Рейтинг
+0.07

Dünya iqtisadiyyatı

20 üzv, 3 topik

Ruandanın iqtisadi uğuru

Bu məqalə iqtisadiyyat üzrə fəlsəfə doktoru Angel Martin Oro və keyfiyyət analitiki Mark Bisbal Ariasın “Foundation for Economic Education”da 27 iyun 2012-ci il tarixində nəşr edilmiş “Rwanda’s Economic Success: How Free Markets Are Good for Poor Africans” məqaləsinin tərcüməsidir.
Faciəvi münaqişə və qəddar zorakılıq dövründən keçən cəmiyyətlər başlarına gələnləri unudaraq uğur qazanırlar. Ruanda da buna bir nümunədir. Ruandadakı siyasi və sosial şərait 1994-cü ildə gerçəkləşən, ölkə əhalisinin 20%-nin öldürülməsi ilə nəticələnən dəhşətli soyqırımdan sonra sabitləşib. Azad bazar islahatları ilə birlikdə, nisbətən sakit olan yeni mühitdə uzunmüddətli iqtisadi inkişaf start götürüb.

Davamı →

Dünya iqtisadiyyatına aid terminlər

Adambaşına düşən pul gəlirləri – pul gəlirlərinin cəmini mövcud əhalinin sayına bölməklə hesablanır.
Bank – Bank termini masa mənasını verən “bansa” italyan, “banque” qədim fransız sözündən götürülmüşdür.  Fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək. Həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin  hesablarını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır
Banknot – Dövlətin rəsmi puludur, pul sisteminin əsas maliyyə alətidir, mərkəzi bank tərəfindən tədavülə buraxılır.
Davamı →

Dünyaca məşhur iqtisadçı Ozan Özkural ilə Larry Kingin müsahibəsi - Yeni iqtisadi baxış

Türkiyənin gənc fond idarəçilərindən olan və Larry Kingin proqramına qatılan 3-cü türk olan Tanto Capital Partner’in qurucu ortağı və CEO’su Ozan Özkural Türkiyədə islahatların reallaşacağını və bölgənin iş mərkəzi olacağını söylədi. Özkurala görə böhran ilə sarsılan Rusiyada uzun müddətli  investisiya imkanlar var.

Uzun illər Merrill Lynch’in investisiya bankçılığı şirkətində xidmət edən və 2012-ci ildə qısa bir müddət Rusiyanın ikinci böyük bankı VTB'nin Türkiyə ofisini idarə Ozan Özkural Səudiyyəli ortağı ilə qurduğu 300 milyon dollarlıq fondu — Tanto Capital Partners'i fevral ayında dünya bazarına çıxarmağa hazırlaşır. Maliyyə dünyasının diqqət çəkən istedadları arasında özünə yer tutan və əfsanəvi televiziyaçı Larry King proqramına Rəcəb Tayyib Ərdoğan və Mehmet Özdən sonra qatılan üçüncü türk olan Ozan Özkural Səudiyyəli ortağı ilə qurduğu Tanto Capital Partners fondunun Türkiyə ofisini də yaxın günlərdə xidmətə açmağı planlaşdırır. Dünya iqtisadiyyatının hazırki və gələcək vəziyyətini qiymətləndirən Ozan Özkurala görə Türkiyə yaxın gələcəkdə əhəmiyyətini daha da artacaq.


Ardı →