları təmiz deyil, paltar yumağı bilmir, bəlkə də doğru sabundan istifadə etmir.» deyir. Əri ona baxır, lakin heç bir söz söyləmir yeməyinə davam edir.
Qadın, qonşusunun paltar asdığını gördüyü hər səhər eyni sözləri təkrar edir yoldaşına.
Bir ay sonra bir səhər, qonşusunun paltarlarının tərtəmiz olduğunu görən qadın cox təəccüblə «Bax paltar yumağı öyrəndi sonda, kim öyrətdi görəsən?»
'Mən bu səhər bir az tez oyanıb pəncərəmizi sildim' deyə cavab verdi əri..

Həyatda da belə deyildirmi?
Başqalarını izləyərkən gördüklərimiz, baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır. Birini mühakimə etməzdən əvvəl öz vəziyyətimizə baxmaq və 'yaxşı' olanı görməyə hazır olub olmadığımızın fərqinə varmaq gözəl bir fikir ola bilər ...
Pəncərələrimizi təmiz tuta bilmək diləyi ilə.


Davamı →

İnsan insana Canavardi

Adamla canavar meşədə rastlaşır. Canavar adamdan insanların hansı prinsiplə yaşadıqlarını soruşur. Adam cavab verir:
— Həyatımızın əsas prinsipi belədir – «insan insana canavardı».
Canavar buna cavab olaraq dedi:
-Hə, sizdə yaxşıdı. Ancaq bizdə pisdi. Çünki bizim yaşadığımız prinsip belədir – «canavar canavara insandı».54

Davamı →

Kərim babaya təsəlli verən nəvəsi

Kərim baba həyatı boyu yaşayışı ilə insanlara nümunə olan ibadət həyatına ən incə təfərrüatına qədər diqqət edən bir insan idi.Özü kimi yaşlı həyat yoldaşı ilə bir yerdə kiçik və gözəl bir qəsəbədə yaşayırdılar.Bu iki yaşlı çinar həyatlarını uşaqlarına həsr etmiş  onları oxutmuşdular.Uşaqlqrından biri həkim  biri din  xadimi  digəri də müəllim olmuş və hər biri ölkənin müxtəlif yerlərinə getmişdilər.Onlar ata-analarını öz yanlarına aparmaq istəyirdilər lakin Kərim baba ilə xanımı Səma nənə yaşadıqları yerdən ayrılmaq istəmirdilər.
Uşaqlarından uzaq olmaları onları bir-birinədaha da bağlamışdı.Hətta Kərim baba bəzən xanımına :
-sən məndən əvvəl vəfat etsən mən nə edərəm -deyir və gözləri dolurdu.Səma nənə də eyni narahatlığı keçirir və:
-Bəs sən məndən əvvəl getsən mən nə edərəm-deyib ağlayırdı.


Ardı →