Kitab mağazası xatirələrim

Corc Oruellİkinci əl kitab satan mağazada işləyəndə məni ən çox sarsıdan şey həqiqi kitabsevərlərin azlığı idi. Əlbəttə, əgər siz belə bir yerdə işləmirsinizsə, ora təsəvvürünüzdə yaşlı amma  yaraşıqlı  bir kişinin  dana dərisi ilə cildlənmiş foliantları nəzərdən keçirdiyi bir cənnət kimi canlanacaq. Bizim mağazamızın son dərəcə maraqlı kitab fondu var idi. Mən hələ də müştərilərimizin yalnız 10 faizinin belə yaxşı kitabı pis kitabdan ayıra bildiyinə şübhə ilə yanaşıram. İlk nəşr vurğunları həqiqi  ədəbiyyat sevərlərdən daha  çoxdur, amma ucuz dərslik axtaran şərqli tələbələr az olmasa da, bacı usaqlarına doğum günü hədiyyəsi axtaran dalğın qadınlar isə çoxluq təşkil etməkdə idi.

Bizim mağazaya gələn insanların çoxu  zəhlətökən adamlar idi, amma  kitabmağazasında xüsusi imkanlara sahib idilər. Məsələn, sevimli  yaşlı  bir qadın əliladam üçün kitab axtarırdı ( bu ən cox rast gəlinən tələb idi), digər   isə 1897-ci ildə  oxuduğu gözəl bir kitabın nüsxəsini  onun ücün tapa bilib  biləcəyimiz haqda maraqlanırdı. Bədbəxtlikdən o  nə sərlövhəni, nə müəllifin adını, nə də  kitabın nə haqda olduğunu xatırlamırdı, o yalnız kitabın qırmızı  üzlüklü olduğunu xatırlaya bilirdi.

Bundan başqa   təxminən iki məhşur zərərverici növü var ki, hər kitabmağazası onların  sığınacağıdır. Gundə bir dəfə və ya gün ərzində bir neçə dəfə xarab çörək iyi verən   bir kişi gələrdi və  dəyərsiz kitablarını satmağa çalışırardı. Çox sayda  kitab  sifariş verən  birinin isə adətən  çox az ödəniş etmək niyyəti olurdu. Mağazamızda biz kreditə heç nə vermirdik  amma müştərilər üçün  kitabları kənara qoyur  ya da əgər önəmlidirsə,  onlar üçün yeni sifariş verirdik. Bir müddət sonra  onlar gəlib  kitablarını götürə bilərdilər.

Bizə sifariş verən insanların demək olar ki, yarısı  heç vaxt  kitablarının dalınca  gəlməzdilər. Bu əvvəlcə məni  çaşdırardı. Bunu etməyə onları nə təhrik edirdi? Onlar  gəlir bizə hansısa  nadir və bahalı kitabı sifariş verir, kitabı onlara saxlamaq üçün bizə dəfələrlə  söz verdirir və sonra  yoxa çıxır və  heç vaxt geri dönmürdülər. Amma onların çoxu, şübhəsiz ki, paranoyak idilər. Onlar özləri haqda lovğalıqla  danışır  və   mağazadan  necə cibi boş çıxdıqlarından danışaraq  özləri haqda fərasətli  hekayələr uydurardılar. Məncə bir çox hallarda bu hekayyələr  onların xəyal məhsulu olurdu. 

London kimi bir şəhərdə  çoxlu  ruhi xəstə  rast gəlmək olur  və kitab mağazaları xüsusilə onları özünə cəlb edirdi.Çünki pul xərcləmədən  uzun müddət  avaralanmaq üçün kitab mağazası kimi yerlər nadir tapılır. Amma bu adamlar dərhal özlərini biruzə verirdilər. Onların lovğa danışıqları səviyyəsizliklərini  və nəsə məqsədləri olduğunu göstərirdi. Çox hallarda biz bu paranoyakların bəhs etdikləri kitabları ayırıb kənara qoysaq da,elə onlar qapıdan çıxan kimi qaytarıb rəflərə geri qoyurduq. Fikir verirdim ki, onlardan heç biri kitabı pul ödəmədən götürməyə cəhd etmirdi. Kitabı sifariş vermək onlara kifayət edirdi, belə güman edirəm ki, bu onlara elə  illuziya yaşadırdı ki, sanki onlar həqiqətən də pul xərcləyirdilər.

