Рейтинг
+262.52

Düşündürücü hekayələr

202 üzv, 548 topik

Gerçək dost

Çox səmimi iki dost və yoldaş idilər. Lakin bir  çox hiyləgər  və hərəkətli, digəri isə çox saf, dürüst və səssiz idi. Bir gün hiyləgər olan dost, digər dostunun yanına gedərək işlərinin pozulduğunu söyləyər və safdan pul istər. Səmimi dostu onu heç qırmaz və əlindəki bütün pulu yoldaşına verər. Dostu bu pulla işlərini düzəldər. Bir müddət sonra hiyləgər olan yenə dostunun yanına gedər və dostuna evlənmək üzrə olduğu nişanlısını çox bəyəndiyini və özünə verməsini istər.Dostu  çox çaşar, nə deyəcəyini bilə bilməz.
Ardı →

İmamın Hekayəti

Londondakı məscidə yeni bir imam göndərilmişdi. O, şəhərə getmək üçün hər dəfə eyni avtobusa minir və çox zaman da eyni sürücü ilə rastlaşırmış. Bir gün, bilet alarkən sürücü yanlışlıqla 20 qəpik artıq qaytardı. İmam yanlışlığı oturub pulunu sayınca bildi. Öz-özünə «20 qəpiyi geri verimmi sürücüyə?» deyə düşünürdü. Amma içindən bir səs deyirdiş ki "çox gülünc bir puldur bu və sürücünün vecinə də olmaz. Avtobus şirkəti onsuz da çox pul qazanır… Sadəcə 20 qəpik onlara bir şey etməz. Bu pulu saxlaya bilərəm" deyə düşünmüş, «Allahdan gələn bir hədiyyə, lütf kimi»...
Düşəcəyi dayanacağa çatanda, imam qalxdı və fikrini dəyişdirdi, enməmiş sürücünün yanına gedib, 20 qəpiyi geri verdi və dedi ki: «Pulu artıq vermisiniz.»
Sürücü gülümsədi və cavab verdi: «Siz məscidin yeni imamısınız, elə deyil mi? Əslinda uzun zamandır sizi məscidinizdə ziyarət etmək istəyirdim, islamı öyrənmək üçün. Bu səbəbdən bilərək sizə pulunuzu artıq qaytardım. Necə reaksiya verəcəyinizi öyrənmək istədim.»
Avtobusdan düşərkən imam artıq ayaqlarını hiss etmirdi, yerə yıxılacaqdı, bir dirəkdən tutundu və özünə gəlməyə çalışdı. Gözlərindən yaşlar tökülərək dedi:
Allahım, az qala İslamı 20 qəpiyə satırdım.

Davamı →

Müharibəyə yox deyənlər!!!

müharibəyə nifrət edək!


Müharibə sevən insan varmı görəsən?
Fikirləşdim bir anlıq — niyə sevsin axı kimsə müharibəni?
Təsəvvür et ki, ölən insanlar, parça-parça olan cəsədlər, balaca uşaqlar, göz yaşları, yetişən nifrət ki, növbəti faciələrə səbəb olur və..
Təsəvvür et ki, məhz bu cümlələri oxuduğun an dünyada daha bir neçə insan öldü.
Təsəvvür et ki, ölən sənin anan, bacın, atan, dostun, qardaşın, uşağındır… Etdin?!
İndi təsəvvür et ki, dünyaya sülh çökdü. Buna kim sevinər?
Təsəvvür et ki, nə dövlətlər və onları ayıran sərhədlər var, nə millətlər və onların arasında yaradılan düşmənçilik var, nə millətçi egoizmi və snobizmi, nə Afrikada aclıq problemi olacaq, nə də ki, Avropadakılar bolluqdan əziyyət çəkəcək, nə dövlətlər arasında mübarizə və bu mübarizələrin qulları olan qara millət olacaq – heç nə!
Aramızda fərq qalmasa, siyasətçilər hara yox olacaq?
Müharibələr olub, var və olacaq – deməli bu kiməsə lazımdır. Sual — kimə?!
Ardı →

Əməliyyat masasındakı möcüzə !

Hərbi həkim, cəbhədə ağır yaralanan əsgərin əməliyyat masasına yatırdılmasına köməkçi oldu. Təlaşı gözlərdən qaçmayan həkim, işıqları nizamladıqdan sonra, xüsusi alətlərinə ehtiyac olduğunu fərq etdi. Bir dəmir parçası yazıq gəncin başına girmiş və bəzi sinirləri parçalamışdı. Bu sinirləri bir-birinə bağlaya bilmək üçün ən incəsindən bir iynəyəvə yenə o qədər incə bir ipliyə ehtiyac vardı. Lakin, döyüşün orta yerində bunları tapmaq qeyri-mümkün idi.
Ardı →

Padşahın işi nədir?

