Infeksiyasız seks

Qadın cinsi infeksiyaları yay xəstəliklərinə aid olmasa da, isti mövsümdə onlara daha tez yoluxulur. Xlamidiya, trixomonas, ureaplazma, mikoplazma və digər mikroblar isə orqanizmə daha çox cinsi yolla daxil olur.
Vəziyyəti şəxsi gigiyenanın olmaması da çətinləşdirir. İnfeksiyaya məişət yolu ilə də yoluxmaq olar. Misal üçün, hamamda alt paltarsız oturarkən və ya yoluxmuş şəxsin məhrəbasından istifadə edərkən, ictimai tualetlərdən istifadə zamanı yoluxmaq mümkündür.
İlk öncə yoluxmanız haqqında məlumatsız ola bilərsiz. Bəzi mikrob növləri - xlamidiya, ureaplazma, qardnerella - heç bir qorxunc simptomlarla təzahür olunmadan sakit yaşamağa malikdir. Mikrob daşıyıcısı olmanız haqqında, həyat yoldaşınızın xəstələnməsindən sonra xəbər tuta bilərsiz. Çoxları belə hallarda bir-birini nahaq yerə xəyanətdə günahlandırmağa başlayır. Sadəcə olaraq, əriniz infeksiyaya qarşı sizdən daha həssasdır, sizin isə immunitetiniz möhkəmdir. Vəziyyətdən ən yaxşı çıxış yolu - hər ikinizin müayinədən keçməyiniz və birlikdə müalicə olunmağınızdadır. Hadisələrin başqa inkişaf variantı da təəccüb doğurur. Misal üçün, qadının həyatında kişi olmadıqda və ya onun ilə çoxdan ayrıldıqda. Və birdən-birə o, özündə bu xəstəliyin simptomlarını aşkar etdikdə və infeksiyanı analizlər də təsdiq etdikdə, təəccüb daha da artır. Məsələ ondadır ki, əvvəllər orqanizm müqavimət göstərərək, mikroba baş qaldırmağa imkan vermirdi, indi isə müxtəlif səbəblərə görə, müdafiə zəifləmişdir və mikrob aktivləşmişdir.

Profilaktik sədaqət

İnfeksiyaya yoluxmanın qarşısını almaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.
1. Ailənizə sədaqətli olun.
2. Prezervativdən istifadə edin.
3. İntim gigiyena qaydalarına riayət edin.
Qıcıqlanma, qaşınma, ifrazat əmələ gəldikdə, onları zəif kalium-permanqanat məhlulu və ya çobanyastığı cövhərinin köməkliyi ilə aradan qaldırın. Yaxşı olar ki, həb və ya şam şəklində hər hansı xüsusi iltihabaqarşı vasitələr əlinizin altında olsun. Bu, yaxşı yoxlama üsuludur: bayağı süd yarası onların təsiri altında keçəcək, cinsi infeksiyaya isə təsiri olmayacaq. Belə halda dərhal həkimə müraciət etmək lazımdır.
4. İldə bir-iki dəfə profilaktik ginekoloji (qadınlar) və androloji (kişilər) müayinədən keçin.

 


Xəstəlik

Törədici

İnkubasion dövr

İlkin simptomlar

Mümkün nəticələr

Müalicə

QİÇS

Virus

İlkin
mərhələlərin aşkar olunması üçün 1-8 həftə; QİÇS-in inkişafı üçün bir neçə il

Limfa düyünlərinin böyüməsi, qızdırma, çəkinin azalması, tez yorulma

Ağır infeksiyalar, bədxassəli şişlər, ölüm

Həyatı uzadan preparatlar

Genital herpes

Virus

2-12 gün

Qaşınma törədən kiçik maye tərkibli qabarcıqlar, qızdırma

Ana bətnində dölün tələf olması; natamam uşaqların doğulması

Xüsusi preparatlar

Hepatit B

Papilloma virusu

45-160 gün

İştahanın pozulması, ürəkbulanma, sarılıq

Qara ciyər xərçəngi

Vaksinasiya

Genital ziyil

Bakteriyalar

1-20 ay

Xarici cinsiyyət orqanları üzərində ziyillər

Uşaqlıq boyunu xərçəngi

Ziyillərin ləğv olunması

Xlamidiya ilə törənən infeksiyalar

Bakteriyalar (kokklar)

5-7 və daha çox gün

Sidiyə getmə zamanı göynəmə, uşaqlıq yolu və ya sidik kanalından ifrazat

Sonsuzluq, uşaqlıqdan kənar hamiləlik, pelvioperitonit, vaxtından əvvəl doğuş

Xüsusi preparatlar

Süzənək

Bakteriyalar (spiroxetlər)

2-8 və daha çox gün

Sidiyə getmə zamanı göynəmə, uşaqlıq yolu və ya sidik kanalından ifrazat

Sonsuzluq, artrit, ürək xəstəlikləri, pelvioperitonit

Antibiotiklər

Sifilis

Maya göbələkləri

10-90 gün

Şankr - bir və ya bir neçə

Mərkəzi sinir sistemi və digər həyati vacib orqanların ağır pozğunluqları

Antibiotiklər

Kandida növlü maya göbələkləri ilə törənən infeksiyalar

Bəsitlər

Dəyişir

Uşaqlıq yolundan ağ rəngli çoxlu miqdarda ifrazat, uşaqlıq yolunun qıcıqlanması

Körpələrin
mümkün
yoluxması

Xüsusi preparatlar

Trixomoniaz

 

4-20 gün

Pis qoxulu köpüklü ifrazat, cinsiyyət orqanlarının qıcıqlanması, qaşınma

Uşaqlıq yolu qanaxmaları

Xüsusi preparatlar


Mənbə Ailə Həkimi jurnalı

Hazırladı burla xatun

0 şərh