Bir çox başqa ikinci əl kitab mağazaları kimi  bizim də müxtəlif əlavə  məşğuliyyətlərimiz var idi. Məsələn, biz  ikinci əl yazı makinaları və  markalar satırdıq. Yəni, işlənmiş markalar. Marka kollektorları bütün yaş qruplarından olan qəribə,balıqlar kimi sakit sakit hərəkət edən adamlar idilər. Marka toplamaqla yalnız kişilər məşğul olurdular, görünür, qadınlar yapışqan rəngli  kağız parçalarının cazibəsini görməyə müvəffəq deyillər. Biz 6 penniyə  Yapon  zəlzələsini əvvəlcədən xəbər verdiyini iddia edən adamın hazırladığı qaraskopları da  satırdıq. Onlar zərflərdə satılırdı. Heç vaxt özüm  acıb baxmasam da, qaraskop almış adamlar  çox vaxt geri dönür və  deyirdilər ki, onların qaraskopu düz çıxıb.(Şübhəsiz ki, sizin qarşı cinsə çox cazibədar göründüyünüz və ən böyük səhvinizin isə əliaçıqlıq olduğunu deyən qaraskop  doğru olar).

Uşaq kitablarının satışında biz əsasən ucuzlaşmış kitablardan yaxşı gəlir götürürdük. Uşaqlar üçün müasir kitablar dəhşətdir, xüsusilə də onları  kütlə halında görəndə. Şəxsən   mən uşağa  Peter Pan –dən sə Petronius Arrbiter in bir nüsxəsini verərdim amma Barrie onun digər tənqidləri ilə müqaisədə daha kişiyana və faydalıdır. Milad ərəfəsində  milad açıqcaları və kalendarlarla əlləşərək 10 gün ağır işləyirdik. Bu çox zəhlətökən işdir amma  mövsüm bitəndə yaxşı gəlir gətirirdi. Milad ovqatından sui-istifadə etmək mənə  həmişə böyük abırsızlıq kimi görünüb. Milad bayramı kartları istehsal edən firmanın  kommivoyojoru hələ iyunun əvvəlində əlində kataloqları ilə  gələrdi. Onların haq hesab aparan işçilərindən birinin  belə bir ifadəsi hələ də yadımdadır. Bu iki düjündü. Körpə İsa dovşanlar ilə.

Amma bizim əsas əlavə işimiz isə kitabxananı  icarəyə vermək idi. Adətən «2 penniyə depozitsiz”  500 və ya 600  cild bütün bədii kitablar icarəyə verilirdi. Kitab oğruları  bu kitabları  nece də sevirdilər. İki penniyə mağazadan kitab götürüb yarlığı çıxardıb və kitabı başqa bir mağazaya 1 şilinqə satmaq  dünyadakı ən  asan cinayətdir. Bununla belə adətən kitab satanlar belə güman edir ki, müştəriləri depozit tələb edərək qorxutmaqdansa  bir neçə kitabın oğurlanmasına göz yummaq daha faydalıdır.

Bizim mağaza Camden Şəhəri və Hampstead arasındakı ərazidə yerləşirdi, biz baronetdən tutmuş avtobus kanduktorlarrna qədər  hər cür adamla qarşılaşırdıq. Yəqin ki, bizim kitabxanamızın abunəciləri Londonun mütaliə edən əhalisinin dürüst bir qrupu idi. Odur ki, kitabxananızdakı müəlliflərdən ən yaxşısı hansıdı- PrestleyHemingvey, Üalpole, Üodehous? Yox, deyərdim ki, Ethel M.Dell, ikinci  Üarvikin Deeping, üçüncü isə Jeffrey Farnol. Əlbətəə, Dellin   romanlarını yalnız qadınlar — qüssəli qarımış qızlar ya da tütünsatanların şişman  həyat yoldaşları oxuyur -yəqinki, hər yaş qrupundan olan və hər  cür xarakterli qadınlar  yox -aralarında istisnalar var.

