Vonnequtun ədəbi düşüncəsi | Markes bülbülləri

Kurt Vonnequt öz hekayələr toplusuna yazdığı ön sözdə yaradıcılıq yolunu belə müəyyənləşdirir: “Bircə qardaşım var və  məndən səkkiz yaş böyükdür. O, məşhur alimdir. İxtisası buludlarla əlaqəli nəyinsə fizikasıdır. Adı Bernarddır və məndən daha artıq məşğul adamdır. Yadımdadır, böyük oğlu Piteri doğum evindən gətirəndə mənə yazmışdı: “İndi – məktub belə başlayırdı — mənim əsas işim nəcis təmizləməkdi”.

Vonnequtun kitabları, edebi dusunce

Bircə  bacım var və o məndən beş yaş böyük idi. Qırx yaşında ölmüşdü. Onun boyu da altı futdan təxminən bir anqtrem çox idi… Ya da buna bənzər bir şey. Mələklər kimi gözəl və məlahətli – həm suda, həm də quruda. O, heykəltəraş idi. Xaç suyuna çəkiləndə adını “Alisa” qoysalar da, həmişə bunu inkar edirdi. Deyirdi ki, Alisa filan deyil. Mən razılaşırdım. Hamı razılaşırdı. Bəlkə bir gün yuxuda onun əsl adını kəşf edəcəyəm.

Onun ölümündən əvvəlki son sözləri belə idi: “Ağrı lazım deyil”. Ölüm səbəbi – xərçəng şişi.
İndi mən başa düşürəm ki, bacımla qardaşım romanlarımın əsas mövzularını təyin ediblər:  nəcis təmizləmək və ağrı lazım deyil. “

Başqa bir yerdə isə Vonnequt yazıçılıqla bağlı olduqca qəribə, eyni zamanda təsirli  bir bənzətmədən istifadə edir. Kurt deyir ki, bu planetdə yazıçı şaxtada bülbül kimidir. Keçmişdə şaxtaçılar quyunun dibində təhlükəli qazların olub-olmadığını yoxlamaq üçün özləri ilə bu quşu — bülbülü götürürdülər. Atmosferdə insanların hiss etmədiyi xırda dəyişiklikləri məhz bülbüllər çox həssaslıqla hiss edə bilirlər. Və belə davam edir Vonnequt: “Yazıçı – ictimai orqanizmdə həddən artıq həssas olan qəfəsdir və “qəfəs” ilk  ​​növbədə insanlığa zərər vura biləcək şeylərə reaksiya verməlidir.”

Kurt Vonnequt müsahibələrində, universitetlərdəki görüşlərdə həmişə bir şeyi təkrar edir: onun heç bir ədəbi nəzəriyyəsi yoxdur, onun üçün yalnız bir qayda var: yazıçı bəşəriyyətə xidmət etməlidir !

Əslində, Vonnequt təkcə öz kitablarına yazdığı ön sözlərdə, yaxud romanlarında yox, həm də ilk baxışdan siyasət, həyat, hobbilər barədə danışdığı müsahibələrində də eyni mərkəzi nöqtədən – humanizmdən çıxış edir. Vonnequt yazmaq üçün özünə lazım olan mərkəzi nöqtəni, istinad nöqtəsini humanizm, insanpərvərlik kimi müəyyənləşdirib və hər dəfə yazmaq istəyən o nöqtəyə baş çəkir, ordan qidalanır, sonra yazmağa başlayır.
Müsahibələrində deyir ki, insanların sosial darvinizmə inanması onu məyus edir, ən sevdiyi söz  “Amin!”, tez-tez istifadə etdiyi söz isə “üzr istəyirəm”dir.

Mənbə: Internet resursları

Həmçinin bax: Yüngülvari bioqrafiya 

1 şərh

Aysel218

Şaxta söhbətini bilirdim.Sual olarag düşmüşdü bir dəfə oyunda:).Bacı və qardaşı haqqında olan əhvalata görə çox təşəkkürlər.Çoxdandan bu yazıçı haqqında məlumat lazım idi elə mənə.