Vonnequtun humanizmi

“Əgər sən bu qədər ağıllısansa, bəs niyə kasıbsan?“
“İnsanların qeydinə qalmaq lazımdır, Tanrı öz başının çarəsinə baxa bilər.”
“Telekinezə inananlar əlimi qaldırsınlar” -  bu ironiya dolu qanadlı ifadələr məşhur Amerika yazıçısı Kurt Vonnequtun romanlarındandır.

Bütün zamanlarda ingiliscə yazılmış 100 ən yaxşı romandan biri hesab edilən “Sallaqxana N-5 və ya uşaqların səlib yürüşü” əsərinin müəllifi Kurt Vonnequtu Azərbaycan oxucusu 1993-cü ildə Səfər Alışarlının tərcüməsində işıq üz görmüş “Pişik beşiyi” əsərindən tanıyır.

Vonnequtun bizim dilimizə sonralar bir neçə müsahibəsi və hekayələri də tərcümə olunub, lakin az qala bütün romanları savaş əleyhinə yazılmış, insanpərvərliyin yorulmaz təbliğatçısı olan  bu romançını bizim oxucular o qədər də yaxşı tanımır.

Bir gündə iki Markes kitabının nəşr edildiyi, kolumbiyalı magik realistin vitrinlərimizi işğal etdiyi və oxucularımızın məktəb xəritəsində Makondanı tapmayıb Təhsil Nazirliyindən narazı olduqları bir zamanda Kurt Vonnequt daha çox ədəbiyyatçılar arasında tanınır desək, məncə yanılmarıq.

Buna görə də Vonnequtun romanlarından danışmadan, hesab edirəm, əvvəlcə onu dünyaya gətirmək lazımdır.
 Markes bülbülləri Vonnequtun bülbülləri

Mənbə: internet resursları

5 şərh

Aysel218
Mən tanıyıram .İntellektual oyunlar olmasa tanımazdım .Təəssüf edirəmki ,bizim ölkədə sürü psixologiyasının ən pik nöqtəsidir.Məsələn ,kimsə hansısa yazıçının(Elə götürək Q.Q.Markesi) kitabından oxuyur və bunu paylaşır ,bundan sonra hamı bilib bilmeden hec oxumayanlar belə həmin kitabdan danışır ;).Bir kitab oxuyurlar ,ancag özlərini elə göstərirlərki,guya bütün gün əllərindən kitab düşmür.Soruşanda isə Markesdən başqasını tanımır:)....Budur bədbəxtçiliyimiz.
Samir012
çoc sağ olun,  demək bunu sizdə müşahidə etmisiniz. amma onlari da başa düşmək lazımdır. Hər halda hansısa kitabı oxuyubsa o haqda danışmağa haqqı çatır)
Aysel218
Oxusunlar ,kim deyirki oxumasinlar :)..chox gozel haldir .Sadece qeyd etdiyim kimi coxu hec oxumuyub adini bilenler var sadece:))… Indi fb sehifelerde en cox Markes ve Coelhonun adini esidib sora ondan ele danisirlarki — en sevdiyim yazicidir, -daha demirleree ele tanidiglari bir odur :)--Men o yazicilari pislemirem eksine beyendiklerimdir ,bir nece kitablarini da oxumusam .Ele menim etrafimda da beleleri var .
Bele insanlara kitabina bilgin deyirler-yeni 1kitab oxuyub ozunu alim sayanlar:)
Samir012
haha) dəhşət, ele tanidiqları odur)) düzdü razıyam ancaq kayzen-də kifayət qədər oxumalı yazılar var, və maraqlıları oxuduqca bölüşmək yaxşıdır ki başqaları da oxusun, sizin yazınızı gözlüyəcəyik)
istorik_c
Mən özüm Markesin bəzi əsərlərini oxumuşam.Amma sevdiyim yazıçılar başqalardır.Sadəcə indi kitab oxuyanlar çox-çox azdır.Onların az-maz oxuduqları bir az varsa onu da sosial şəbəkələrdə paylaşıb yaddan çıxarırlar.Hətta elələrinə rast gəlmişəm ki sadəcə özünü göstərmək üçün həmin yazıçıların əsərlərini oxuyurlar