Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Günəbaxanın insanla söhbəti

Günlərin bir günü Günəbaxan insanla söhbətə başlayır. Günəbaxan:«Mən gün işığından ilham alıb böyüyürəm, bəs sən?»
İnsan:«Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb mənən yüksəlirəm.»
Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun böyüyüb günü tapacağına əmin olar
və mən günü heç nə ilə səhv salmaram."
İnsan(təəssüflə):«Mən də Allahın əzəmətli varlıq olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv salaram»
Günəbaxan:«Mən yalnız günü sevər və onun işığına ümid bəsləyərəm.»
İnsan(xəcalətli halda):«Mən isə Allahdan qeyrisinə də ümid bəsləyərəm.»
Günəbaxan:«Mən gün işığı ilə cücərib yerdən boy verər, gün işığı ilə inkişaf edər, gün işığı ilə də solub gedərəm.»
İnsan(utanaraq):«Mən Allahın nuru ilə dünyaya gələrəm, amma öz günahlarım ilə axirətimi zülmətə qərq edərəm.»
Günəbaxan:«Mən günlə yaşayaram.»
İnsan:«Mən Allahla yaşayaram.»
Günəbaxan:«Zülmət məni məhv edər.»
İnsan:«Məni isə günahlarım.»
Günəbaxan:«Mən aradakı məsafəni işıqla qısaldaram, bəs sən?»
İnsan bir söz deyə bilmir. O, günəbaxanı əlinə alıb iyləyir. Allahın qoxusunu hiss edir. Günəbaxanın dediyi son sözlər qulağında sırğa olur. «Mənim adım çəkiləndə hamının yadına gün düşür. Bəs sən insanın adı çəkiləndə necə? İnsan deyildikdə kimsənin yadına Allah düşürmü?»
Bu sözləri eşitdikdə insan Allahdan xəcalət çəkir, üzünü günə tərəf tutub ağlayır.
Davamı →

"Moonlight" sonatası


Bir gün Bethoven dostu ilə birlikdə Vyana küçələrində gəzməkdə idi. Tam bu sırada bir mənzildən piano səsi gəldiyini eşidir və başını qaldırıb baxır.
Mənzilin II mərtəbəsində şüşə açıqdır və səs oradan gəlməkdədir. Dostuna çalan adamın möhtəşəm çaldığını və onu görmək istədiyini söyləyir.

İkisi birlikdə II mərtəbəyə çıxıb qapını döyürlər. Qapını açan qadın Bethoveni dərhal tanıyır və şok olur. Bethoven piano səsinə gəldiyini və şübhəsiz çalan adamı görmək istədiyini söyləyir. Qadın pianonu çalanın qızı olduğunu söyləyir və onları içəri dəvət edir. Büthoven qızın olduğu otağa girir.

Anası qızına Bethovenin gəldiyini söyləyir və qız çox həyəcanlanır, dərhal ayağa qalxır. Lakin qız kordur. Bunu görən Bethoven:«Lütfən, məndən bir şey istəyin.»- deyər.
Maddi bir şey istəyəcəyini düşünərkən, qızın cavabı bu olur:«Mən heç ay işığı görmədim, mənə ay işığını izah edərsinizmi?»

Bundan sonra Bethoven pianonun arxasına keçərək «Moonlight» («Ay işığı») sonatasını birbaşa çalır.
Davamı →

Namazın keçir

İslam böyüklərindən olan Bəyazid Bistami bir gecə yatıb qalır,sübh namazını qıla bilmir.Oyananda artıq günəş çıxmışdı.O qədər iztirab çəkir ki,nə edəcəyini bilmir.Ağlayır,fəryad edir.«Allahım,qəflətə düşdüm,məni əfv et!»-deyib sızıldayır.Peyğəmbərimizin «Kim bir namazını qaçırsa,bütün var-dövləti,oğul-uşağı əlindən alınmış kimidir»hədisini xatırladıqca əzabı daha da artır.
Ardı →

