Рейтинг
+2.84

dərmanlar

23 üzv, 33 topik

İşlək orqan və sistemlərin funksiyalarını tənzim edən dərmanlar

Tənəffüs orqanlarına təsir edən preparatlara tənəffüsü stimulyasiya edən (kofein, etimizol, kordiamin və s.), öskürək əleyhinə (etilmorfin — hidroxlorid, qlausin — hidroxlorid, tusupreks, libeksin və s.), bəlğəmgətirici (ipekauananın — qusdurucu kökün, termopsisin preparatları, bromheksin və s.) dərmanlar aiddir.
1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ET Ağciyər xəstəlikləri institutunda akademik Ə.İnsanovun aldığı ilk ofisinal vətən preparatı olan «İnsanovin» bronxial astmanın müalicəsində təkcə respublikamızda deyil, Rusiyada, Türkiyədə, Hindistanda, Ukraynada, Gürcüstanda, Türkmənistanda da klinikada uğurla tətbiq edilir. İnsanovinin oxşar təsirli digər preparatlardan bir sıra üstünlükləri vardır.


Ardı →

Antibiotiklər

Antibiotiklər (yun. ἀντί — nti— qarşı, βίος—bios—həyat, canlı) — təbii və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəli maddələrdir.
Antibioz mürəkkəb bioloji hadisədir. Əsas mahiyyəti isə bir sıra mikroorqanizmlərin onları əhatə edən mühitdə başqa mikrobların çoxalmasını və inkişafını dayandıran xüsusi aktiv maddələr ifraz etməsindən ibarətdir. Bu aktiv maddələr antibiotiklər adlanır.
Elm tarixində antibioz hadisəsinin böyük əhəmiyyətini ilk dəfə İ.İ. Meçnikov qeyd etmişdir. İlk antibiotik olan penisillini isə 1929-cu ildə məşhur ingilis bioloqu, Nobel mükafatı laureatı Aleksandr Fleminq kif göbələklərindən almışdır. O vaxtdan antibiotiklər tibdə getdikcə daha geniş tətbiq edilir. Hazırda antibiotiklər əsasən bioloji metodla alınır.
Davamı →

Dərmanlar haqda ümumi məlumat

Dərman maddələri orqanizmə həm yerli, həm də ümumi təsir edir. Dərman maddələrinin yeridilməsinə olan reaksiya orqanizmin fərdi xüsusiyyətlərindən, onun toxuma və üzvlərinin həssaslığından asılıdır.
Dərman preparatlarını insanın orqanizminə müxtəlif yollarla yeridirlər. Onların ağzından (oral metod) və ya düzbağırsaqdan (rektal metod) yeridilməsinə enteral metod deyilir.


Ardı →