Molotov kokteyli hazırlayacaq barmenə bəzi tövsiyələr

barmen
mənə bir badə
molotov kokteyli hazırla
rica edirəm
əl altında etil spirti yoxundursa belə təlaş etmə
mən deyingən
hər şeyin 100/100 olmasını tələb edən müştərilərdən deyiləm
benzin işə yarar
amma bir azcıq da motor yağı əlavə et o zaman
həm yanmaya kömək edir həm də qara tüstüdə görünməz edir
motor yağı yoxundursa fosfor da əlavə edə bilərsən
və ya
qudron
və ya
maye sabun
və ya
şəkər
və ya daha nə bilim nə poxlar
təki düşmənin görmə qabiliyyətini pisləşdirsin
və hədəfə yapışaraq uzun müddət yansın
inqilab aşbazlarının kitablarında yazıldığına görə
qarışığa
turşu
maqnezium
şlak
əlavə etdikdə
1600 °C-yədək istilik yaranırmış
yəni “T-90” dan
fransızların Sartrdan daha çox öyündükləri
“Leclerc”dən bir ovuc kül qalırmış
vəssalam
bir də kokteylə bir miqdar qələvi əlavə etmək məsləhətdir
yağışlı və qarlı havalar üçün
ondan mükəmməl vasitə
hələ kəşf olunmayıb
sifarişimiz hazırdırmı barmen?
alışdır o zaman fitili
içək bu badəni də
La İquerada şəhid düşmüş
qardaşımızın şərəfinə
vəsiyyət
sevgili qadınım
məni həbsxanadan
mariya kaqol kimi əlində
“skorpio-61”
qaçırmayacağını bilirəm
amma
əlini qolunu sallayıb
ağlamağını da istəmirəm 
istəmirəm
istəmirəm. 
Mirmehdi Aghaoghlu

4 şərh

tarixci1919
Bu haqda heç bir məlumatım yox idi. Bayaq xəbərlərdə baxdım. Yenə də tam anladığımı deyə bilməyəcəm. Oğlanlardan biri danışırdı, elmli, savadlı bir adam kimi danışırdı. Elə sonra da öyrəndim ki, universitet tələbəsidi. Nəyə görə bu yola düşüblər çox heyfim gəldi.
ctrlA
«Bu yol» dediyinizin altında nə gizlənir anlamadım, amma deyim ki, onlar N!DA-çılardılar. Bugün 15:00-da Fəvvarələr Meydanında etiraz aksiyası olacaq. Onlar da fəallardan idilər. Hakimiyyətdəkilər də tutub sındırdılar, şərlədilər onları. Bu qədər bəsitdi hər şey.
tarixci1919
Deyirəm də çox şey bilmirəm bu haqda. Onlarda deyəsən narkotik də tutulub axı, Bəlkə də siz dediyiniz kimi şərdi, bilmirəm. 
elshad
MTN bilmir aksiyanın qarşısın hansı yolla alsın.Başlayırlar fəalları şərləməyə.20 yaşina çatmamış gənclərdi.yerli Tv-ların hamisi da sınmiş kanallardı.