Sultan Murad xan səhər yuxudan çox həyəcanlı qalxdı. Sanki nə isə demək istəyir, ancaq nəsə qarşısını kəsirdi. Baş vəziri Səyavuş Paşa onun bu vəziyyətini görüb soruşdu:
— Çox narahat görünürsünüz. Bəlkə, sizi narahat edən bir şey var?
— Gecə qəribə bir yuxu gördüm.
— Xeyir ola?
— Xeyirdir, yoxsa şər, bunu sonra biləcəyik.
— Necə?
— Hazırlaş, yola çıxırıq.
Sultan Murad xan da, vəziri də molla qiyafəsində yola düşdülər. Padşah hələ də gördüyü yuxunun təsiri altında idi və görünür, gedəcəyi yeri yaxşı bilirdi. Əvvəlcə, Bəyazidə, oradan Vəfaya, sonra da Zeyrəkə üz tutdular. Nəhayət, Unqapı ətrafında nəfəslərini dərdilər. Padşah ətrafa diqqətlə baxmağa başladı. Yaxında bir meyit var idi.
Ardı →

Lələk və Qılınc

Qılınc geniş otağın bir küncündəydi. Poladdan olan parlaq tiyəsinə günəşin kürən şəfəqləri toxunur və onu daha da parıltılı edirdi. Öz varlığının otaqda sezildiyini qururla seyr edirdi, hiss olunurdu ki, burdakı hər şey onun parıltısından zövq alır. Hər şeymi? Yox bu zövqdən kənar düşən də vardı. Bu da stolun üstündəki mürəkkəbqabına dayanıb qalmış lələk idi və yalnız o silahın möhtəşəm parıltısına uymamışdı. Bu vəziyyət qılıncı özündən çıxardı və onu dinməyə məcbur etdi.
“ Kimsən axı sən, ey dəyərsiz əşya? Niyə sən də digərləri kimi mənim parıltıma baş əymirsən? Niyə buna təəccüblənmirsən? Bir ətrafa nəzər sal! Buradakı hər şey qaranlığa qərq olub. Parlaq günəş məni, yalnız məni öz sevimlisi bildi, məni öz alovlu öpüşü ilə əzizlədi, əslində mən elə buna layiqəm, onun işığını dəfələrlə artıq əks etdiriəm. Günəş mənim gücümə bələddir, buna görə də parıltısını özündən sonra mənə həvalə edir.”
Ardı →

Aslanın üç tükü

Anası o hələ on yaşında olanda vəfat etmiş, bir il sonra isə atası başqa bir qadınla evlənmişdi.
Qadın çox xoşniyyət və xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kənddə yaşayan müdrik bir qocaya açmağı qərara aldı…


Ardı →

Ən doğrusunu Allah bilir...

Tanrı Əzrailə:
«Ya Əzrail! Qullarımdan her hansı birinin canını alınca heç üzüldünmü?»-
-Ya Rabb HƏRŞEY sənə məlumdur. Yalnızca bir qulunun ruhunu alınca çox üzüldüm. Bir gəmi dağlara çırpılıb parçalanmışdı. Orada bir ana və bir uşaq var idi. O ananın canını almaq tapşırılmışdı. Onun canını alınca çox üzüldüm. Körpəni isə bir taxtanın üzərində bir adaya atdım. Yetim qaldı.


Ardı →

Hörümçək toru qədər yaxşılıq

Bir gün dünya həyatında həmişə pislik işləyən bir adam, Cəhənnəmin qapısında bir mələk ilə qarşılaşdı. Mələk adama belə səsləndi: Bura girməməyin üçün, həyatda ikən tək bir yaxşılıq etmiş olmağın yetər. Yaxşı düşün!Uzun müddət düşünən günahkar adam, nəhayət xatırladı! Bir dəfəsində meşədə gedərkən yolunun üzərində bir hörümçək görmüş və ona basmamaq üçün yolunu dəyişdirmişdi. Həyəcanla bu yaxşılığını dilə gətirdi. Mələk gülümsədi və bir hörümçək toru endirildi. Adam tora dırmaşaraq Cənnətə girə biləcəkdi. Adam tora dırmaşıb yuxarı çıxarkən, Cəhənnəmlə cəzalandırılanlardan bəzidəri də bu fürsətdən yararlanmaq istəyərək tora dırmaşmağa başladılar. Amma adam döndü və torun hər kəsi daşımayacağından qorxaraq onları itələməyə başladı. Elə bu anda, tor həqiqətən də qopdu və digərlər ilə birlikdə adam da Cəhənnəmə düşdü. «Heyf» dedi mələk. «Qorxaqlığı, həyatında işlədiyi tək yaxşılığı da pisliyə çevirdi. O insanlara qayğı göstərə bilsəydi, torun hər kəsi daşıya biləcəyini görəcəkdi.»


Davamı →

Dilənçi ilə kralın ibrətli hekayəsi

Çox uzaq bir ölkədə bir imperator səhər gəzintisi əsnasında bir dilənçiyə rast gəlir. «Dilə məndən nə diləyirsən» deyir. Dilənçi gülər və: «Sanki diləyimi reallaşdıra biləcəkmiş kimi soruşursunuz.» deyə cavablar. Kral bu sözdən əsəbləşir və danışıq tərzi sərtləşir… Əlbəttə, hər dediyini yerinə gətirə bilərəm. Sən söylə hələ; nə istəyirsən?
«Söz vermədən əvvəl iki dəfə düşünün kralım».
Ardı →