Farmakopeya

Dərmanşünaslığın tarixi ilə tanışlıq göstərir ki, qədim xalqlar, onları əhatə edən təbiətlə tanış olarkən bir çox faydalı bitki, mineral və heyvani mənşəli maddələri aşkar edib bu maddələrdən ən muxtəlif məqsədlərlə, о cümlədən müalicəvi məqsədlərlə istifadə edirmişlər. Zaman zaman aşkar etdikləri maddələr maddələrə rast gəlinirdi və tədricən dərman vasitələrinin sayı çoxalırdı.Bununla əlaqədar məlum olan dərman maddələrinin sistemləşdirmək, eləcədə bunların haqqında toplanmış məlumatları gələcək nəsillərə ötürmək zərurəti yaranırdı.Bununla əlaqədar olaraq insanlar dərmanlar haqqında topladıqları məlumatları, bu sahədə əldə edilmiş bilik və təcrübəni ümumiləşdirib xüsusi yazılar, kitablar vasitəsi ilə sonrakı nəsillərə çatdırmağa çalışmışlar.Həmin kitablarda dərmanlar haqqında toplanmış bütün əsas məlumatları əhatə etməyə çalışırdılar.Tədricən dərmanşünaslıqla məşqul olan adamlar bu kitablardan rəhbərlik kimi istifadə etməyə başlayırlar.Beləliklə, müasir dövlət farmakopeyalarının müəyən mənada xatırladan əsərlər meydana gəlir.
Bəs “ farmakopeya” özü nədir, nədən bəhs edir? Fartmakopeya termini iki yunan sözünü (parnacon-dərman, poieo-hazırlayıram) birləşməsindən əmələ gəlmişdir. Dərmanları təyin edərkəın və hazırlayərkən dövlət farmakopeyasında nəzərdə tutulmuş qaydalara riayət edilməsi zəruridir.
Ümumiyyətlə, farmakopeya dərman preparatları standartlarını özündə birləşdirən məcmuə olub, dərmanların hazırlanması, yoilanılması, aptekdən buraxılması və saxlanılmasına dair rəsmi, qanunvericilik əhəmiyyətinə malik rəhbərlikdir.
Farmakopeyaya bənzər ilk rəhbərliklərdən qədim Misir papiruslarını (məs. “Ebers” papurusu və s.) göstərmək olar ki, bunların da tarixi əvvəlki mövzularımızda qeyd edildiyi kimi eramızdan əvvəl XV əsrlərə gedib çıxır.Əlbəttdə ki, bu qədim yazılar müasir farmakopeyalardan çox fərqli idi. Müasir farmakopeyalarını nisbətən xatırladan kitablardan IX əsrdə (840-cı il) ərəb həkimi Sabur-İbn – Səhl tərfindən yazılmış dərmanların hazırlanmasından bəhs edən “Qrabəddin” adlı rəhbərliyi göstərmək olar. Sabur İbn – Səhlin “Qrabəddin” kitabı və ondan sonra meydana gəlmiş oxşar kitablar dərmanşünaslıq üzrə mütləq rəhbərlik kimi qəbul edilmirdi, çünki bu farmakopeyalar dövlət səviyyəsində rəsmiləşdirilmirdi.
Bu baxımdan ilk dövlət farmakopeyasi kimi 1498-ci ildə İtaliyada nəşr olunmuş “Ritsettario Fiorentino” adlı farmakopeyanı göstərmək lazımdır. Dünyanın hər bir inkişaf etmiş, mədəni ölkəsinin öz dövlət farmakopeyasi olmalıdır.Ona görə də İtaliyadan sonra Avropanin digər ölkələrində də rəsmi dövlət farmakopeyaları nəşr olunmağa başlayır. Bu farmakopeyalar Avropada əvvəlcə “dispensatorium” adı ilə buraxılır (latinca dispensareçəkmək). ” Farmakopeya” termini ilk dəfə 1546-ci ildə çapdan çıxmış “ Rharmacopoea Gugdumensis” adlı əsərdə işlədilmişdir.
1698-ci ildə Almaniyada “Brandenburq dispenzatoriumu” adı altında dövlət farmakopeyası nəşr olunmuşdur və bundan sonra belə farmakopeyalar tədricən ölkələrin əksəriyyətində nəşr olunmağa başlayır.
Məlumdur ki, Azərbaycan uzun müddət (200 ilədək) Rusiyanın tərkibində olmaq məcburiyyətində qalmışdır. Ona görə də Azərbaycanda həmin dövrlərdə Rusiya Dövlət Farmakopeyaları rəhbər tutulmuşdur. Rusiyada ilk dəfə Dövlət Farmakopeyası “ Pharmacopoea Rossica” 1778-ci ildə latın dilində nəşr olunmuşdur (bundan öncə isə 1765-ci ildə hərbi farmakopeya çapdan çıxsa da, onun əhəmiyyəti yalnız ordu məsələləri və problemləri ilə məhdudlaşırdı, yəni bu farmakopeya ümumdövlət əhəmiyyəti daşımırdı).1798 –ci ldə latın dilində ikinci Rusiya farmako peyası nəşr olunmuşdur.