Kişilərin roman oxumadıqları doğru deyil amma  kişilərin uzaq durduğu  bədii kitab növləri olduğu doğrudur. Kobud şəkildə desək  kimsə bu romanları  adi, yaxşı-pis, İngilis romanının bir norması olan  Galsüorthy –and-waterstuff normasına aid edir və bu romanların yalnız qadınlar üçün olduğunu deyirdilər. Kişilər  bəzi hörmətli  kitablar və ya  dedektiv əsərlər oxuyurlar. Onların dedektiv hekayələrini oxuma göstəricisi təəccüblüdür. Mənim məlumatıma görə  bizim abunəçilərimizdən biri başqa kitabxanalardan götürdüyü kitablarla yanaşı il ərzində hər həftə dörd ya beş  dedektiv hekayə oxuyurdu. Məni ən çox təəccübləndirən isə onun eyni kitabı yenidən oxumaması idi. Yəqin ki, onun  oxuduğu bu lazımsız informasiyalar(apardığım hesablamaya görə onun oxuduğu səhifələr təxminən bir arın 3 ∕4 hissəsini təşkil edir)həmişəlik yaddaşına həkk olur. O sərlövhələrə və ya müəlliflərin adına fikir vermidi,amma kitaba bir az nəzər yetirdikdən sonra  bunun artıq oxunmuş olduğunu  deyə bilirdi.

Aparıcı kitabxanalarda siz insanların başqalarına göstərdikləri   yox, həqiqi kitab zövqünü öyrənə bilərsiniz. Və sizi heyrətə salacaq digər bir məqam isə klassik İngilis roman yazarlarının  tamamilə  oxucuların zövqünü oxşamamasıdır. Dikens, Thackeray, Jane Austen, Trollope və başqalarını ən çox oxunan sadə kitablar arasına qoymağın sadəcə olaraq mənası yoxdur. Onları heç kəs götürüb oxumayacaq. On doqquzuncu əsr sadə  romanlarını kiməsə təklif etsən, insanlar deyəcəkki, ”Bu qədimdir!”və kitabı istəməyəcək. Amma Dickensin kitablarını da Sekspirinkilər kimi hələ də asanlıqla satmaq mümkündür. Dikens Bibliya kimi   bütün  dövrlərdə oxuduğu müəlliflərdəndir, digər tərəfdən də o dünya şöhrətli yazıçıdır. İnsanlar yayılan şaiələrdən  Bill Sikesi oğru, Cənab Micawber in keçəl olduğunu, Musanın qamış səbətdə tapıldığını eşidiblər. Dİgər nəzər yetirilməli məqam isə  Amerikan kitablarının məhşurluğunu itirməsidir.

Qısa hekaylərin uğur qazanmamasının  bir səbəbi isə nəşriyyatçının yaxın 2-3 ili düşünməsidir. Kitabxanaçıdan kitab xahiş edən insanlar  demək olar ki alman müştərilərimiz kimi „kiçik hekayə istəmirəm. Kiçik hekayələrlə maraqlanmıram”deyirlər Əgər siz onlardan səbəb soruşsanız onlar səbəbi kimi hər yeni hekayədəki qəhrəmanların adını yadda saxlamağın necə çətin iş olduğunu  deyəcəklər. Onlar elə bir romanın tamamilə təsiri altına düşmək istəyirlər ki, ilk fəsildən sonra  gələcəyə dair fikir yürütmək mümkün olmasın. Düşünürəm ki, bu halda yazıçılar oxuyuculara nisbətən daha çox gunahkardırlar.Bir çox  İngilis və Amerikan kiçik  hekayələri  bir çox romanlardan belə cansız və dəyərsizdir. Kifayət qədər məhşur olan  kiçik hekayələr  VİDE D .H.Lawrencenin hekayələridir. Onun hekayələri  də romanları kimi məhşurdur.

