Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Sevgi başqa bir surətdə geri dönəcək


Hekayəyə görə günlərin birində Frans Kafka hər gün gəzintilər etdiyi parkta balaca bir qızla rastlaşır. Qız ağlayırmış. Gəlinciyini itirmişdi və bu onu olduqca kədərləndirmişdi. Kafka gəlinciyi onun əvəzinə axtarmağı təklif edir və səhəri gün eyni yerdə görüş barəsində sözləşirlər.

Gəlinciyi tapa bilməyən Kafka balaca qıza oyuncağın adından bir məktub yazır və görüşəndə ona oxuyur: «Xahiş edirəm, mənim üçün kədərlənmə, düyanı görmək üçün uzun bir səyahətə çıxdım. Sənə başıma gələnləri danışacağam.» Bu bir neçə məktubun ilki olur.
Davamı →

Quru yarpaqlar

Çin imperatoru üç il ərzində şəxsən özü min bir əziyyət bahasına bir bağ salır və günlərin bir günü bu bağın gözəlliyini görmək, dəyərləndirmək üçün nüfuzlu şəxsləri buraya qonaq çağırır.

Bağı görən-görən heyranlığını bildirir, təriflər sel kimi yağır. Amma bağ salma sənətinin misilsiz ustadı sayılan Lin-çinin fikri imperatoru digər qonaqlarınkından daha çox maraqlandırırdı. Odur ki, qibleyi-aləm rəyini öyrənmək üçün ustada müraciət elədi.
Davamı →

İt, dəyənək, sufi

Bir nəfər sufi geyimli şəxs yolla gedəndə qarşısına bir it çıxır. O öz dəyənəyi ilə iti vurub yaralayır. İt ağrıdan zingildəyib müdrik Əbu Saidin yanına şikayətə gedir.

İt öz yaralı ayağını göstərib müdrikdən onu nahaq vuran sufi ilə onun arasında hakim olmağı yalvarıb xahiş etdi. Müdrik sufiyə dedi :
— Ey başıboş insan, bu dilsiz məxluqla da belə rəftar etmək olarmı?
— Mənim bir günahım yoxdur — deyə sufi etiraz etdi
— İt özünü mənim paltarıma sürtüb çirk etdi, ona görə də vurdum.
Davamı →

Sizin üçün ən dəyərli olan nədir?

Heç bir şey üçün zaman tapa bilməzsən. Zaman istəyirsənsə, onu yaratmalısan.
Charles Buxton

Bir kişi uşaqlıqda qoca qonşusu ilə çox mehriban idi, onları dost adlandırmaq olardı.

Amma zaman ötür, kollec və digər əyləncələr ortaya çıxırdı, daha sonra isə iş və şəxsi həyat. Gənc insan demək olar ki, hər dəqiqə məşğul idi, onun keçmişi xatırlamağa heç vaxt qalmırdı, o heç yaxınları ilə birlikdə olmaq üçün də zaman ayırmırdı.

Bir dəfə o, öyrənir ki, qoca qonşuları ölüb və qəflətən o xatırlayır, bu qoca ona çox şey öyrədib və ona vəfat etmiş atasını əvəz etməyə çalışıb. Özünü günahkar hesab edən kişi dəfnetmə mərasiminə getməyə qərar verir.
Davamı →

Hərb və sülh

Üç köpək həm özlərini günə verir, həm də söhbətləşirdilər. Birinci köpək fikirli-fikirli dilləndi:
— Köpəkliyin bu çağında yaşamaq həqiqətən möcüzədir. Yerin altında, yerin üstündə və hətta göy üzündə necə rahatlıqla gəzişdiyimizi bir düşünün. Və köpəklərin rahatlığı üçün gerçəkləşdirilən kəşfləri düşünün; gözlərimiz, qulaqlarımız, burunlarımız üçün olanları da…

Və ikinci köpək dilləndi:
— Artıq sənətlərə daha çox meyilliyik. Aya doğru atalarımızdan daha yaxşı ulayırıq. Və suya baxdıqda sudakı əksimizin cizgilərinin daha parlaq olduğunu görürük.
Davamı →

Qızıl kisəsi

Bir dəfə Zanslı ravvin Xaim pəncərənin qabağında dayanıb küçəyə baxırdı. Yoldan keçən birini görüb şüşəni döydü və onun içəri gəlməsinə işarə etdi. O içəri girəndə ravvin Xaim soruşdu:
— De görüm qızıl kisəsi tapsan onu yiyəsinə qaytararsan?