Rus dilində ilk ümumdövlət farmakopeyası 1866-cı ildə çapdan çıxmışdır.Daha sonralar Dövlət Farmakopeyasının ikinci nəşri (1871-ci il), III nəşri (1880-ci il), IV nəşri (1891-ci il), V nəşri (1902-ci il) və VI nəşri (1910-cu il) çapdan çıxmışdır.
Rusiyada çarizmin süqutundan sonra və hakimiyyətə bolşeviklərin gəliçi ilə əlaqədar Sovet İttifaqında 1925-ci ildə növbəti Dövlət Farmakopeyası nəşr edilir ki, bu da sayca VII Dövlət Farmakopeyası kimi qəbul edilir. Həmin tarixdən başlayaraq SSRİ-nin, o cümlədən Azərbaycan respublikasının bütün tibb-sanitar, baytarlıq və əczaçılıq müəssisələri üçün Sovet Dövlət Farmakopeyası yeganə və mütləq rəhbərlik kimi fəaliyyət göstərməyə başlayır.
Dərmanşünaslıqda baş verən yeniliklərlə və dərman maddələrinin çeşidində gedən dəyişiklərlə əlaqədar olaraq farmakopeyalar dövrü surətdə xüsusi komisiyalar tərəfindən yoxlanılaraq lazımi dəyişikliklər edildikdən sonra yenidən çap olunurdu.
1929, 1934, 1937, 1940-cı illərdə Dövlət Farmakopeyasının VII nəşrinə əlavələr edilmişdir.
Qeyd etmək lazımdır ki, dövlət farmakopeyasının VII nəşri inkişafda olan kimya-əczaçılıq sənayesinin və dərman bitkişünaslığının bütün yeni nailiyyətlərini özündə əks etdirə bilmirdi və bu baxımdan zamanla ayaqlaşmaq baxımından, yuxarıda göstərilən Dövlət Farmakopeyasının VII nəşrinə edilən əlavələrlə yanaşı, 1946-cı ildə Dövlət Farmakopeyasının VIII nəşri çap olunmuşdur. Eyni səbəbdən 1961-ci ildə VIII SSRİ Dövlət Farmakopeyasıın II nəşri əvəz etmişdir.
Dövlət Farmakopeyasının daha təkmilləşdirilmiş və mükəmməlləşdirilmiş variantı 1968-ci ildə SSRİ Dövlət Farmakopeyasının I nəşri adı altında buraxılmışdır. X Dövlət Farmakopeyasında əlifba sırası ilə 781 adda dərman maddələri, dərman preparatları, dərman materialları və dərman formaları, çoxlu sayda reaktiv və məhlullar, o cümlədən indikator və titr məhlulları göstərilmişdir.Bu nəşrdə dərman maddələrinin yeni ümumi tədqiqat metodları təsvir olunmuş, dərmanların aktivliyinin bioloji metodlarla təyin olunması barədə, zəhərlənmələrdə göstərilən ilk yardım tədbirləri barədə fəsillər xeyli genişləndirilmişdir, yeni məlumatlarla zənginləşdirilmişdir, zəhərli və güclü təsirli dərman maddələrinin siyahısı yoxlanılmış, yüksək dozalar dəqiqləşdirilmiş və onlara bir sıra dəyişikliklər edilmişdir. Yeni çap olunduğu dövrdə X Dövlət Farmakopeyasının mükəmməlliliyinə və medikamentlərinin çeşidinin zənginliyinə görə müsbət cəhətdən seçilirdi. Məsələn, bu farmakopeyaya elə dərman preparatları (salsolin, sferolizin, platifillin alkoloidləri və s.) daxil edilmişdir ki, həmin dövrdə bunlar dünyanın heç bir farmakopeyasında göstərilməmişdir. Farmakopeyanın bu nəşrində nəinki tibbi, hətta baytarlıq səhəsində tətbiq olunan tabletlərin, ampulların, zərdabların və vaksinlərin yazılma qaydalarının geniş çeşidi göstərilmişdir.
Dövlət Farmakopeyasının X nəşri quruluş baxımından “ Giriş” bölməsindən,iki əsas hissədən və əlavələrdən ibarətdir.
“ Giriş” hissəsində farmakopeyadan istifadə etmə göstərişləri, qəbul olunmuş ixtisaslar, farmakopeyaya yeni daxil edilmiş və, əksinə, adları farmakopeyadan çıxarılmış zəhərli və qüvvəli təsirli dərman maddələrinin siyahısı və başqa məlumatlar öz əksini tapmışdır.
Birinci əsas hissədə latın əlifbası sırası ilə hər bir dərman preparatına dair ayrıca məqalə yerləşdirilmişdir.Burada dərmanşünaslığın və kimya-əczaçılıq sənayesinin yeni nailiyyətləri göstərilmişdir.Hər bir məqalə dərman preparatının latınca və rusca adlarından başalmaqla,onun sinonimləri də göstərilir, fiziki və kimyəvi iassələri ətraflı təsvir olunur, preparatın təmizliyinin və həqiqiliyinin sınaqdan keçirilməsi qaydası göstərilir,onun miqdar təyini və saxlama şəraitləri qeyd edilir,dozaları verilir.Burada habelə əsas dərman formaları və onların ofisinal yazılış qaydaları da təsvir edilir.
