Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Sirr saxlamaq

Bir gün Cəlaləddin Ruminin dostu təlaşlı və hirsli şəkildə ona yaxınlaşıb deyir:
Əziz dostum mən bütün sirrlərimi sənə deyirəm. Amma sən bir dəfə də olsun mənə öz sirrini açmamısan.
Rumi cavabında deyir: Sən öz sirrini saxlaya bilmirsən, mənim sirrimi necə saxlayacaqsan.
Davamı →

Hörümçək toru

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ".
Ardı →

Dünya qədər sədəqə və zəkat

Döyüşlərin birində Hz.Əli bir kafirlə vuruşur. Kafir mahir döyüşçü oldduğu üçün döyüş bir qədər uzanır. Nəhayət, Hz.Əli «Ya Allah»deyib kafirə hücum edir və onu götürüb yerə vurur. Sinəsinə çöküb xəncəri çıxarır ki, öldürsün. Bu vaxt kafir Hz.Əlinin üzünə tüpürür. O, bunu Hz.Əlini əsəbiləşdirsin, o da onu tez öldürsün deyə eləmişdi.
Ardı →

Bir dua, üç dilək

Rəvayət edilir ki, Hz.Musa (ə.s) Tur dağına gedərkən bir adamın belə bir diləyinə şahid oldu:

— Ya Musa, Rəbbimdən üç diləyim var; Ona söylə bu duamı qəbul etsin.
Birincisi, mənim gözlərim görmür, açılmasını istəyirəm.
İkincisi, uşağım olmur, bir oğlan övladı istəyirəm.
Üçüncüsü, kasıbam, kasıblıqdan çox əziyyət çəkdim; heç olmazsa doğulacaq oğlum kasıb olmasın, onun zəngin olmasını istəyirəm.
Hz.Musa (ə.s) Tur dağında bu qulun üç diləyini Rəbbindən istəyincə, Allah:
— Üç diləyini birdən qəbul edə bilmərəm; tək bir şey istəsin, qəbul edəcəyəm -deyə buyurmuş.
Hz.Musa (ə.s) bu cavabı həmin şəxsə çatdırır. Düşüncəyə dalan adam üç diləyin yerinə tək bir dua edir:
— Ya Rəbb, oğlumun qızıl camda su içdiyini gözlərimlə görməyi diləyirəm.
Davamı →

Düşünülmədən edilmiş mühakimə

Uzaqda bir kənddə, həyat yoldaşı uşağı doğulmadan ölmüş, tək başına yaşayan hamilə bir qadın vardı. Qadın, özünə yoldaş olması üçün dağda yaralı olaraq tapdığı bir gəlinciyi evində bəsləməyə başlayır.
Gəlincik qadının yanından bir an belə ayrılmazdı. Hər nə qədər evcil bir heyvan olmasa da, olduqca itaətli olmuşdu.
Ardı →

Bağışlamanın Yüngüllüyü

Bir lisey müəllimi bir gün dərsdə şagirdlərinə belə bir təklif edər: «Bir həyat təcrübəsinə qatılmaq istərsinizmi?» Şagirdlər çox sevdikləri müəllimlərinin bu təklifini tərəddüdsüz qəbul edərlər. «O zaman» deyər müəllim. «Bundan sonra nə desəm edəcəyinizə də söz verin» Şagirdlər bunu da edərlər. "İndi sabahkı tapşırığınıza hazır olun. Sabah hamınız bir plastik torba və beş kilo kartof gətirəcəksiniz!" Şagirdlər, bu işdən heç bir şey anlamamışlar. Amma ertəsi səhər hamısının sıralarını üzərində kartoflar və torbalar hazırdır. Özünə maraqlı gözlərlə baxan şagirdlərinə belə deyər müəllim: "İndi, bu günə qədər bağışlamağı rədd etdiyiniz hər adam üçün bir kartof alın, o adamın adını o kartofun üzərinə yazıb torbanın içinə qoyun."
Bəzi şagirdlər torbalarına üç-beş dənə kartof qoyarkən, bəzilərinin torbası az qala haradasa ağızına qədər dolmuşdur. Müəllim, özünə «Yaxşı indi nə olacaq?» deyər kimi baxan şagirdlərinə ikinci şərhini edər: «Bir həftə boyunca hara gedirsinizsə gedin, bu torbaları yanınızda daşıyacaqsınız. Yatdığınız yataqda, mindiyiniz avtobusda, məktəbdəykən sıranızın üstündə- həmişə yanınızda olacaqlar.» Aradan bir həftə keçmişdir.