— Ravvin, — yolçu cavab verdi, — əgər pulun yiyəsinin kim olduğunu bilsəm, düşünmədən qaytararam.
— Sən axmaqsan. – Zanslı ravvin dedi.

Sonra pəncərənin qabağına qayıtdı, daha bir yoldan keçəni çağırdı və eyni sualı verdi.
Davamı →

Özünüzünkünü özününzə götürün

Bir gün Budda öz şagirdləri ilə bir kənddən keçirmiş. Bu kəndin camaatı Buddistlərin əleyhdarları idi. Onlar Buddanı və tələbələrini əhatəyə alıb buddistləri təhqir etməyə başladılar. Şagirdləri qismən Buddanın yanlarında olması faktı sakitləşdirsə də  onlar da əsəbləşib kənd sakinlərinə cavab verməyə hazırlaşırdılar. Bu vaxt Buddanın özünü aparması həm şagirdlərdə, həm də kənd sakinlərində bir çaşqınlıq yaratdı.

Budda üzünü tələbələrinə tutub dedi:
— Siz məni məyus etdiniz. Bu adamlar öz işlərini görür. Onlar məni öz dinlərinin düşməni kimi görür və ona görə də təhqir edirlər, bu da təbiidir. Amma siz nəyə görə onlara imkan verirsiniz ki, sizi haldan çıxarıb manipulyasiya etsinlər? İndi siz onlardan asılı vəziyyətdəsiniz, azad deyilsiniz…
Davamı →

Dəli


Solğun üzlü, gözəllər gözəli, insanı məftun edən cavan oğlanla rastlaşanda, o bir dəlixananın bağçasındaydı. Və oturduğu tərəfə addımladım, ona yaxınlaşdım və soruşdum:
— Niyə buradasan?

Və mənə təəccüblə baxdı və dedi:
— Yersiz sualdır, amma yenə cavab verəcəyəm. Atam məni özünə bənzətmək istəyirdi, əmim də. Anam mənim simamda görkəmli atasını görmək istəyirdi. Bacım uzaq dənizlərə yelkən açmış ərinin yolunu davam etdirməyin mənim üçün faydalı olduğunu düşünürdü. Böyük qardaşım atlet olmağımı istəyirdi, eynən özü kimi. Və müəllimlərim fəlsəfə doktoru, musiqi bilicisi və məntiqçi…
Davamı →

Boş qayıq


Lin Çi söyləyir :
Mən cavan olanda qayıqda üzmək çox xoşuma gəlirdi. Balaca bir qayığım var idi və bu qayıqda tez -tez tək-tənha göldə üzürdüm, saatlarla bu qayıqda qala bilirdim. Bir dəfə gecə vaxtı gözlərimi yumub meditasiya ilə məşğul idim. Gözəl bir gecə idi. Birdən haradansa boş qayıq axın istiqamətində mənim qayığımla toqquşdu. Məndə qəzəb/qeyz baş qaldırdı. Gözlərimi açıb mənim rahatlığımı pozan adamı söyməyə hazırlaşırdım ki, gördüm qayıq boşdur. İndi mənim qəzəbimin çıxış yeri də yox idi…
Davamı →

Mənim ona verə biləcəyim dərs yoxdur

Əxlaq fəlsəfəsinin yaradıcısı hesab olunan antik dövr yunan filosofu Sokratın şagirdlərini seçməsi qaydası bir qədər fərqlidir. Şagirdlərdən biri, Sokratdan soruşur:

— Bir günlük belə olsa sizdən dərs ala bilmək üçün yanınıza gələn hamıya, nə üçün bir gölməçəyə baxıb nə gördüklərini soruşursunuz? Bu işin sagird olmaqla nə əlaqəsi var? Sokrat isə bu suala belə cavab verir:

— Bu bir imtahandır. Göldə balıqların üzdüklərini söyləyən hər kəsi qəbul edib, dərs verirəm. Lakin, öz əkslərindən başqa bir şey görə bilməyənlər, özlərinə vurğun insanlardır. Göldə öz surətlərini görərlərsə, mənim onlara verə biləcəyim bir dərs ola bilməz…
Davamı →