Farmakopeyanın ikinci əsas hissəsində dərman maddələrinin fizikikimyə vi, bioloji və kimyəvi müayinə üsullarının ümumi metodları göstərilməklə yanaşı, onların təmizliyinin yoxlanılması, icazə verilən əlavə qarışıqların miqdarı, xromatoqrafiya, dərman maddələrinin farmakoloji fəalliğının bioloji metodlarla təyin olunması, bakterial preparatların analiz metodları, sterilizasiya qaydaları təsvir edilir.
X Dövlət Farmakopeyasının əlavələr hissəsində müxtəlif cədvəllər, zəhərli və güclü təsirli dərman maddələrinin böyüklər və uşaqlar üçün dozaları,baytarlıq təcrübəsində işlənən dərmanların dozaları və s. haqqında məlumat verilir.
I Dövlət Farmakopeyasının nəşrindən sonra, 1971-ci ildən başlayaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi “ farmakopeya məqalələri” buraiılırdı ki, bunlar da I Dövlət Farmakopeyasına bərabər hüquqi qüvvəyə malik idilər.
Təbiidir ki, zaman keçdikcə I Dövlət Farmakopeyası nə qədər mükəmməl olsa da, onun da yeniləşdirilməsinə zərurət yaranırdı.Bununla əlaqədar olaraq yeni Dövlət Farmakopeyasının buraxılması qərara alınmışdır. Sayca SSRİ Dövlət Farmakopeyasının II nəşri olan bu farmakopeyanın əvvəlki nəşrlərdən fərqli olaraq üç hissədən ibarət olması və hər hissənin ayrıca cild şəklində çap edilməsi nəzərdə tutulmuşdur.
1987-ci ildə Dövlət Farmakopeyasının II nəşrinin birinci cildi buraxılmışdır. Bu cild “ Analizin ümumi metodları” adlanmaqla, burada 54 sayda fiziki, fiziki-kimyəvi, kimyəvi analiz metodlarına, eləcə də bitki dərman xammalının analizi metodlarına həsr olunmuş ümumi məqalələr verilmişdir.
1989 –cu ildə SSRİ Dövlət Farmakopeyasının II nəşrinin ikinci cildi (buraxılışı) işıq üzü gördü. Dövlət Farmakopeyasının bu cildi “Ümumi analiz üsulları. Buitki dərman xammalı” adlanırdı. SSRİ Dövlət Farmakopeyasının 400 səhifədən ibarət bu cildində dörd böyük bölmə əsas yeri tutur: “Ümumi analiz metodları”, “Dərman formalarına aid ümumi məqalələr”, “Dərman vasitələrinin keyfiyyətinə nəzarətin bioloji metodları”, “Dərman vasitələrinin keyfiyyətinə nəzarətin mikrobioloji üsulları”.
Təssüf ki, 1991 –ci ildə SSRİ dövlətinin süquta uğraması və parçalanması ilə əlaqədar olaraq SSRİ Dövlət Farmakopeyasının XI nəşrinin üçüncü cildinin SSRİ Dövlət Farmakopeyası adı altında buraxılması baş tutmadı. Çox güman ki, bu farma --kopeyanın üçüncü cildi artıq Rusiya Federasiyasının farmakopeyası adı altında buraxılmışdır. Ona görə bu Dövlət Farmakopeyası da məhz həmin ölkə üçün dərmanşünaslığa dair mütləq rəhbərlik kimi qəbul olunmalıdır.
Bizim ölkədə Dövlət Farmakopeyası dərmanların hazırlanması, istehsalı, saxlanması və tətbiqi ilə məşğul olan bütün tibb və baytarlıq müəssisələri, idarələri və eləcə də şəxslər üçün məcburi qanunverici vahid rəhbərlikdir.

Əczaçılıq və morfologiya kafedrasının müdiri əvəzi, dosent A.Ə.Əliyev
Ə D Ə B İ Y Y A T
1. İsmayılov Ə., Təhməzov F., Tağıyev S. – Dərman formalarının teinologiyası. Bakı, 1989.
2. Hüseynov D. Ümumi və xüsusi reseptura. Bakı, 1986.
3. Əliyev H. Əczaçılıq kimyası. Bakı, 1989.
4. Dəmirov İ., Manafov Ə. Farmakoqnoziya. Bakı, 1984.
5. Дамиров И., Прилипко Л. – Лекарственные растения Азер
байджана. Баку, 1988.
6. Сорокина Т. История медицины. Москва, 1992.
7. Государственная Фармакопея СССР Х, Москва, 1968
8. Государственная Фармакопея СССР Х1, выпуск 1, Москва, 1989.
9. Государственная Фармакопея СССР Х1, выпуск 2, Москва, 1990.

Müəllif: Azərbaycan Dövlət Aqrar Universiteti, Əczaçılıq və morfologiya kafedrasının dosenti Akif Əliyev

 

0 şərh