Solvion

Tənəffüs orqanlarına təsir göstərən maddələr aşagıdakı qruplara bölünür:
1.Tənəffüs mərkəzinin zəifləmiş fəaliyyətini stimulə edən maddələr (sititon,kordiamin).
2.Bronx mənfəzinin spazmını kənar edən maddələr-bronxolitiklər (eufillin,montelukast,teofillin).
3.Bəlğəm ifrazını asanlaşdıran maddələr-mukolitiklər (karbosistein,bromgeksin,ambroksol).
4.Öskürək aktını aradan qaldıran maddələr (qlausin hidroxlorid,bronxolitin)
5.Ağciyərlərin ödemində tətbiq edilən maddələr

Tənəffüs yollarının kəskin və xroniki xəstəlikləri zamanı bronxolitiklərə,mukolitiklərə və bəlğəmgətirici vasitələrə ehtiyac duyulur.Bütün bunları özündə cəmləşdirən Solvion preparatı astmatik bronxit,tənəffüs yollarının quru və bəlğəmli öskürək ilə müşahidə olunan kəskin və xroniki xəstəlikləri,bronxopnevmoniyalar və s.xəstəliklər zamanı geniş tətbiq olunur.Tərkibində 15 mq ambroksol,30 mq qvayfenezin və 50 mq teofillin vardır.




Ambroksol yuxarıda qeyd etdiyimiz kimi güclü mukolitik olub,bəlğəmin durulaşmasını və xaric olmasını asanlaşdırır.
Teofillinin təsiri altında bronx və s. saya əzələli orqanların və qan damarlarının toxuma və hüceyrələrində bir tərəfdən kalsium ionlarının miqdarı azalır,digər tərəfdən isə fosfodiesteraza fermenti ingibə edilir,s-AMF-in parçalanmasının qarşısı alınır,hüceyrədaxili s-AMF-in miqdarı artır.Bu da bronx və bronx əzələlərin tonusdan düşməsinə,bronx mənfəzinin genəlməsinə,yüksəlmiş qan təzyiqinin düşməsinə səbəb olur.
Qvayfenezin bəlğəmgətirici vasitə olub,respirator sekresiyanın yapışqanlığını və səthi gərginliyini azaldaraq tənəffüs yollarından bəlğəmin xaric olmasinin artırır.

Solvion təhlükəsiz bir vasitə kimi müxtəlif yaş qruplarından olan xəstələrə təyin oluna bilər.

 

3 şərh

Dr_Həkim
Hansı firma istehsal edir? Lisenziyasl var?
Saxta dərman deyil?
Dior

Sənədləri yerindədir.

Ferbara
Bio Calma haqqında məlumat varmı sizdə?