DE METİER mən  kitab satıcısı olmaq istərdimmi? Müdirimin mənə qarşı mehriban olması və kitab mağazasında keçirdiyim xoş günlərə rəğmən -yox.
Doğru bazar, düzgün məbləğdə kapital və təhsilli adam olarsa kitab mağazasında kiçik təhlükəsiz həyat əldə etmək mümkündür. Əgər nadir kitablarla maraqlanmırsınızsa ticarət i öyrənmək çətin bir iş deyil və əgər sizin  kitabların daxili haqqında məlumatınız varsa(bir çox satıcı kitablardan xəbərsizdi Siz onların dərc etdiyi kommersiya bülletenlərinin nəzər salaraq, onlar haqda məlumat  əldə edə bilərsiniz.Əgər siz Boswell in  DECLINE AND FALL əsərinin reklamını  görə bilməmisinizsə, T. S. Eliot-un  THE MILL ON THE FLOSS əsərinin reklamına əminliklə baxa bilərsiniz.)  işə  böyük bir üstünlüklə başlayacaqsınız.Bu da müəyyən bir nöqtə ətrafında məharətlə qurulmuş ədalətli ticarətdir. Bu birləşmə baqqal və südçülər üçün faydalıolmasa da  kiçik müstəqil kitabsatanların fəaliyyətini sıxışdıra bilməz. Kitab mağazasında işləmək qeyri-sağlam həyat tərzidir.həm də  iş saatları çox uzundu. Mən part-time işləsəm də, müdirim kitab almaq üçün iş vaxtından başqa vaxtlar da işləməklə yanaşı 7 saatlıq iş rejimində çalışırdı.

Adətən kitab mağazasında qış dəhşətli dərəcədə  soyuq keçir çünki əgər çox isti olarsa pəncərələr çənlə örtülür və kitabsatanlar mağazanın pəncərələrində qalmalı olurlar. Kitabları digər hallara nisbətən daha  irgənc toz örtüyü örtür və kitabların üstü meyin milçəklərinin ölməsi üçün çox əlverişli yerə çevrilir.Lakin mənim ömürlük kitab ticarət məşğul olmaq istəməməyimin əsl səbəbi kitablara sevgimin itməsidir. Kitabsatan kitablar haqqında yalanlar uydurmalıdır və bu da onu kitablardan irgəndirir. Bundan başqa daha pis məqam odur ki, satıcı daimi  olaraq  onların tozunu almalı və irəli geri çəkib yerləşdirməlidi.

Bir zamanlar mən həqiqətən də kitabları  sevirdim. Əvvəllər 50  və ya daha qədim kitabların görünüşünü, onları qoxlamağı və hiss etməyi çox sevirdim. Ölkə hərracında bir şillinqə onlarla əlaqəli iş almaqdan çox məni heç nə  şad edə bilməzdi. Qədim özünəməxsus ətirli nadir kitablardan belə bir kolleksiya toplamaq olar:18-ci əsrin elə də önəmli olmayan şairləri,köhnə coğrafi soraqçalar, unudulmuş romanların qədim nüsxələri, 60-cı illərin qadın jurnal nomrələri. Siz təsadüfi vaxtlarda- məsələn, vanna otağında və ya yorğun olduğunuz  zaman gecə yatağa gedərkən, və ya nahardan  on beş dəyqə əvvəl  oxumaq üçün Girl’s Own Paper-in keçmiş nömrələrinə heç nə çata bilməz. Amma kitab mağazasında işləməyə başlayan kimi kitab satın almağı dayandırdım.Həqiqətən də kütlə halında 5-10min kitabı bir arada görmək yavaş-yavaş darıxdırıcı və könülbulandıran işə çevrilir. Hal-hazırda, bəzən çox oxumaq istədiyim və əlborcu ala bilmədiyim kitabları satın alıram. Amma heç vaxt köhnə kitaba pul vermirəm. Köhnə kitabların xoş ətri artıq məni cəlb etmir.
Bu beynimə həkk olunmuş paranoyak müştərilər və peyin milçəkləri ilə bağlıdır.

Corc Oruell
Tərcümə: Sevinc Tahirova

0 şərh