Müəllimləri sinifə girər girməz, deyiləni etmiş olan şagirdlər şikayətə başlarlar: «Müəllimim, bu qədər ağır torbanı hər yerə daşımaq çox çətin.» «Müəllimim, kartoflar iy verməyə başladı.” Vallah, artıq insanlar qəribə baxırlar mənə .» «Həm sıxıldıq, həm yorulduq?» Müəllim gülümsəyərək şagirdlərinə bu dərsi verər: «Görürsünüz ki, bağışlamayaraq əsl özümüzü cəzalandırırıq. Özümüzü ruhumuzda ağır yüklər daşımağa məhkum edirik. Bağışlamağı qarşımızdakı adama bir lütfkarlıq olaraq düşünürük, halbuki bağışlamaq ən başda özümüzə etdiyimiz bir yaxşılıqdır.”
Davamı →

Qırılmış qəlb

Tərəddüddə idim...Bir ağırlıq çökmüşdü ürəyimə. Unutmaq istəyirdim. Zamanın axışına buraxmaq istəyirdim özümü. Ancaq alınmırdı… Vicdan əzabı deyəsən bu idi. İştaham qaçmışdı. Yemək belə yeyə bilmirdim. Düşüncələr və xəyallar gedərək məni əsir etmişdi. Artıq ruhumun düz ortasında məhkəmə salonu qurulmuşdu.
Nəfsim vəkil, vicdanım hakim, müttəhim mən, zərərçəkən bir Qırıq Qəlb...

Ardı →

Ananın peşmanlığı

Ana bütün günü dəcəl oğlundan şikayətlənərdi: " Bu uşaq deyil, bəladı. Nə günah sahibiyəm, belə uşaq doğmuşam". Təzəcə sözünü bitirmişdi ki, səs- küy eşitdi. «Allah bilir nə hoqqa çıxartdı yenə» — deyə fikirləşərək tez mətbəxə cumdu. Gördü oğlu mərci ilə düyünü bir — birinə qatıb, özü də oturub üstündə. Bİr azdan uşaq əlinə çəkic alaraq mebelə vurmağa başladı.Ana :
-Ay bala, məni öldürməkmi istəyirsən, adamı nə qədər hirsləndirmək olar? Mebeli qırdın.
— Mebeli düzəldirəm, ana, sınıb.

Ana çəkici təzəcə yerinə qoymuşdu ki, uşaq yan otağa keçib, stulu tərsinə çevirib, sürüməyə başladı.
— Stulu qoy yerinə, əlimə keçsən səni pis döyəcəm!
— Maşın sürürəm, sən də qoymursan,, elə bil polisdi.


Ardı →

İsgəndərlə Çin hökmdarının görüşü

Böyük fateh İsgəndər Çin üzərinə qoşun çəkir. Qoşun ölkənin paytaxtının kənarında düşərgə salıb hücum əmri gözləməyə başlayır. Gecə şəhər tərəfdən bir nəfər yunanların düşərgəsinə gəlib deyir ki, mən Çin hökmdarından xəbər gətirmişəm, mütləq İsgəndərlə təklikdə görüşməliyəm. İsgəndər gələn elçi ilə çadırda tək qalanda elçi sifətindəki örtüyü açıb deyir: “Mən Çin imperatorunun özüyəm, səninlə danışıq aparmağa gəlmişəm. İstəyirəm mənim ölkəmə qoşun çəkməyinin səbəbini sənin özündən eşidim”.
İsgəndər heyrət içində soruşur: “Nədən mənimlə görüşə gəldin? Qorxmursan ki, səni tutub qətlə yetirərəm?” Çin hökmdarı gülümsəyib cavab verir: “Mən sənin çox ağıllı olduğunu eşitmişəm. Bilirəm ki, ağıllı hökmdar bu cür hərəkət etməz. Əvvəla, sən silahsız bir adamı öldürməzsən. Bizim aramızda şəxsi ədavət də yoxdur ki, onun intiqamını məndən alasan. Əgər hətta bunu etsən belə, sənə heç bir xeyri dəyməz. Çünki mənim canişinlərim, sərkərdələrim şəhərdədir. Onların hər biri öz vəzifəsini yaxşı bilir. Mən olmasam da, onlar ölkənin müdafiəsini təşkil edə bilərlər”.
İsgəndər çox müdrik bir rəqiblə qarşılaşdığını anlayır. Təklif edir ki, əgər ona üç illik xərac versələr, sülh bağlayıb müharibəsiz geri qayıtmağa hazırdır. Çin hökmdarı deyir ki, bu qədər pulu versək, özümüz kasıblığa və qıtlığa düçar olarıq. İsgəndər xəracın miqdarını iki illiyə endirir. Çin hökmdarı yenə azaltmağı xahiş edir. Bir illik xərac vermək təklifi ilə də razılaşmır. Nəhayət, altı aylıq xərac müqabilində hər iki hökmdar razılığa gəlirlər. Çin padşahı düşərgədən çıxıb öz şəhərinə qayıdır.
Ertəsi gün İsgəndər üçün xəbər göndərir ki, filan yerdə sənin şərəfinə ziyafət vermək istəyirəm, səni həmin ziyafətə dəvət edirəm. İsgəndər bir dəstə döyüşçü ilə həmin yerə gəlir. Çatanda görür ki, Çin hökmdarı nəhəng ordu ilə orada hazır durub. İsgəndər baxıb görür ki, düşmənin ordusu nəinki onun yanında olan, hətta düşərgədə qalan əsgərlərdən də qat-qat çoxdur. Düşünür ki, yəqin onun üçün pusqu qurublar. Üzünü Çin padşahına tutub qəzəblə deyir: “Mən sənə inanıb bura gəldim. Sən isə məni aldadıb pusquya saldın”.
Ardı →