Bir həyat hekayəsi

Bu yazı məşhur Helen Adams Keller (1880-1968) haqqındadır. Keller başqa uşaqlar kimi dünyaya sağlam gəlmişdi. Ancaq 1 yaş 7 aylığında keçirdiyi bir xəstəlikdən sonra gözləri tutuldu. Artıq onun qulaqları da eşitmirdi. Uşaqlığının ilk illərində çox əsəbi və çılğın idi. Buna görə də, valideynləri ona tərbiyəçi axtarmağa başladılar. Nəhayət, əvvəllər kor olan, sonra əməliyyatla (az da olsa) görməyə başlayan Enn Mensfild Sallivanı tapdılar. Sallivanın bütün səylərinə baxmayaraq, ilk vaxtlar Kellerdə heç bir dəyişiklik olmadı. Nəhayət, bir gün qızcığaz əlinə su tökərkən Sallivan barmağı ilə o biri əlinə «su» sözünü yazdı. Bundan sonra Kellerdə böyük bir dəyişiklik başladı. Keller əvvəlcə sözləri öyrəndi. 1890-cı ildə isə danışmağa başladı. Məktəbi bitirdikdən sonra məşhur «Mənim həyat hekayəm» (1902) kitabını yazdı. «Bütün Dünya» jurnalının 1954-cü il sayında «Korluğu heçə sayan qadın» adlı yazı da Keller haqqında idi. Mark Tven isə 19-cu əsrin iki böyük dahisinin Napoleon və Keller olduğunu deyirdi.


Ardı →

Vəfalı dostlar

Silvertondan Bobbi
Silvertondan Bobbi
Silvertonlu Bobbi- Oreqon ştatında yaşayan it 2800 km yolu qət edərək sahiblərinin yanına qayıtdığı üçün bütün dünyada məhşur olmuşdur. 1923-cü ildə ailənin İndiana ştatına səyahəti zamanı iki yaşlı Bobbi yolda itmişdir. Uğursuz axtarışlardan sonra ümidsiz evə qayıdan ailə 6 aydan sonra Bobbini halsız vəziyyətdə qapılarının qarşısında aşkar etmişdirlər. Sən demə it qarlı yolları qət edərək, dağlardan keçərək sahiblərinin yanına qayıtmışdır.Bir anda bütün kütləvi informasiya vasitələri onun haqqında yazmağa, danışmağa başladı. 1927-ci ildə isə Bobbi dünyasını dəyişdi. Onu təntənəli şəkildə heyvanlar üçün qəbirstanlıqda dəf etmişdilər.
Ardı →

Heç kimi qınamayın

Yaşlı kişi öz 25 yaşlı oğlu ilə qatarın vaqonuna daxil olub yerlərini tutdular. Oğlan pəncərə tərəfdə əyləşmişdi.Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini pəncərədə bayıra çıxardı və birdən heyrətlə qışqırdı:
— Ata, görürsənmi, bütün ağaclar geriyə gedir!
Yaşlı kişi cavabında gülümsədi.
Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın özünü uşaq kimi aparması təəccüblü gəlmişdi.
Ardı →

Odunçu ilə Şeytan

Bir odunçu vardı, güzəranını odunçuluqla keçirirdi. Allaha ibadət edər, heç kəsə qarışmazdı. Qonşu kəndin sakinləri dağda müqəddəsləşdirdikləri ağaca ibadət edər, ondan mədəd umardılar. Bir gün odunçu: " Bunların tapındığı ağacı kəsim, həm bazarda satıb pul qazanaram, həm də bir qövmü Allaha üsyandan qurtarmış olaram, " — deyə düşündü.
Ardı →

Avraam Linkolundan oğlunun müəlliminə məktub

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdir.

Hörmətli müəllim. Oğlumum sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.


Ardı →

Həyatınız seçdiyiniz qadındır

Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
-Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.
Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir,  qurtar kəlləni.- deyir.
General  bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadudərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır...
-Evlən mənimlə!!! O zaman öyrənərsən ancaq istədiyini…
Ardı →

Kim daha axmaqdır?

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
— Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
— Üç.
Balu gülüb deyir:
— Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
— Yox, üç edir.
Balu deyir:
— Beş.
— Yox, üç.
— Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır…


Ardı →